Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-351/2021 03.08.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 43 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən bağlanmış 24.10.2018-ci il tarixli, 3M-1120 nömrəli kredit müqaviləsinə əsasən 15 000 manat məbləğində pulun, Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən 546,875 manat gecikdirilmiş faiz, 31 manat dövlət rüsumunun, 11.50 manat etibarnamə üçün ödədiyi pulu, əldən çıxmış fayda kimi 2000 manat məbləğində maddi zərərin və vəkil orderi üçün ödədiyi 150 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X3 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında 43 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 24.10.2018-ci il tarixdə 3M-1120 № ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 24.10.2020-ci il tarixə kimi iddiaçıdan borca aldığı 15 000 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, bu günə kimi iddiaçıya olan 15 000 manat pul borcunu qaytarmamışdır. Borcun qaytarılıması barədə Cavabdeh iş yeri olan 20 yanavar küçəsi 6 saylı binanın yanında olan xırdavat mağazasına və mobil nömrəsinə dəfələrlə zəng olunsa da, Elşən bu günə kimi iddiaçıya 15 000 manat borcunu ödəməmişdir.Ona görə də onun barəsində Zəngilan Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki Cavabdeh 15000 manat məbləğində borclu olduğu pulu mənimsəyərək mağazasına mal gətirib sataraq əsassız varlanaraq qazanc əldə etmişdir. İddiaçı isə əmlakından (pulundan) məhrum olmaqla ağır maddi duruma düşmüşdür. İddiaçının pulunu qaytarmadığına görə Cavabdeh yaşadıqları ünvana yaxın olan mağazasında dəfələrlə görüşüb pulunu tələb etmiş, lakin cavabdeh iddiaçını aldadaraq pulu ödəməmişdir. Cavabdeh iddiaçıdan başqa iddiaçının anası X2 da 10000 manat mağazasına mal alıb satıb qazanc etmək məqsədi ilə borca pul almışdır. Həmin 10000 manatı 26.10.2020-ci il tarixdə qaytararaq qalan 15000 manatı 31.12.2020-ci il tarixə kimi ödəyəcəyinə söz verərək imzası ilə qeyd yazmışdır. İndi də qaçıb gizlənir. Sonda iddiaçının nümayəndəsi-vəkili məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, tərəfin təqdim etdiyi sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş və tərəflər arasında bağlanmış 24.10.2018-ci il tarixli kredit müqaviləsinin surətindən aydın olur ki, İddiaçı 15000 manat məbləğində pulu Cavabdeh vermiş, cavabdeh isə öz növbəsində həmin pulu 24.10.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 1103 saylı müqavilənin surətindən görünür ki, iddiaçı ona hüquqi yardımla bağlı müqavilə üçün 150 manat məbləğində ödənişt etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcələnin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin məcələnin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442 ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcələnin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında 43 saylı notariat ofisində 24.10.2018-ci il tarixdə 3M-1120 № ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən İddiaçı 15000 manat məbləğində pulu Cavabdeh vermiş, cavabdeh isə öz növbəsində həmin pulu 24.10.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürsədə, bu gyünə kimi üzərinə götürdüyü öhdəliyni yerinə yetirməmişdir. İddiaçı tərəfindən pulun qaytarılması ilə bağlı cavabdehə edilmiş müraciətlərin heç bir nəticəsi olmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq Cavabdeh 15000 manat borc və hüquqi yardım üçün ödənilmiş 150 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 546,875 manat gecikdirilmiş faiz, 11.50 manat etiğarnamə üçün ödənilmiş pul, əldən çıxmış fayda kimi 2000 manat məbləğində maddi zərərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, kredit müqaviləsində kreditin faizsiz verilməsi şərtləşdirildiyindən,həmçinin iddiaçı əldən çıxmış fayda ilə bağlı heç bir sübut məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının iddia tələb bu hissədə təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15000 (on beş min ) manat məbləğində pul vəsaiti, 150 (yüz əlli) manat hüquqi yardım üçün vəkilə ödənilmiş pul və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsmu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-351/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-351/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver