Məhkəmə qərarları › İş №2(034)-339/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-339/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-339/2023 20.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “maddi zərərin əvəzinin öədnilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı “maddi zərərin əvəzinin öədnilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 xüsusi mülkiyyətlərində olan "Kia Optima” markalı ** MB *** dövlət nömrə nişanlı avtomaşına dəymiş 11081 manat maddi zərərin əvəzinin İddiaçı2 xeyrinə, iddianın verilməsi üçün ödənilmiş 124 manat dövlət rüsumunun əvəzinin və avtomaşının icarəsi ilə əlaqədar xx.xx.2023-cü ildən qətnamənin icra olunduğu tarixədək gündəlik 70 manat əldən çıxmış faydanın hesablanaraq İddiaçı1 xeyrinə məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, buraxılış ili 2012-ci il olan “Kia Optima” markalı ** MB *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2017-ci ildə verilmiş AD seriyalı 042237 saylı X2 şəhadətnaməsinə əsasən İddiaçı2 xüsusi mülkiyyətindədir. Qeyd olunan avtomaşını qazanc əldə etmək məqsədilə İddiaçı1 sahibi olduğu "xxxx" MMC-yə etibarnamə əsasında verilmişdir. xx.xx.2023-cü ildə cavabdeh Kənan Hüseynzadə qeyd olunan avtomaşını xx.xx.2023-cü il saat 21:30-dək müddətə icarəyə götürmüş, bu barədə tərəflər arasında 6612 saylı müqavilə və təhvil aktı tərtib edilərək imzalanmış, eləcə də kasko sığortasının olmadığı və bütün məsuliyyəti öz üzərinə götürməsi cavabdehə izah edilərək bu barədə həmin gün aktı və müqaviləni imzalamış, avtomaşın işçi Əli Aşirov tərəfindən həmin şəxsə təhvil verilmiş, eləcə də həmin avtomaşının hər gün üçün xx.xx.2023-cü il tarixli 6612 saylı yol vərəqəsi verilmişdir. Cavabdeh Kənan Hüseynzadə xx.xx.2023-cü ildə icarəyə götürdüyü “Kia Optima” markalı ** MB *** dövlət nömrə nişanlı avtomaşın ilə Novxanı qəsəbəsi, Novxanı-Binəqədi şossesi ilə hərəkət edərkən yolda qarşısına maneə çıxmasına istinad edərək avtomobilin idarəetməsini itirmişi və maşını işıq dirəyinə vuraraq aşırmışdır.Baş vermiş qəza ilə əlaqədar Abşeron RPİ Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılmış, 10 may 2023-cü il tarixli qərar əsasında cinayət işinin başlanılması rədd edilmiş, Kənan Hüseynzadə barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün sənədlər Abşeron RPİ-nin DYPŞ-şəbəsinə göndərilmiş, onlara ümumilikdə 11081 manat dəymiş zərərlə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Avtomaşına dəymiş maddi zərərin dəyəri H.Z.Tağıyev adına xüsusi kiçik müəssisəsinin nəzdində olan avtoservis tərəfindən araşdırılmış, mülkiyyətimdə olan nəqliyyat vasitəsində ustalar tərəfindən görülən işlərin cədvəli və ümumi qiyməti müəyyən edilərək, ümumilikdə 11081 manat maddi zərərin dəyməsi müəyyən edilmişdir. Bundan başqa, qeyd olunan avtomaşın saz vəziyyətdə hər gün üçün 70 manat ödənilməsi şərtilə icarəyə verilmiş, cavabdehin hərəkətləri nəticəsində avtomaşın yarasız vəziyyətə düşdüyünə və cavabdeh tərəfindən dəymiş zərər ödənilmədiynə görə aylıq azı 1500 manat əldən çıxmış fayda hesablanmışdır.Tərəflərindən dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsi cavabdehə təklif edilsə də, cavabdeh maddi vəsaitinin olmaması əsası ilə imtina cavabı vermiş, məcburiyyət qarşısında qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsini məhz müvafiq icarə müqaviləsi əsasında götürmüş, lakin müqavilə öhdəliklərinə riayət etmədən qəza törədərək avtomaşını yararsız vəziyyətə gətirmiş, onun təqsiri təhqiqatçı tərəfindən qəbul edilmiş rədd qərarı ilə öz təsdiqni tapmış, maddi zərərin məbləği isə işə əlavə edilmiş qüsur aktı ilə müəyyən edilmişdir. İddia ərizəsinin verilməsi üçün tərəfindən 139 manat ödənilmişdir ki, iddia təmin olunduğu təqdirdə həmin pul vəsaiti cavabdehdən xeyrimə tutulmalıdır. Sonda iddiaçılar məhkəmədən iddianın təmin olunması xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə müqavilə əsasında Leyladan maşını götürmüş və etibarnamə ilə sürmək üçün cavabdehə vermişdir. Kənanda maşını aşırmışdır. Polis atasını çağırmış və o, narahat olma onlar maşını düzəldib həll edəcəklər demişlər. Maşını servisə qoymayaraq öz aralaırnda həll edək demişdir. Bu onlarla razılaşmış, sonra gəlməmişdir. Bir dəfədə zəng eləmiş və axşama 1000 manat gətirəcək demiş, o vaxtdan sonra yoxa çıxmışdır. Hadisə 2012-ci ildə olmuşdur. Maşın “Kia Optima” markalı maşın olmuşdur. Maşına baxış keçirəndə cavabdeh iştirak etməmişdir. Cavabdehə zəng etsələr də, telefonlara cavab verməmişdir. Cavabdehə demişdir ki, o da kömək edər, maşını aparıb ucuz ustaya qoyarlar, cavabdeh razılığa gəlməmişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuş və cərimə də edilmişdir. Hadisədən 10 gün sonra cavabdeh gəlmiş, başında heç bir tikiş yoxdur. Cavabdehi yığan xanım hüquqşünas olmuşdur.Maşın aşmış, şəkilləri də var. Artıq maşını düzəltdirib sahibinə təhvil vermişlər.Ölüxanadan alınmış detallardır, təzə detal deyildir, bazarda heç kim qəbz vermir. Hamısı maşın bazarından alınmış, köhnə detallardır. Rəsmi servisə qoysaydılar 30.000 yazacaqdılar. O, cavabdeh tərəfə bildirmişdir ki, maşını onla versin, 2000-3000 də onlara kömək edər, cavabdehdən xəbər çıxmadığı üçün özü düzəltdirmişdir. Getsin cavabdeh icraçıyla danşısın 5000-6000 istəyir, onu ödəsin. Sığortada və yol polisi də gəlmişdir. Evakotorunda pulunu da vermişdir. O servisdən başqa servisə aparmamışdır. Sığorta gəlib şəklini çəkmişdir. Onların maşınlarını sığorta düzəltmişdır. Onların sığortası kasko deyildir, onlara ödəniş olmamışdır. Eksperti rəyi ilə razıdır. Sonda iddiaçı məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hadisə 2012-ci ilin aprel ayında olmuşdur. Maşını satdığı üçün iddiaçılardan günü 60 manata sürməyə maşın götürmüşdür. Noxvanı yolundan gələndə qarşısına başqa maşın çıxmış, manevr eləyərək maşını sağa çəkəndə maşın aşmışdır. Hadisə nəticəsində başından zədə almışdır, başına 35 yerdən tikiş qoyulmuşdur. Yol nəqliyyat hadisəsini törətməsinə görə 40 manat cərimələnmişdir. Avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün aparılmış qiymətləndirmədə o, iştirak etməmişdir. Hadisədən sonra iddiaçıya bildirmişdiri ki, hal-hazırda pulu yoxdur, onlar maşını düzələtdirsinlər, sonra o, yavaş-yavaş ödəniş edər. Hadisədən bir gün keçdikdən sonra, onun telefonuna zənq edib maşını düzəltdirməsini tələb etmişlər. Danışmış, öz aralarında razılığa gəlmişlər. Sonradan başından zədə aldığı üçün iddiaçılarla əlaqə saxlaya bilməmişdir. Təmir üçün maşına 11600 manat pul yazdırılmışdır. 2012-ci ilin maşınına necə o qədər pul yazıla bilər. Sonradan bir xanım onu yığıb təhqir etmişdir. 11600 manat pul ilə razı deyildir. “Rentacar”da ona maşının 3000 manat xərci olmasını bildirmişlər. Avtomobilin təmiri üçün qeyd olunmuş ümumi məbləğ orda yazıldığı kimi xərclənməmişdir. Onun 5000-6000 manat ödəməyə imkanı yoxdur, hissə-hissəyə bölünərsə ödəyə bilər. İş üzrə digər İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gələməmsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətlə cəlb olunması məqsədi ilə qəbul edilmş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nəgöndərilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin direktoru X5 dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan H.Z.Tağıyev adına xüsusi kiçik müəssisəsinin nəzdində olan avtoservis tərəfinlən verilmiş aktdan göünür ki, İddiaçı2 qıızın idarə etdiyi «Kia Optima” markalı, ** MB *** dövlət nömrə nişanlı avtomaşın ehtiyyat hissəlrinə və ustalar tərəfindən göndərilən işlər üçün cəmi 11.081 manat məbləğində xərc çəkilmişdir. İş materiallarında olan X2 Şəhadətnaməsinin surətindən görünür ki, «Kia Optima” markalı, ** MB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sabihi İddiaçı2dır. İş materiallarında olan və "xxxx" MMC-ti tərəfindən verilmiş 6612 nömrəli xx.xx.2023cü il tarixli yol vərəqəsindən görünür ki, «Kia Optima” markalı, ** MB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi idarə olunması üçün X3 verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 ilə X4 arasında xx.xx.2023-cü il tarixli 6612 nömrəli nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən «Kia Optima” markalı, ** MB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi idarə olunmaıs üçün cavabdehə verilmiş, nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 50 manat olmaqla, ümumilikdə 500 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 3-16/16/2- 9/7193/2023 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu H.Z.Tağıyev adına xüsusi kiçik müəssisəsinin nəzdində olan avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, «Kia Optima” markalı, ** MB *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8295,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Eyni Məcəllənin 1108.2-ci maddəsinin tələbinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2017-ci ildə verilmiş AD seriyalı 042237 saylı X2 şəhadətnaməsinə əsasən buraxılış ili 2012-ci il olan “Kia Optima” markalı ** MB *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı2 Həsə qızının xüsusi mülkiyyətindədir. İddiaçı qeyd olunan avtomaşını qazanc əldə etmək məqsədilə İddiaçı1 sahibi olduğu "xxxx" MMC-yə etibarnamə əsasında icarəyə vermişdir. xx.xx.2023-cü ildə cavabdeh X4 qeyd olunan avtomaşını xx.xx.2023-cü il saat 21:30-dək müddətə icarəyə götürmüş, bu barədə tərəflər arasında 6612 saylı müqavilə və təhvil aktı tərtib edilərək imzalanmış, eləcə də kasko sığortasının olmadığı və bütün məsuliyyəti öz üzərinə götürməsi cavabdehə izah edilmiş, həmin gün tərəflər arasında aktı və müqavilə imzalanmış və avtomobil Əli Aşirov tərəfindən cavabdehə təhvil verilmiş, eləcə də həmin avtomaşına hər gün üçün xx.xx.2023-cü il tarixli 6612 saylı yol vərəqəsi verilmişdir. Cavabdeh xx.xx.2023-cü ildə icarəyə götürdüyü “Kia Optima” markalı ** MB *** dövlət nömrə nişanlı avtomaşın ilə Novxanı qəsəbəsi, Novxanı-Binəqədi şossesi ilə hərəkət edərkən yolda qarşısına maneə çıxması nəticəsində idarəetməsini itirmişi və maşını işıq dirəyinə vuraraq aşırmışdır. Baş vermiş hadisə ilə əlaqədar Abşeron RPİ Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılmış, 10 may 2023-cü il tarixli qərar əsasında cinayət işinin başlanılması rədd edilmiş, cavabdeh təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. İddiaçılar baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onlara 11081 manat məbləğində ziyan dəydiyini bildirərək həmin ziyanı cavabdehdən tələb etsələr də, mülki iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli 3-16/16/2-9/7193/2023 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu H.Z.Tağıyev adına xüsusi kiçik müəssisəsinin nəzdində olan avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, «Kia Optima” markalı, ** MB *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8295,0 manat müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 8295 manat məbləğində maddi ziyan iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Eyni zamanda avtomaşının icarəsi ilə əlaqədar xx.xx.2023-cü ildən qətnamənin icra olunduğu tarixədək gündəlik 70 manat əldən çıxmış faydanın hesablanaraq İddiaçı1 xeyrinə məcburi qaydada tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsi qənaitinə gəlir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 124 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124 manat cavabdeh X1 tutularaq iddiaçıların xeyrinə ödənilməlidir. Ekspertiza xərci olan 50 manat isə cavabdeh X1 tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 8295 manat məbləğində maddi ziyan və 124 manat ödənilmiş dövlət rüsümü tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Ekspertiza xərci olan 50 manat cavabdeh X1 tutularaq Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar