Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-417/2021 14.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mamudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” idda ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4074 manat borcun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, məcburi köçkün olduğundan dövlət tərəfindən yaşayışlarının yaxşılaşdırılması ilə bağlı Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 14, mənzil 20-də müvəqqəti yaşadıqları üçün mənzillə təmin edilmişlər. Bundan başqa onlarla eyni şəhərcikdə məskunlaşan tanışları Cavabdeh da yaşayır. Tanışları Cavabdeh onların evə gələrək onun adına "xxxx" Telekom MMC-dən məişət avadanlıqları götürməyini xahiş etmiş və götürdükləri məişət avadanlıqlarının pulunu vaxtlı-vaxtında ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh "xxxx" Telekom MMC-dən götürdükləri məişət avadanlıqlarının pulunu iki-üç ay ödəsə də, bundan sonra Həsənalı verdiyi vədinə əməl etməyərək, həmin MMC-ə olan borclarını ödəməməsi səbəbindən MMC-nin onu məhkəməyə verməsi və məhkəmə tərəfindən onların xeyrinə qətnamə çıxarılması, nəticədə məhkəmə qətnaməsinin icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilməsi, bu səbəbdən də çarəsiz qalaraq Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etsə də, sonunda onun ərizə və şikayətlərinə baxmışlar. Cavabdeh məsuliyyətə cəlb edilməsini xahiş etsə də, bu barədə müraciətinə rayon prokurorluğunda baxılmış, ona verilən cavab isə belə olmuşdur ki, müraciətdə göstərdiyi xüsusatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş mülki qaydada məhkəmə vasitəsi ilə həll edilir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizəni onunla əsaslandırmışdır ki, «ABC Telekom” MMC ilə onun arasında bağlanmış 22.11.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, «Samsung» markalı soyuducu, paltaryuyan və Led televizor almış və nəticədə 4656 manat borc yaranmışdır. Bu günədək cavabdehə etdiyi müraciətlər bir nəticə verməmiş, cavabdeh ona verdiyi vədə əməl etməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4196 manat olan «Samsung» markalı soyuducu, paltaryuyan və led markalı televizor üçun ümumilikdə 4656 manat olmaqla, ondan 3924 manat ödənilməmiş hissə, 732 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh cəmi 270 manat ödəniş etmişdir. Ən əsası «Maqnit» X3 rayonu, Nərimanov küçəsi, ev 5 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən ərizə (**********439) və öz öhdəsinə götürməsi ilə bağlı Bakı şəhəri 5 saylı ASAN xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X4, Cavabdeh üzərinə götürdüyü öhdəliyində göstərir ki, ona və X1 məxsus kredit borclarının ödənilməsini öz üzərinə götürməsi barədə notarial qaydada verməsi də bir əyani sübut olaraq vəd vermişdir. Bütün bunlara baxmayaraq məhkəmənin gəldiyi qənaəti ilə MPM-nin 142-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəmişdir ki, iddia tələbi qismən təmin olunmalı, ondan 3924 manat əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 4074 manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu pul tutulub, iddiaçı "xxxx" X6 Cəmiyyətinin xeyrinə öədnilməlidir. İddia qalan hissədə isə təmin edilməmişdir. Sonda iddiaçı məhkəmədən Cavabdeh notarial qaydada öz üzərinə götürdüyü öhdəliyə əməl eməsini, etibarından sui-istifadə edərək onun «ABC Telekom”-a olan 3924 manatı əsas borc, 150 manat cərimə, cəmi 4074 manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rusumu tutulub iddiaçı "xxxx" MMCnə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında işlə bağlı heçnə bilməməsini və notariusa getməsini bildirmişdir. Məhkmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mallar onlar tərəfdən alınmamışdır. İddiaçı ilə onların heç bir qohumluqları, hətta qonşuluqları belə yoxdur. İddiaçı ilə onun oğlu əvvəl nişanlı olmuşlar, sonradan isə münasibətləri pozulmuşdur.. İddiaçı ilə anası icraçılarla birlik olub onun oğluna kələk qurmuşlar. Müqaviləni oğlu bağlamamışdır. Onlara pul ödəməyəcəklər. İcrada yazdıqları ərizəni ləğv etdirmişlər. Belə ki, həmin ərizəni oğlunu qorxudaraq ona yazdırmışlar. Oğlu nişanlı vaxtı ola bilsin ki, ödəniş edibdir. Sonradan bildiyinə görə heç bir ödəniş etməmişdir. Cavabdehin nümayəndəsi daha sonra məhkəmə iclasında ona verilən sual-cavablarda izahatına əlavə olaraq bildirmişdir ki, oğlu danışa bilmir, xəstədir. Notariusda o danışmış, oğlu isə qol çəkmişdir. Notariusda olan imza oğluna aiddir, lakin digər imza oğluna aid deyildir. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsu ilə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, hər iki tərəfi tanıyır. Belə ki, iddiaçı ilə eyni binada üzbə-üz mənzildə, iddiaçının anası 20-ci mənzildə, o isə 17-ci mənzildə yaşayır, cavabdehi isə əvvəllər onların qazanxanasında işlədiyi vaxtdan tanıyır. Amma cavabdeh onların binasında yaşamır. Həmin günü qızı Rusiyadan gəldiyi üçün evdə yemək yedikləri vaxtı səs eşitmiş və çölə çıxanda blokda Həsənalını yanında iri qutularla görmüşdür.Həsənalıdan bunlar nədir soruşduqda ona xala dəymə demişdir. Qutulara baxanda paltaryuyan, plazma televizor və ütü olmasını görmüşdür. Təkrar olaraq bloka çıxanda əşyaların orada olmamasını görmüş, soruşduqda isə iddiaçı həmin əşyaların cavabdeh tərəfindən aparılmasını bildirmişdir. Əşyalar onların iddiaçı ilə üzbə-üz yaşadığı mənzilə gətirilmişdir. Lakin o, həmin əşyaların cavabdeh tərəfindən aparılmasını şəxsən görməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Cavabdeh onların istilik sistemlərinə baxan şəxs olmuşdur. Cavabdeh bir az problemləri olduğu üçün ona köməklik edilməsini istəmiş, onlarda cavabında cavabdehə köməklik etmişlər. Əşyalar gətirilən vaxtı olanlar evdə olmamışlar. Belə ki, onlar qol çəkib getdikdən sonra əşyalar gətirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Laçın Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli 2(47)- 61/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 3924 mnat əsas borc, 150 manat cərimə, cəmi 4074 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsmunun tutulub iddiaçı "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən aydın olur ki, o, İddiaçı və X1 məxsus kredit borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 5 saylı «Asan xidmət» Mərkəzində Notariat ofisinin Cavabdeh ünvanlanmış 1584 nömrəli 23.07.2021-ci il tarixli məktubundan aydın olur ki, 28.08.2019-cu il tarixində onun tərəfindən 5 saylı «Asan xidmət» mərkəzinin ofisində yzılmış 8İ-39438 reyetr nömrəli ərizəsinə bu günkü tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin 31.08.2021-ci il tarixli Hış-13 nömrəli məktubun məzmunundan görünür ki, aparılmış araşdıma nəticəsində İddiaçı dair qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı mövcud olduğu üçün şirkətin arxiv məlumatlarında İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin və təhvil-təslim aktının saxlanmadığı, sözügedən şəxin faktiki ünvanının ünvan 2lan təhvil-təslim aktının surətindən görünür ki, həmin akt İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan aktın surətindən görünür ki, aktda təhvl aldım Cavabdeh sözləri yazılmaqla imzası çəkilmişdir İş materillarına əlavə edilmiş 23.11.2018-ci il tarixli İddiaçı ünvanlanmış bildirişin surətindən görünür ki, o, 00384233 nömrəli müqaviləyə əsasən əşyaların təhvil-təslim aktında qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli 4/1430 nömrəli məktubundan görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-279/2021 saylı qərardadına əsasən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 22.11.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı Samsung markalı soyducu, paltaryuyan və led televizor almışdır.Lakin iddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün "xxxx" MMC-nin iddia tələbi əsasında Laçın Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli 2(47)-61/2020 saylı qətnaməsi ilə İddiaçı 3924 manat əsas borc, 150 manat cərimə borcu olmaqla, cəmi 4074 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsmunun tutulub "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. İddiaçı isə Zəngilan Rayon Məhkəməsinə Cavabdeh qarşı pul tələbi ilə müraciət edərək, müqavilə onun adından bağlansa da, əşyalar Cavabdeh tərəfindən təhvil alınaraq aparlıdığını, hətta cavabdeh onun və anasının kredit borcunu ödəməyi öhdəsinə götürməsi barədə notarial qaydada ərizə verdiyini əsas gətirərək, həmin borcun Cavabdeh tutulmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi iddiaçının tələbinə etiraz edərək, iddiaçı ilə cavabdeh arasında yaxşı münasibətlər olduğuna görə oğlu Cavabdeh iddiaçıya kömək etmək məqsədi ilə iddiaçının "xxxx" MMC-yə olan borcunun ödənilməsini öz üzərinə götürdüyüni, sonradan isə aralarındakı münasibətlər pozulduğuna görə həmin öhdəliyi ləğv etdiyini, onlar ayrı-ayrı binalarda yaşadıglarını, əşyaları alanda təhvil-təslim aktı iddiaçının özü tərəfindən imzalandığını və əşyalar elə iddiaçının yaşadıqları evə gətirildiyini bildirmişdir. Araşdırma zamanı tərəflərin eyni ünvanlarda deyil, müxtəlif ünvanlarda yaşadıqları məlum olmuşdur və iddiaçı təhvil-təslim aktını özü mağazada imzaladığını etiraf etmişdir. İddiaçı tərəf əşyların onun deyil, cavabdehin mənzilinə aparlmasını iddia etsə də, cavabdeh tərəf bunu təkzib etmiş, hətta iddiaçının öz təşəbbüsü ilə şahid qismində dindirilmiş Nəcibə Rüstəmova da ifadəsində iddiaçı ilə üzbə-üz mənzillərdə yaşamasını, cavabdehin orada deyil, başqa bir binada yaşamasını, əşyaların iddiaçının mənzilinə gətrildiyini gördüyünü, lakin həmin əşyaların cavabdeh tərəfindən aparlımasını isə görmədiyini bildirmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş 22.11.2018-ci il tarixli əşyaların təhvil-təslim aktından göründüyü kimi İddiaçı 00384233 nömrəli müqaviləyə əsasən aktda qeyd olunan məhsulları tam qusursuz halda təhvil alması barədə aktı imzalamışdır. Bu da ona əsas verir ki, iddiaçı iddia tələbini əsaslandıran hallara dair kifayət qədər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün və təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq belə nəticəyə gəlir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün və həmin tələbin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən məhkəmədə hazırki iddianın qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi : İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-417/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-417/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver