Məhkəmə qərarları › İş №2(034)-339/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-339/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-339/2025 30.06.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2500 manat pulun və iddia ərizəsinə görə məhkəməyə ödədiyi 45 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh təxminən 2024-sü ildə iş yoldaşı olaraq tanımış, aralarında dostluq münasibəti yaranmış, cavabdeh bu münasibətdən istifadə edərək ondan 2500 manat məbləğində borc pul istəmiş, o, isə ona etibar edərək istədiyi pulu cavabdehə vermişdir. Qeyd edir ki, 2500 manat məbləğində pulun verilməsi ilə bağlı «Unibank»» ASC tərəfindən Leobank kart çıxarışı da vardır. Lakin, keçən müddət ərzində cavabdeh puldan indiyə qədər heç bir miqdarı geri qaytarmamışdır. Dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələr edərək onu yubatmışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə'müraciət edir. Hesab edir ki, ədalətli məhkəmə araşdırması ilə qeyd olunan faktlar təsdiqin tapmalı və iddia tələbi tam təmin edilərək Cavabdeh 2500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirimişdir ki, o, Cavabdeh təxminən 2024-cü ildə iş yoldaşı olaraq tanımış, aralarında dostluq münasibəti yaranmış, cavabdeh bu münasibətdən istifadə edərək 2500 manat məbləğində borc pul istəmiş, o, isə cavabdehə etibar edərək istədiyi pulu ona vermişdir. 2500 manat pulu Cavabdeh kart vasitəsi ilə ödəniş etmişdir. Cavabdeh puldan indiyə kimi ona heç bir miqdar geri qaytarmamışdır. Cavabdeh borcunu qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmşdir ki, o, İddiaçı 2500 manat borc almış, işdən ayrıldığı üçün ödənişi edə bilməmişdir. O, aldığı borcdan 100 manat qaytarmış, hal hazırda onun iddiaçıya 2400 manat borcu qalmışdır. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan iddiaçının təqdim etdiyi bank çıxarışında cavabdehə 2500 manat məbləğində pul vəsaiti verməsi təsdiq olunmuşdur. -İş materiallarında olan “whatsapp” sosial şəbəkə platformasında olan yazışmalarından da məlum olur ki, iddiaçı cavabdehə 2500 manat məbləğində pulu vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər bir-birlərini 2024-cü ildən tanımışlar. Belə ki, onlar iş yoldaşı olmuş, aralarında dostluq münasibətləri yaranmış, cavabdeh iddiaçı ilə aralarında yaranmış bu dost münasibətlərindən istifadə edərək iddiaçıdan 2500 manat məbləğındə borc pul istəmiş, iddiaçı cavabdehə etibar etdiyi üçün onun istədiyi məbləği cavabdehin kart hesabına köçürümüş, cavabdeh pulu aldınqdan sonra qaytaracağına söz versə də, bu sözünə əməl etməmiş və bu günə kimi iddiaçının borcunu qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı iddiaçı tərəfdən cavabdehə edilmiş müraciətlər cavabsız qalmış və cavabdeh iddiaçının borcunu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıdan 2500 manat məbləğində borc pul almasını etiraf etmiş, aldığı borcdan 100 manat qaytarmasını və hazırda onun cavabdehə 2400 manat məbləğində borcu qalmasını bildirmişdir. İddiaçı da cavabdeh tərəfindən 100 manat ödənilməsini etiraf etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2400 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2400 manat məbləğində pul və 45 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar