Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-445/2025 08.09.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “ATSLAHA 18» Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc məbləği 2162,50 manat, cərimə borcu 2185.50 manat olmaqla, cəmi 4348 manat pulun və ödənilmiş 63,48 manat dövlət rüsmunun alınaraq iddiaçının xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında Lombard kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən Lombart təşkilatı borc alana Cavabdeh qızma 2200 manat pulu borc vermişdir. Cavabdeh müqavilə əsasında həmin məbləği təsdiq etmiş, kredit müqaviləsinə əsasən 62 gün 30% - lik, gündəlik ödəniş məbləği 46,50 manat ödəmək şərti ilə 62 təqvim günü qaytarılmasını öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə əsas borc məbləği 2162,50 manat, cərimə borcu isə 2185.50 manat olmaqla, cəmi 4348 manat təşkil edir. Bundan sonra onlar tərəfindən Cavabdeh cəmi 4348 manat pulun qaytarılması ilə bağlı məktub göndərilmiş, lakin cavabdeh hər dəfə yeni-yeni bəhanələr gətirmişdir. Pulun ödənilməsi ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh yalan vədlər verməklə onlaır aldatmışdır. Cavabdeh uzun müddət hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən də onlar pozulmuş hüquqularının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin ("Ədalətli məhkəmə araşdırması hüququ") 1-cı hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sonda iddiaçı məhkəmədən Cavabdeh əsas borc məbləği 2162,50 manat, cərimə borcu 2185.50 manat olmaqla, cəmi 4348 manat pulun və ödənilmiş 63,48 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdeh rnlardan 2200 manatı götürəndə əvəzinə pərdə qoymuş, lakin sonradan məlum olmuşdur ki, həmin pərdələr onun deyil başqasının olmuşdur. Pərdə aşağı qiymətlə hesablanmışdır. Cavabdeh bu günə kimi 50 manat ödəniş etmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Cərimə 47 günün müqavilədə göstərilən ödənişi əsasında hesablanmışdır. Onlar gündəlik yazılan cəriməni qeyd etməmiş, silmişlər. Siyahıya alınmış pərdələr cavabdehin özündə olmuş, onlar tərəfdən götürülməmişdir. Onlar cavabdehə bildirmişlər ki, hər ay 150 manat ödəniş etsin ki, məhkəməyə müraciət etməsinlər. Cavabdeh onlara ümumiyyətlə ödəniş etmir gedin nə edirsiz edin demişdir. Cavabdeh filiallarına gəlib razılğa gələ bilərdilər. Heç olmasa 1500 manat ödəniş etsin ki, ondan sonra onlar aylığa bölərlər. Cavabdeh vaxtı uzatmaq üçün məhkəmədən vaxt istəmişdir. Cavabdeh onlarla heç bir razılığa gəlməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını, Cavabdeh əsas borc məbləği 2162,50 manat, cərimə 2185.50 manat olmaqla, cəmi 4348 manat məbləğində borcun və ödənilmiş 63.48 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddianın əsas məbləği hissəini qəbul edir, cəriməni isə qəbul etmir. İşləmədyi üçün borcunu ödəyə bilməmişdir. O, İddiaçı MMC-dən 2200 manat borc pul götürmüş, sonradan mağazası iflasa uğradığı üçün ödəniş edə bilməmişdir. Onun Sədərək Ticarət Mərkəzinə 1350 manat borcu olduğu üçün 3300-3400 manatlıq pərdələrini sahibkar Əlisafa bəy tərəfindən götürülmüşdür. İddiaçı MMC ondan pərdələri götürməmişdir. O, cərimə borcunu qəbul etmir. İşləmir, ürəyindən əməliyyat olmuş, hər ay 50 manat ödəniş edə bilər. O, hər ay 150 manat ödəniş edə bilməz. Ona vaxt verilsin ki, Əlisafa bəydən pərdələrini götürüb tərəfin borcunu ödəsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan xx.xx.2024-cü il tarxli Lombard Kredit Müqaviləsindən görünür ki, cavabdeh təşkilatdan 2200 manat məbləğində borc götürmüş və borc məbləği borc alana 62 təqvim günü müddətinə verilmişdir. -İş materiallarında olan qəbzdən görünür ki, cavabdeh «ATSLAHA 18” Məhdud Məsuliyyəti Cəmiyyətindən 2200 manat məbləğində borcu almasını öz imzası ilə təsdiq etmişdir. -İş materiallarında olan Razılıq Ərizəsinin surətindən görünür ki, cavabdeh müqavilənin şərtləri ilə tam razıdır və öz imzası ilə bunu təsdiq etmişdir. -İş materiallarında olan xx.xx.2024-cü il tarixli girov predmetinin təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh 2200 manat borcun və faiz öhdəliyinin təminatı kimi pərdə məhsulları olan girov predmetini girov qoyan girov saxlayana təhvil vermiş, girov saxlayan girov qoyandan tam olaraq və lazımı qaydada təhvil almışdır. -İş materiallarında olan və «ATSLAHA 18” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən cavabdehə göndərilmiş bildirişdən görünür ki, cavabdehin şirkətə əsas borcu 2162,50 manat, cərimə borcu isə 2185,50 manat olmaqla, cəmi 4348 manat təşkil etmiş, 10 gün müddətində həmin borc ödənilmədiyi halda məhkəməyə iddia ilə müraciət olunacağı bildirilmişdir. -İş materiallarında olan və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli girov müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasənm girov qoyan girov saxlayan qarşısında 2860 manat miqdarında borc və 62 təqvim günü ərzində qaytarılması üzrə öhdəliyi vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Maddə 295.Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1.Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 300-300.0.2. Girov aşağıdakı növlərdə ola bilər: Əşyanın lombardda girovu. Maddə 302.1.Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.2.Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Lombard kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə iddiaçı Cavabdeh 2200 manat məbləğində borc vermiş, cavabdeh borcun almasını öz imzası ilə təsdiq etmiş və müqavilənin şərtləri ilə tam razı olması ilə bağlı razılıq ərizəsi yazmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə borc məbləği cavabdehə 62 təqvim günü müddətinə verilmiş, cavabdeh 2200 manat borcun və faiz öhdəliyinin təminatı kimi özünə məxsus olmasını iddia etdiyi pərdə məhsullarını aralarında bağlanmış girov müqaviləsinin şərtlərinə görə lombarda təhvil vermişdir. Cavabdeh müqavilənin şərtlərinə görə 62 təqvim günü müddətində borcu iddiaçıya qaytarılması barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş, dəfələrlə borcun ödənilməsi ilə bağlı edilmiş müraciətlərə, göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq, cavabdeh nə əsas borcu, nədə borca hesblanmış cəriməni ödəməmiş və müxtəlif bəhanələrlə borcun ödənilməsindən borcun qaçırmışdır.Lombard krediti üzrə cavabdeh tərəfindən girov qoyulmuş pərdə məhsulları iddiaçı tərəfindən araşdırma aparıldığı zaman cavabdehin özünə aid olmadığı müəyyən olmuşdur. Hazırda iddiaçı cavabdehdən əsas borcun və ona hesasblanmıh cərimə borcunun ödənilməsini tələb edir. Lakin, məhkəmə taraşdırması zamanı cavabdeh əsas borcu qəbul etsə də, borca hesablanmış cərimə borcunu qəbul etməyərək bildirmişdir ki, işləmədiyindən borcu vaxtında ödəyə bilməmişdir. Hazırda onun borcdan hər ay 150 manat məbləğində ödəniş etməsini onun imkanı xaricindədir və yalnız hər ay 50 manat ödəməyə imkanı çatmasını bildirmişdir. Bundan başqa, tərəflərin arasında bağlanmış kredit müqaviləsi ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, iddiaçının müqavilə üzrə tələb etdiyi 2185,50 manat məbləğində cərimənin Məhkəmə Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğunu hesab edir və həmin cərimənin məbləğinin azaldılması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizlərinin tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, kredit müqaviləsi üzrə cəriməni azaldıb 1000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 2162,50 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3162,50 manat məbləğində borc İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulmalıdır. Bundan başqa iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 63.48 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 63.48 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2162,50 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3162,50 manat məbləğində borc və ödənilmiş 63,48 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-445/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-445/2025
08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver