Məhkəmə qərarları › İş №2(034)-383/2023

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-383/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-383/2023 28.08.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı «borc tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 827.75 ABŞ dolları əsas, 145.35 ABŞ dolları faiz, 2.89 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 975.99 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 12:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı «borc tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: . İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı «borc tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət verlilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar