Məhkəmə qərarları › İş №2(034)-400/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-400/2024

26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-400/2024 26.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakimi İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmməlbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» ilk iddia və Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin azaldılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2010-cı il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana kimi cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə ayrı-ayrılıqda 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 14 iyu! 2011-ci il tarixli 2(034)-78/2011 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə onun arasında 18 fevral 2005-ci il tarixdə bağlanmış və həmin tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeydə alınmış nikahın pozulması, 17 may 2007-ci il təvəllüdlü X5 və 08 fevral 2010-cu il təvəllüdlü X4 anaları X2 yanında saxlanılması, Zəngilan Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli 2(034)- 78/2011 saylı qərardadı üzrə icra vərəqəsinin 14 iyul 2011-ci il tarixdən ləğv olunması, 17 may 2007-ci il təvəllüdlü X5 və 08 fevral 2010-cu il təvəllüdlü X1 üçün 24 fevral 2011-ci il tarixdən hər ay 50 manat (cəmi yüz manat), 14 iyul 2011-ci il tarixdən isə hər iki uşağa yetkinlik yaşına çatanadək 76 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh (uşaqların anası) X2 xeyrinə tutulması, 08 fevral 2010-cu il təvəllüdlü X4 üç yaşı tamam olanadək, 08 fevral 2013-cü il tarixədək hər ay 20 manat məbləğində sabit pul atası Cavabdeh tutularaq X3 verilməsi qət edilmişdir. Hal-hazırda X5 17 və X4 isə 14 yaşı var. Zəngilan Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatlarının ödənilməsinə yetmir. Uşaqların məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehyiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, 2(034)-400/2024 saylı mülki iş üzrə iddia ərizəsini və sənədlərin əslinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin azaldılması” qarşılıqlı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 160 manat pul məbləğinin azaldılaraq hər uşağa görə 150 manat müəyyən edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı X6 iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət elərək “alimentin artırılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, irəli sürülmüş iddianın heç bir hüquqi əsası yoxdur. O,16 mart 2012-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş, bu barədə AZ-İ 737232 saylı nikah hahqqında şəhadətnaməsi verilmişdir. İkinci nikahından xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X10 anadan olmuşdur. O, halhazırda «X17” Məhdud Məsuliyyətli Cəmiyyətində işəlyir və aylıq əmək haqqısı 500 manatdır. Cavabdeh daha sonra ərizə ilə məhkəməyə müraciət edərək 2(034)-400/2024 saylı mülki iş üzrə qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublkası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələbinə görə Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbinə dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İş üzrə Cavabdeh İddiaçı qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar