Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-391/2021 12.07.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, 13.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli ********* saylı müqaviləsi üzrə 03.05.2021-ci il tarixinə yaranmış 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat, ümumilikdə hər iki müqavilə üzrə 1832 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış arasında bağlanmış 13.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “AUX” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 82 manat olmaqla cəmi 1459 manat, 16.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Hi-Fi redmi” markalı qulaqcığa və “Power bank Mi” markalı şarj aparatına görə 3 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 100 manat, ümumilikdə hər iki müqavilə üzrə 1559 manat ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 13.06.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 13.07.2020-ci il tarixində 82 manat, 16.06.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 18.09.2020-ci il tarixində 48 manat ödədikdən sonra heç bir ödəniş etməyib və qalıq qalmış hər iki müqavilə üzrə 1410 manat borcu qaytarmamışdır.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır.Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir.Bununla da, 02.03.2021-ci il tarixdən 03.05.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği hər iki müqavilə üzrə cəmi 422 manat təşkil edir.Beləliklə, cavabdeh 03.05.2021-ci il tarixə iddiaçıya 13.06.2020-ci il tarixli ********* saylı müqaviləyə əsasən 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli ********* saylı müqavilələyə əsasən 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat, hər iki müqavilə üzrə olan borcu 1410 manat əsas, 422 manat cərimə, cəmi 1832 manat təşkil edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “AUX” markalı kondisionerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 82 manat olmaqla cəmi 1459 manat, 16.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Hi-Fi redmi” markalı qulaqcığa və “Power bank Mi” markalı şarj aparatına görə 3 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla cəmi 100 manat, ümumilikdə hər iki müqavilə üzrə 1559 manat ödəməyi öhdəsinə götürmüşdür.Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə 13.06.2020-ci il və 16.06.2020-ci il tarixli müqavilələr üzrə ödənilməli olan məbləğdən cəmi 130 manat ödəniş etməmişdir. Nəticədə onun iddiaçıya 13.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli ********* saylı müqaviləsi üzrə 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1832 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. İş materiallaırna əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin hazırda iddiaçıya 13.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli ********* saylı müqaviləsi üzrə 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1832 manat borcu vardır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Eyni Məcəlləninin 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Odur ki, qeyd olunanlara əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli ********* saylı müqaviləsi üzrə 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1832 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, qət etdim: Ərizə təmin edilsin. Cavabdeh 13.06.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 1377 manat əsas, 413 manat cərimə, cəmi 1790 manat, 16.06.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 33 manat əsas, 9 manat cərimə, cəmi 42 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1832 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-391/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-391/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver