Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-436/2025 11.02.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən bankın xeyrinə xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 21579,48 manat əsas borc, 1524,36 manat faiz borcu, 4.1 manat cərimə borcu olmaqla, cəmi 23.107,94 manat məbləğində borcun və 159,32 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 16.5 faizlə 48 ay müddətinə 22600 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2025-ci il mayın 6-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 21579.48 manat əsas borc, 1524.36 manat faiz borcu və 16.41 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 20149.59 manat borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə banka olan cərimə borcu 16.41 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 4.1 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, iş həcminin çoxluğu nəzərə alınaraq, məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilərək, işin məhkəmə baxışına təyin edilməsini və iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə ərizəni nəzərə alıb, işə iddiaçınını nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına olan Cavabdeh xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 16.5 faizlə 48 ay müddətinə 22600 manat məbləğində kredit götürmüşdür. -İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin banka 21.579,48 manat əsas borc, 1.524,36 manat faiz borcu, 4.1 manat cərimə borcu olmaqla, cəmi 23.107,94 manat məbləğində borcu var. -İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş 9/4271 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallaırnda olan hesabdan çıxarış məlumatları, 27 avqust 2024-cü il tarixli, 4-Y-3-02282-24 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh 06 may 2025-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 23117,41 manat məbləğində müəyyən edilir, o, cümlədən əsas borc 21845,80 manat, faiz borc isə 1271,61 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1-ci və 445.2.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən İddiaçı ASC-dən illik 16.5 faizlə 48 ay müddətinə 22600 manat məbləğində kredit götürmüş, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, iddiaçı tərəfindən dəfələrlə şifahi və rəsmi qaydada ona müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Hazırda cavabdehin banka 21.579,48 manat əsas borc, 1.524,36 manat faiz borcu, 4.1 manat cərimə borcu olmaqla, cəmi 23.107,94 manat məbləğində borcu yaranmış və cavabdeh borcun ödənilməsindən boyun qaçırdığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh borcla razı olmadığı üçün onun vəsatəti əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və verilmiş ekspert rəyində Cavabdeh 06 may 2025-ci il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 23117,41 manat məbləğində müəyyən edilir, o, cümlədən əsas borc 21845,80 manat, faiz borc isə 1271,61 manat təşkil etmişdir. Verilmiş ekspert rəyində göstərilən əsas borc iddiaçının tələb etdiyi əsas borcdan, iddiaçının tələb etdiyi faiz borcu isə ekspert rəyində göstərilən faiz borcundan fərqləndiyindən, əsas borc iddiaçının tələb etdiyi borc, faiz borcu isə ekspert rəyində olan faiz borcu isə nəzərə alınmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 21579,48 manat əsas, 1271,61 manat faiz, 4,1 manat cərimə borcu olmaqla, cəmi 22855,19 manat məbləğində borc iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 159,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia tələbi qismən təmin olunduğuna görə, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 159,32 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə, 100 manat məbləğində ekspertiza xərci isə Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21579,48 manat əsas, 1271,61 manat faiz, 4,1 manat cərimə borcu olmaqla, cəmi 22855,19 manat məbləğində borc və 159,32 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ekspertiza xərci olan 100 manat tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-436/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-436/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver