Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-364/2022 02.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması tələbinə dair» ilk iddia, Cavabdeh İddiaçı qarşı «alimentin məbləğinin dəyişdirilərək azaldılması tələbinə dair» qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı «alimentin məbləğinin dəyişdirilərək azaldılması tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın qəbul edilməsi barədə qərardad çıxarılmasını, İddiaçı aliment məbləğinin hər uşağa görə 193 manat məbləğində müəyyən edilməsi barədə ona qarşı qaldırmış olduğu iddia tələbinə, onun İddiaçı qarşı qaldırmış olduğu qarşılıqlı iddiası ilə birlikdə baxaraq İddiaçı iddiasının təmin edilməməsi, Zəngilan Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsinin dəyişdirilməsi, iki uşağa görə əmək haqqısının üçdə bir hisəssinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı aliment məbləğinin hər uşağa görə 193 manat məbləğində müəyyən edilməsi barədə Cavabdeh qarşı qaldırmış olduğu iddia tələbinin təmin edilməməsi, Zəngilan Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(034)- 123/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin X11 tərəfidən bu günə qədər İddiaçı artıq ödənilmiş 416 manat pulun ona iki azyaşlı uşağına görə gələcəkdə təyin ediləcək alimentin məbləğinə daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir, İlk ilddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-ci il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 saxlanması üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, iş 2(034)-123/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 154 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X7 12 yaşı, X3 10 yaşı var. Zəngilan Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərməmişdir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqılı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, 18 iyul 2022-ci il Bakı şəhəri Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə onun arasında bağlanmış rəsmi nikah pozulmuşdur.İddiaçı 2018-ci ildə bundan əvvəl Zəngilan Rayon Məhkəməsinə aliment tələbi ilə müraciət edərək mülki iddia vertmiş, həmin məhkəmənin 14 mart 2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə onunla olan birgə nikahlaırndan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda hər uşaq üçün 154 manat aliment məbləğinin tutulıaraq iddiaçıya,yəni İddiaçı qızma verilməsi qət edilmişdir. O, alimenti daim və fasiləsiz olaraq ödəmişdir. Lakin ondan icra məmuru ayda 308 manat əvəzinə İddiaçı 320 manat ödəmələr apartdırmışdır. İddiaçı indi də Zəngilan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin hər uşağa görə Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 193 manat həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. O, İddiaçı bu iddiası ilə razı deyil və ona etirazını bildirməklə yanaşı ona qarşı alimentin növünün dəyişdirilməsi və məbləğinin azaldılması tələbi ilə qarşılıqlı iddia verir. Belə ki, o, uzun illər boyu bel-fəqərə sümüklərində olan dözülməz ağrılardan əziyyət çəkmişdir. Ona görə də yüngül işlərdə çalışmaq məcburiyyətində qalmışdır. 04 may 2022-ci ildə Yasamal rayonu 290 saylı X24 bağçasında gözətçi işinə qəbul olunmuş, aylıq əmək haqqı 332 manat təşkil edir. Nəhayət o, 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DTX-nin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında tibbi müayinədən keçmiş və ona (M51.4) L4-L5 fəqərə arası diskin sağ tərəfli yırtığı, kəskin ağrı sindromu diaqnozu qoyulmuş, həmin tarixdə də üzərində ümumi anesteziya altında interlaminoktomiya L4-L5 sağda yırtığın xaric edilməsi cərrahiyə əməliyyatı aparılmışdır. Belinə dəmir korset qoyulmuş, hərəkətləri məhdudlaşmış, yük qaldırmaq, əyilib qalxmaq, kəskin hərəkətlər etmək imkanından uzun müddətə məhrum olmuşdur. Onun başqa qazanc yeri, mülkü, pulu yoxdur. Keçmiş həyat yoldaşı İddiaçı isə “X21 Boulvar”da 2018-ci ildən işləməklə kifayət qədər yüksək qazanc əldə edir. Belə ki, onun aylıq qazancı orada 2022-ci ilin may ayında 966 manat 11 qəpik, iyun ayında 948 manat 54 qəpik təşkil etmişdir. O, atası evində yaşamaqla, yalandan güya kirayədə qalması barədə məhkəməyə şifahi məlumat vermişdir. İddiaçı həm özü, həm də azyaşlı uşaqlardan biri üçün Zəngilan rayonundan olan məcburi köçkün kimi 60 manat (iki nəfərə 120 manat) yardım alır. Odur ki, qarşılıqlı iddiasının qəbul edilməsini, İddiaçı alimentin məbləğinin hər uşağa görə 193 manat məbləğində müəyyən edilməsi barədə ona qarşı qaldırmış olduğu iddia tələbinə, onun iddiaçıya qarşı qaldırmış olduğu qarşılıqlı iddiası ilə birlikdə baxılmasını, İddiaçı iddiasının təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsinin dəyişdirilməsini, iki uşağa görə əmək haqqının üçdə bir hissəsinin tutularaq İddiaçı verilməsini məqsədəmüvafiq və ədalətli hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X5 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdeh məcbur edilməzsə aliment ödəmir, uşaqlara baxmır, Cavabdeh 10 gün həbs olunduqdan sonra gətirib alimenti ödəmişdir. Qızı arada işləmişdir. Artıq işləməsi ilə bağlı əmr verilmişdir. Belə ki, qızı otelin yeməkxanasında işləyir, pandemiya dövründə 250 manat almış, sonradan isə saata görə aldığı maaş dəyişmişdir. Xərcləri çoxdur. Buraya kirayə pulu, kommunal xərclər, uşaqların məktəb, idman və sair xərclər vardır. Onlar uşaqlara baxa bilsin deyə öz pensiyalarını da qızlarına verirlər. Qızı gecə saat 3-də işə gedir və saat 12-də qayıdır, heç kim məcbur olmasa belə işləməzdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən ədalətli qərar çıxarılmasını, iki uşaqla bu vəziyyətdə qalan bir xanıma, kirayədə yaşayan, gecəni səhərə qədər uşaqlarına görə işdə olan xanıma ədalətli qiymət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) X8 qarşılıqlı iddianı müdafiə edib, ilk iddianı isə qəbul etməyərək və sabit pul məmləğində aliment ödəməyə razı olmadığını bildirərək izahatında bildirmişdir ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. İddiaçı 2018-ci ildə bundan əvvəl Zəngilan Rayon Məhkəməsinə mülki iddia ilə müraciət etmiş, həmin məhkəmənin 14 mart 2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə onunla olan birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda hər uşaq üçün 154 manat aliment məbləğinin tutularaq iddiaçıya, yəni İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimenti daim və fasiləsiz olaraq ödəmişdir. Lakin icra məmuru ayda 308 manat əvəzinə İddiaçı 320 manat ödəmələr aparmışdır. İddiaçı indi də Zəngilan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin hər uşağa görə Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 193 manat həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı bu iddiasi ilə razı deyillər və ona etirazlarını bildirməklə yanaşı ona qarşı alimentin növünün dəyişdirilməsi və məbləğinin azaldılması tələbi ilə qarşılıqlı iddia vermişlər. Cavabdeh uzun illər boyu bel-fəqərə sümüklərində olan dözülməz ağrılardan əziyyət çəkir. Ona görə də yüngül işlərdə çalışmaq məcburiyyətində qalmışdır. 04 may 2022-ci ildə Yasamal rayonu 290 saylı X24 bağçasında gözətçi işinə qəbul olunmuşdur. Aylıq əmək haqqısı 332 manat təşkil edir. Nəhayət 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası DTX-nın Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında tibbi müayinədən keçmiş və (M 51.4) L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı ,kəskin ağrı sindromu diaqnozu qoyulmuş, həmin tarixdə də üzərində ümumi anesteziya altında interlaminoktomiya L4-L5 sağda yırtığın xaric edilməsi cərrahiyə əməliyyatı aparılmışdır. Cavabdehin belinə dəmir korset qoyulmuş, hərəkətləri məhdudlaşmış, yük qaldırmaq, əyilib qalxmaq, kəskin hərəkətlər etmək imkanından uzun müddətə məhrum olmuşdur. Cavabdehin başqa qazanc yeri, mülkü, pulu yoxdur. Keçmış həyat yoldaşı İddiaçı isə “X21 Boulvar”da 2018-ci ildən işləməklə kifayət qədər yüksək qazanc əldə edir. Belə ki,onun aylıq qazancı orada 2022-ci ilin may ayında 966 manat 11 qəpik, iyun ayında 948 manat 54 qəpik təşkil etmişdir. O atası evində yaşamaqla, yalandan guya kirayədə qalması barədə məhkəməyə şifahi məlumat vermişdir. İddiaçı həm özü, həm də az yaşlı uşaqlardan biri üçün Zəngilan rayonundan olan məcburi köçkün kimi 60 manat (iki nəfərə 120 manat) yardım alır. Məcburi köçkün pulları Cavabdeh tərəfindən mənimsənilməmişdir, Cavabdehin alimentlə bağlı borcu olmamışdır. Aliment 308 manat olduğu halda ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən aliment 320 manat məbləğində ödənilmişdir.Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən cavabdehin ağır işdə işləməsinin mümkünsüz olmasını, ailə həyatı qurmasını, himayəsində az yaşlı övladının olmasının, əks tərəfin əmək haqqının yüksək olmasını, Zəngilan rayonundan qaçqın olmasını, çörək pulu almasını, 330 manat əmək haqqının 1/3 hissəsi qədər tutulma aparılmasını,sabit pul məbləğində alimenti ödəmək qabiliyyətində olmadığını, qətnamə olmasa belə tutulma cavabdehin həm yaşayış hüququnu həm də ailə üzvlərinin də hüquqlarından məhrum etmək demək olmasını, uşaqlara baxmaq hər iki tərəfin borcu olmasını, hər bir uşağın hüquqlarının bərabər olmasını, ayrı seçkilikdən söhbətin gedə bilməməsini, cavabdehin başqa gəlirin olmamasını, ailə vəziyyəti nəzərə alaraq, ilk iddianın təmin olunmamasını, cavabdehin əmək haqqısının 1/3 hissəsinin tutulması barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın isə 416 manat hissədən artıq imtina etmələri barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) X8 ərizə ilə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğindən Cavabdeh tərəfindən bu günə qədər İddiaçı artıq ödənilmiş kimi hesab etdikləri 416 manat pulun ona iki azyaşlı uşağına görə gələcəkdə təyin ediləcək alimentin məbləğinə daxil edilməsi hissəsində qarşılıqlı iddia tələbindən imtina etdiklərini bildirmişdir. Bununla bağlı Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(034)- 364\2022 saylı qərardadı ilə Cavabdeh qarşılıqlı iddia ərizəsinin Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğindən Cavabdeh tərəfindən bu günə qədər İddiaçı artıq ödənilmiş kimi hesab etdikləri 416 manat pulun ona iki azyaşlı uşağına görə gələcəkdə təyin ediləcək alimentin məbləğinə daxil edilməsi barədə hissəsinə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(034)-123/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 15 yanvar 2018ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Zəngilan rayon İcra Hakimiyyəti başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 258 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh əvvəlki nikahından olan uşaqları X12 və X9 hər ay 60 manat olmaqla, cəmi 120 manat məbləğində vahid aylıq müavinət alırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin epikrizindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə umumi anesteziya altında «interlaminektomiya L4-L5 sağda, yartığın xaric ediləsi» (80.51) cərahiyyət əməliyyatı olunmuş, xx.xx.2022-ci il tarixdə xəstə kafi vəziyyətdə müalicəni ambulator davam etdirmək məqsədi ilə öz xahişi ilə sahə nevroloqun və cərrahın nəzarəti altında evə yazılmış və müvafiq təyinatlar və məsləhətlər verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən müxtəlif məbləğlərdə aliment borcu İddiaçı ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)-96/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə daxil olmaqla 320 manat aliment borcu var. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(034)-96/2019 saylı icra sənədindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “X21 Boulvard” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 058\07\2022 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən “X16 Company” MMC-də əmək fəaliyyətinə başlamış və hal-hazırda 3-cü dərəcəli aşpaz vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əsədov X6 Arzu Barat qızı ilə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X13 xx.xx.2021-ci il təvəllüdlü X4 valideynləridirlər. İş materiallaprında olan 290 nömrəli X24 Bağçası tərəfindən verilmiş 513 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh uşaq bağçasında gözətçi vəzifəsində işləyir və aylıq əmək haqqısı 332 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmşdir ki, tərəflər xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığı üçün məhkəmənin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqların iddiaçının himayəsində saxlanması qərara alınmışdır. Həmçinin Zəngilan Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli 2(034)- 123/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, daha sonra iddiaçı alimentin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-96/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin iddiaçının xeyrinə tutulması tələbinə dair ilk iddia ilə bağlı qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəf Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasını tələb etsdə, iş materialları ilə müəyyən olunur ki, artıq Zəngilan Rayon Məhkəməsinin 2(034)-96/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-123/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir.Aliment məbləğinin hər uşaq üçün 160 manatdan 193 manat məbləğinə artırılmasını tələb edən İddiaçı Cavabdeh həmin alimenti ödəmək qabiliyyətində olması barədə və ya əlavə qəlirlərinin olması barədə məhkəməyə sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, qarşılıqılı iddia təmin edilməlidir. Belə ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni valideynlərin uşaqlarını saxlamaq vəzifəsi onlar üçün bərabərdir, uşaqların saxlanması üçün müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər, yəni İddiaçı işləmək qabiliyyətinə malikdir və hal-hazırda da aşpaz vəzifəsində işləyir və “X16 Company” MMC tərəfindən verilmiş arayışdan göründüyü kimi 2022-ci il yanvar-iyun aylarında 436 manatdan 948 manatadək qazancları olmuşdur. Bundan başqa Cavabdeh yeni ailə qurmuş, bu nikahdan bir azyaşlı uşağı var, həmçinin o, uzun illər boyu bel-fəqərə sümüklərində olan dözülməz ağrılardan əziyyət çəkdiyindən yüngül işlərdə çalışmaq məcburiyyətində qalmışdır. 04 may 2022-ci il tarixdə üzərində ümumi anesteziya altında interlaminoktomiya L4-L5 sağda yırtığın xaric edilməsi cərrahiyə əməliyyatı aparılmış, belinə dəmir korset qoyulmuş, hərəkətləri məhdudlaşmış, yük qaldırmaq, əyilib qalxmaq, kəskin hərəkətlər etmək imkanından uzun müddətə məhrum olmuşdur. Həmçinin Cavabdeh uşaq bağçasında gözətçi vəzifəsində işləyir və aylıq əmək haqqısı 332 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 21 fevral 2019cu il tarixli 2(034)-96/2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli 2(034)-96/2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-364/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-364/2022
02.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver