Məhkəmə qərarları › İş №2(034)-43/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-43/2022

08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-43/2022 08.02.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Zəngilan Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 6402,94 manat məbləğində kredit borcu, 1802,92 manat məbləğində fazi borcu və 2650,82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10859,68 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər isə mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və X1 qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar