Məhkəmə qərarları › İş №2(034)-437/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-437/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-437/2025 11.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh X3 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6700 manat məbləğində pulun və 87 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6787 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Məhkəmə iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, 2023-cü ildən tikinti işləri ilə məşğul olduğu Laçın rayonunun Zabux kəndindən yaxından tanıdığı X4 ona olan etibarından, inamından sui-istifadə edərək guya ailə vəziyyətində yaranmış problemlərini əsas tutaraq, yəni öz doğma anasının xəstə olduğunu bəhanə edərək təcili xeyli miqdarda dərman və sistem iynələrinin alınmasına ehtiyac olduğunun məcburiliyini əsas gətirərək ondan xx.xx.2023-cü il tarixdə aralarında yazılı akt tərtib olunmaqla 1500 manat pul vəsaitini qaytarmaq şərti ilə təcili öz şəxsi məqsədləri üçün almışdır. Beləliklə, cavabdehi tanıdığı üçün xx.xx.2023-cü il tarixdə 1500 manat pul vəsaitini “eManat» aparatından ödəmiş, pul verilməsinin sübutu aralarında tərtib olunmuş iltizam aktıdır və ona əsasən 1500 manat pul vəsaitini “eManat” aparatından onun **********592161 saylı kartına köçürmüşdür. Artıq pul verdiyi vaxtdan cavabdehi axtarmış, tapa bilməmişdir. Müxtəlif nömrələrdən zəng etsə də, telefonu açır səsini tanıdığı üçün telefonu söndürür. Digər tərəfdən 2024-cü ilin iyul ayından etibarən Qarabağda tikinti işləri ilə məşğul olmağa başlamış, bir müddət sonra onu bir təhər tapmış, həmin ərəfədə o, cavabdehlə onunla əlaqə saxlamışdır ki bəlkə tanıdığın ustalar var, onun apardığı tikinti işlərini bacaran varsa ona istiqamətləndir gəlib işləsinlər. Özündə gəl işlə ona olan borcundan hissə-hissə bağlayarsan demişdir. O razılaşmış və onlar danışmış, ona suvaq vuran aparat lazım olduğunu bildirmişdir. O bildirmişdir ki, həmin apartadan icarəyə verən var satanıda tanıyır, lazım olsa 1500-2000 manata icarəyədə götürmək olar, yada istəyirsən bir az işlənmiş vəziyyətdə olanları var, öyrənib, neçəyə satırsa deyər. Bir müddət keçdikdən sonra onunla “Qızıl Tac” şadlıq sarayının yanında görüşmüş və bildirmişdir ki, icarəyə 2000 manata deyirlər, amma aşağıda razılaşmaq olar, lazım olsa onu işlətməyi bacarır. Birdə az işlənmiş var, baha deyirlər, amma onu 5200 manata danışıb ala bilər, bu şərtlə ki, pulunu nağd istəyir demişdir. O, onun təzəsinin çox baha olduğunu bildirmiş və ona görə də razılaşmış, aralarında akt-iltizam tərtib etmişlər. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını, 6700 manat məbləğində pulun və 87 manat dövlət rüsumunun ona qaytarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan pulun köçürülməsi ilə bağlı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 1500 manat məbləğində pul vəsaiti cavabdehə məxsus kart hesabına köçürülmüşdür. -İş materiallarında olan xx.xx.2023-cü il tarixli akt-iltizamdan görünür ki, İddiaçı 1500 manat məbləğində pul vəsaitinin X2 bank kartına köçürməsini, X4 isə həmin 1500 manat pulu almasını öz imzaları ilə təsdiq etmişlər. -İş matermallaırnda olan və tərflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli aktiltizamdan görünür ki, suvaq aparatının alınması üçün İddiaçı tərəfindən X3 5200 manat məbləğində pulun verilməsini öz imzaları ilə təsdiq etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər birbirlərini tanıyırlar. Belə ki, cavabdeh 2023-cü il tarixdə idddiaçının ona olan inamından, etibarından sui-istifadə edərək, anasının xəstə olmasını, təcili olaraq dərman və sistemlər alınmasını bəhanə edərək öz şəxsi məqsədələri üçün qaytarmaq şərti ilə 1500 manat məbləğində pul lazım olmasını bildirmiş, iddiaçıda öz növdəsində cavabdehi tanıdığı və inandığı üçün 1500 manat pulu «eManat» vasitəsi ilə cavabehə məxsus kart hesabına köçürmüşdür. Cavabdeh pulu aldıqdan sonra pulu qaytarmamış, edilmiş zənglər isə cavabsız qalmışdır. Cavabdehin axtarşı ilə bağlı iddiaçı tərəfinən aparılomış axtarışlarında heç bir nəticəsi olmamışdır. İddiaçı 2024-cü ilin iyul ayından Qarabağda tikinti işləri ilə məşğul olmağa başlamış, bir müddət sonra cavabdehi bir təhər tapmış, cavabdehə gəib tikintidə işləməsini və ona olan borcunu hissə-hissə qaytarmasını demiş və cavabdeh bununla razılaşmışdır. Aralarında olan söhbət zamanı iddiaçı cavabdehə ona suvaq vuran aparat lazım olmasını bildirmiş, cavabdeh həmin aparatı icarəyə verən və satan şəxslər olmasını, həmin şəxsləri tanımasını, aparatrın satış qiymətini öynəib məlumat verəcəyni demişdir. Bir müddətdən sonra təzə aparatların çox baha olmasını, lakin bir az işlənmiş aparat olmasını, həmin aparatın qiymətinin baha olmasına baxmayaraq, onu 5200 manata danışıb ala biləcəyni və aparatın pulunun nağd şəkildə istəmələrini demişdir. Yenə də cavabdehin sözünə inanmış aparatın alınması üçün aralarında imzalanmış akta əsasən 5200 manat pulu cavabdehə vermişdir. Araşıdrma zamanı məlum olmuşudr ki, bu günə kimi cavabdeh iddiaçının etibarından suiistifadə edərək aldığı ümumilikdə 6700 manat məbləğində pulu ona qaytarmışdır. Beləliklə, cavabdehin iddiaçıya 6700 manat məbləğində borcunun olması iş materiallarında olan və tərəflər arasınla imzalanmış aktlarla tam sübuta yetmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 6700 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 87 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun 87 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 6700 manat məbləğində pul vəsaiti və 87 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar