Məhkəmə qərarları › İş №2(034)-451/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-451/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-451/2023 30.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 10.000 manat məbləğində əsas borcun və 120 manat məbləğində ödənilmiş dövlət rüsmunun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlərdən birinə münasibətdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada torpağın alınmasına ödədiyi 10.000 manat pulun və 120 manat dövlət rüsumunun, Cavabdeh2 həmin torpaq sahəsində ona məxsııs yaşayış sahəsinin söküntüsündən götürülmüş tikinti materialların dəyəri olan 8000 manat pulun və məhkəmənin nəfinə ödənilən 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlərdən birinə münasibətdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndgn müştərək qaydada torpağın alınmasına ödədiyi 10.000 manat pulun və120 manat dövlət rüsumunun, Cavabdeh2 həmin torpaq sahəsində ona məxsııs yaşayış sahəsinin söküntüsündən götürülmüş tikinti materialların dəyəri olan 8000 manat pulun və məhkəmənin nəfinə ödənilən 25 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətramə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10000 manat məbləğində pul vəsaitinin və Cavabdeh2 8000 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehləri 2006-cı il tarixdən torpaq alqı-satqısı ilə məşğul olan şəxslər kimi tanımışdır. 2006-cı il tarixdə razılaşmalarına görə ümumi dəyəri 9000 ABŞ dolları torpaq sahəsini onlardan almış və pulunu nağd şəkildə ödədikdən sonra ona torpağın sənədi olaraq yaşayış evinin layihəsi və Qədəmin oğlunun adına ilkin sənədlər təqdim edilməklə, yaxın bir zaman ərzində torpaq sahəsinin kadastrı çəkildikdən sonra torpaq sahəsinin adına keçirilməsi bildirilmiş və fərdi yaşayış evi tikildikdən sonra Cavabdeh1 ona təqdim etdiyi layihə sənədləri əsasında kommunal abunə kodları adına keçrilmişdir. Uzun müddət fərdi yaşayış evində yaşamış və Abşeron Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırıldıqdan sonra bəlli olmuşdur ki, cavabdehlər tərəfindən aldatılmış və ona maddi ziyan dəymişdir. Hər iki şəxsin hərəkətinin nəticəsi olaraq yaşayış evindən məhrum olunmuş və mənzili sökülməklə ona maddi və mənəvi ziyan dəymişdir. Əldən gedən ziyan 25.000 manat təşkil etsə də, cavabdehlərdən 10.000 manat pulunu tələb edir. Pulu tam tələb edə bilməmə səbəbi qanunda qeyd olunan dövlət rüsumunu tam ödəyə bilməməməsi ilə əlaqədardır. Torpaq sahəsi alınarkən pulun verilməsini təsdiq edən səs yazıları və şahidlər xx.xx.1968ci il təvəllüdlü-X7 və xx.xx.1960-cı il təvəllüdlü X11 təsdiq edə bilərlər. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 2006-cı ildə saxta sənədlə ona torpaq satmışdır. O, vaxtdan da,- cavabdehdən aldıqları torpaq sahəsində ev tikmiş, qaz, su, işıq çəkərək orda yaşamışlar. Ona gəlib pul vermələrini demiş, o da, neçə illərdir ki, bu evdə yaşayır, bura onun evidir bildirmişdir. Onlar burdan məcburi çıxaracaqlarını bildirmişlər. Bir müddətdən sonra icra gəlmiş, akt tərtib etmiş və onların evini sökərək onları evdən çıxarmışlar. Dəfələrlə pulunu almaq üçün Qədəmin yanına getmiş, lakin Qədəm hər dəfə bir bəhanə ilə onu yola salmışdır. Bu barədə polisə müraciət etmiş və ona işlərin məhkəməlik olması bildirilmişdir. O, da məhkəməyə müraciət etmişdir. Torpağı Qədəmdən almış, həmin torpaq Mehdiabad qəbəbəsində yerləşir. Qədəm oğlunun adına olan saxta torpaq sahəsini ona satmışdır. Qədəm onlara torpağın çertyojunu vermiş, həmin çertyojda Qdəmin oğlunun adına olmuşdur. Qədəmə torpağı almağa görə 7000 manat pul vermiş, sonradan 3000 manatda pul vermişdir. Qədəmə hər dəfə torpağı onların adına keçirməsini desələr də, onlara bu gün sabah deyib onları aldatmışdır. Həmin torpaq sahəsində bir otaqlı ev tikib yaşamışlar, gəlib onları evdən çıxarıb evlərini sökmüşlər. Qədəm onlara 6 sot torpaq sahəsi satmışdır. Torpağın sənədi yoxdur. Evi icradan gəlib sökmüşlər. Akta evin hər bir şeyini Cavabdeh2 həvalə edilməsi, onlara isə 8000 manat məbləğində pul verilməsi yazılmışdır. Qədəm onlara pul yox, torpaq sahəsi verəcəyini bildirmişdir. Qədəm ondan əlavə pullar almışdır. Torpağı alanda hər iki cavabdehdə orda olmuşdur. Bu sənədin necə düzəlməsindən onun məlumatı yoxdur. Qədəmlə birgə Adil torpaq alqı-satqısı ilə məşğul olmuşlar. Heç bir məhkəmədə onların iştirakları olmamışdır. Üç nəfər icraçı gəlmiş, ona sənəd təqdim etmədən evini sökmüşlər. Yoldaşı pis vəziyyətdə olduğu üçün şikayət etməmiş, sənəd də tələb etməmişdir. Bildirişə yoldaşı, Cavabdeh2 və icraçı imza etmişlər. Evini 2019-cu ilin noyabr ayında sökmüşlər. Cavabdeh2 sökülmüş evin tikinti materiallarının dəyərini dəfələrlə tələb etməsinə baxmayaraq, heç bir ödəniş etməmişdir. Sökülmüş evin tikinti materialları həmin torpaq sahəsində qalmış, nə həyat yoldaşı, nə də onun qardaşı həmin tikinti materiallarını götürməmiş və satmamışdır. Torpaq sahəsi Qədəmin adına olmuş, sonradan onların adına sənədləşdirməli idi. Cavabdeh2 onların torpaq sahəsini mənimsəmiş və onun torpaq sahəsi olmasını demişdir. Qədəm ona saxta sənəd vermişdir. Torpağın 1 sot 80 santımetri cavabdeh Adilin torpaq sahəsinə düşür. O, 2006-cı ildə torpağı almışdır. Yoldaşını təhdid etmiş, ona da hücum etmişdir. Sonda iddiaçı məhkəmədən ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıya cavabdehlər torpaq sahəsi satmışlar. Müəyyən sənədlər təqdim olunmuş, bu sənədlər başqa şəxsə aid olmuş, sonradan həmin şəxsin adından iddiaçının adına keçiriləcək idi. Bu iki şəxs torpaq sahəsinin alışı-satışı ilə məşğul olanda başqa adamların adına texniki sənədləri olmuşdur. Cavabdehin əməlində aldatma olduğu üçün onlar polisə müraciət etmiş, cinayət işinin başlanması rədd edilmiş və onlara işə mülki qaydada baxılmalı olması bildirilmişdir. Qədəm dünənə kimi söz verirdi ki, iddiaçıya başqa torpaq sahəsi verəcəklər. Cavabdehlər çox adama torpaq sahəsi satmış, bir neçə adam da onlardan Mehdiabad polisinə şikayət etmişlər. Onlar 10000 manat pulu hər iki cavabdehdən istəyirlər. Söküntünü icra məmuru həyata keçirmiş və söküntüyə dair şəkillər də var. İddiaçı cavabdeh X2 torpaq almaq qərarına gəlmiş, lakin həmin dövrdə hər iki cavabdehi torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışlar. Cavabdeh2 makler kimi torpaq alqı-satqısı ilə məşğul olmuş, iddiaçınında bir halda Qədəmdən torpaq alması üçün maddi marağı olmuşdur. Razılaşıb xanıma torpaq satmışlar. Hətta iddiaçıya 10.000 manat ziyan dəymişdir. Çünki torpaq sahəsini qiymətləndirdikdən sonra 10.000 manata razılaşmışlar. Torpağın sənədi Qədəmin oğlunun adına olmuş və Qədəm həmin sənədi bunların adına dəyişəcəklərini bildirmişlər. Lakin sonradan bunlara məlum olmuşdur ki, Qədəm həmin texpasport vasitəsilə bir neçə şəxslərə torpaq sahəsi satırmışdır. Bu səbəbdəndə barəsində cinayət işi olmuş və o, məhkum olunmuşdur. Həmin ərəfədə artıq Cavabdeh2 iddia qaldıraraq bilərəkdənki torpaq sahəsini öz adına keçirmişdir. Cavabdeh2 da orda maddi marağı olmuş, çünki Qədəmlə bunlar bir yerdə müştərək qaydada torpaq alqı-satqısı ilə məşğul olmuşlar. Torpaq sahəsinin ona məxsus olması ilə bağlı məhkəmədə yenidən iddia qaldırılmış, həmin torpaq sahəsinin ona məxsus olmasına dair məhkəmə onun iddia tələbini təmin etmişdir. Həmin xanım torpaq sahəsindən çıxarılmış və özləri tikinti aparıması üçün şərait yaratmışlar. Həmin tikinti sahəsinin sökülməsi ilə bağlı xanım torpaq sahəsindən çıxarılan zaman Cavabdeh2 tikintiyə sərf olunmuş mal-materialın məhz onun tərəfindən götürülməsini özü təklif etmiş, tərəflər qarşılıqlı razılığa gəlmiş, icra məmuru xanımın torpaq sahəsindən çıxarılması ilə bağlı akta, hətta aktın bir hissəsində göstərilir ki, Cavabdeh2 8000 manata imza atmışlar ki, xanıma versinlər. Xanım aktı telefona çəkmişdir. Sonradan o, Abşeron rayon icra şöbəsinə vəkil sorğusu təqdim etmiş, lakin icra şöbəsi tərəfindən onun sorğusuna cavab verilməmişdir. Sonradan onlara məlum olmuşdur ki, aktı iş materiallarından onlar çıxarmışlar. İcra şöbəsində işlə tanış olanda aktı görməmişdir. Bu səbəbdəndə iddia tələbini 10000 manat məbləğində müştərək qaydada Cavabdeh2 və X1 tələb edirlər. Çünki onların hər ikisi o torpaq sahəsini xanıma satmışlar. Xanım bildirir ki, o, cavabdehlərin hər ikisi ilə danışıq aparmış, 8000 manatı isə Cavabdeh2 material onun olsun deyə öhdəlik götürmüşdür. Qədəm iddiaçıya narahat olmamasını, onun torpağını başqa yerdən verəcəyini bildirmişdir. Cavabdehlərin ikisidə bir-birini tanıyan şəxslərdir. Təqdim etdikləri səs yazısında Qədəmlə bağlı özü də pulun verilməsini etiraf etmişdir. Amma Qədəmlə həmin pul aralarında borc kimi qalmışdur. İddiaçı Cavabdeh2 ilə tikinti materialları və seyf qapısına görə 8000 manata razılaşmışlar.Amma razılaşmış məbləğdən heç bir ödəniş etməmişdir. Məhkəmədən Cavabdeh1 10000 manat, Cavabdeh2 isə 8000 manat dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, 2003-cü ildə Cavabdeh1 torpaq sahəsi almışdır. Qədəmdən 2007-ci ilə kimi torpaq sahəsinin sənədini ala bilməmiş, nəhayət ki, 2007-ci ildə Qədəmdən torpağın sənədini almışdır. O, 2003-cü ildə Qədəmə pul vermiş, Qədəm torpağın yerini sonradan ona göstərmiş, o, da hasar çəkmişdir. 2003-cü ildə pulu Qədəmə vermiş, sənədi isə 2007ci ildə dava-dalaşla almışdır. İddiaçının Qədəmin iştirakı ilə onun torpaq sahəsində tikinti işlərinin aparmasını gəlib görmüş, Qədəmə həm ona, həm də bu xanıma torpaq sahəsini satmasını bildirmişdir. O, Qədəmlə birgə işləməmişdir. Bütün Mehdiabad da, onun Qədəmlə düşmən olmasını bilir. Qədəm ona iddiaçılara burda torpaq sahəsi, ona isə 12 sot torpaq sahəsini başqa yerdə verəcəyini bildirmişdir. O, iddiaçıya aldanmasını bildirmişdir. Qədəm ona bələdiyyənin sərəncamını vermişdir. Sonra o, İrana getmiş, gələndə torpağında tikinti aparıldığını görmüşdür. Qədəm torpağın sotunu iddiaçıya 800 manata, ona isə 3500 manata satmışdır. Qədəm ona yol qırağında torpaq sahəsini göstərib satmış, sonradan aldadaraq başqa yer vermişdir. Qədəm sonradan ona pulunu verəcəyini bildirmiş, lakin pulunu verməmişdir. 2011-ci ildə məhkəmə qətnaməsi çıxmış, yenədə gözləmişdir ki, Qədəm pulunu verəcək, amma verməmişdir. Məhkəmə qətanmə çıxarandan sonra iş icraya getmişdir. O, Qədəmi Ağır Cinayətlər Məhkəməsində görmüş, Mehdiabad camaatı ondan şikayət etmiş, onun sənədini verdiyi üçün o, Qədəmdən şikayətçi olmamışdır. Materialı hesablamışlar, bunlarla 3500 manata razılaşmışlar, lakin sonradan qardaşı 5000 manat demiş və ona da razılaşmışdır. 6 ay müddətinə ödənilməsinə razılaşmışlar.1500 manata danışıb qapını aparmışdır. İddiaçı tərəf ona şər atır. Polis gəlmiş, polisə qapını gətirməyini göstərmişdir. İddiaçının evini o, sökdürməmişdir. Torpaq onun olmuş, onda torpağın çıxarışıda var. Abşeron Rayon Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar əsasında ev 2019-cu ildə sökülmüşdür. O, Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Məcburi icra tədbiri təyin olunmuş və 50-60 dəfə təyinat göndərmişlər. İcrada 8000 manatla bağlı imza etməmişdir. O, şəkər adamdır, bildirişə imza etməsi yadından çıxmışdır. İddiaçının yoldaşı ona o, pulu verəndən sonra açarı verəcəyini bildirmişdir. Onlar ona 4000 manatla razılaşmasını demiş, sonradan iş məhkəməyə verilmiş, indi o, 4000 manatı verə bilməz. Torpaq sahəsinin 4 sotuna çıxarışı var, iddiaçı onun 1 sot 80 santı torpağını zəbt etmişdir. Söküntü olmuş, divarın yarısı da qalmışdır. Materialın onda qalmasını, pulunu verərsən demişlər. O, da bu şərtlə razılaşmışdır ki, 6 sotdan çıxsınlar, o, bunlara 8000 manat pul verəcəkdir. 4000-4500 manatlıq material olmuşdur. İddiaçının yoldaşı bildirir ki, darvazanı kreditə götürmüş, onu aparmışdır. Material 5000 manat olmuş, özüdə əlavə 3000 manat halallıq olsun deyə razılaşmışlar. Düşünmüşdür ki, onsuzda bunların evi sökülmüş, zülm olmuş, insaniyyətlik etmişdir. Onları iddiaçının yoldaşı ilə barışdırdırmışlar. Pulunun olmamasını və 6 ay müddətinə pulu ödəyəcəyini bildirmişdir. İddiaçının yoldaşına materiallara alıcı tapsan satmasını, onlarda gözləyəcəklərini bildirmişlər. Bu hadisədən 20 gün keçdikdən sonra o, İrana getmiş, baldızına materiallara nəzarət etməsini tapşırmış, baldızı ona zəng edərək burdakı materialları yığmalarını bildirmişlər. Gəlib görmüşdür ki, materialları kamaz maşınına yükləmişlər. Onlardan kim tərəfindən onalara icazə verilməsini soruşmuş, Rahib onları materialları aparmaq üçün göndərdiyini bildirmişlər. Rahibi yığmış, ona rayonda işləməsin və gələ bilməyəcəyini, onu 6 ay gözləyə bilməyəcəyini, buna görə də materialları yığmalarını tapşırmasını demişdir. 1500 manata razılaşmışlar ki, işığı, suyu onun adına keçirsin, o, da pulu verəcəkdir, sonuncu söhbətləri bu olmuşdur. Sonra iddiaçının yoldaşını yığmış, iddiaçının yoldaşı onu bu söhbətə qatmamalarını bildirmişdir. Onun dediklərini yalnız iddiaçının yoldaşı təsdiq edə bilər. BTE-yə ərizə vermiş, 125 manat rüsum ödəmiş, gəlib cps ilə torpağını, yolunu ölçmüşlər. Ev söküləndə 8000 manatı verməyi vəd edəndən sonra materialları aparmasınlar deyə həmin yeri bağlamış və ona təhvil vermişlər. İddiaçıya 4000 manat pulu məhkəməyə müraciət etməsin deyə və bunların əlindən bezdiyi üçün verəcəyini demiş, indi isə 4000 manatı verməyəcəkdir. Torpağı hal-hazırda banka qoymuş, istifadə etmək olmur. Söküntü aparılan zaman iş dayandırılmış, çöl darvazanı o, bağlamışdır. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmaısnı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı gələcəkdə hər hansı bir mülki xarakterli müraciəti ilə bağlı tələbi olduğu halda mülki qaydada AR MPMnin 25-ci maddəsinə müvafiq olaraq məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququ izah olunmuşdur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşron rayon Dövlət Arxivi tərəfindən verilmişt H-269 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon Mehdiabad bələdiyysinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı ilə vətəndaş X4 adına torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qərardadın surətindən aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2013-cü il tarixli 2(012)-87/2013 saylı icra sənədinə əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən tələbkarlar Cavabdeh2 və X5 mülkiyyətində olan torpaq sahələri üzərindəki tikililərin borclular X6 və X3 öz hesabına sökülməklə həmin torpaq sahəsinin zəbtdən azad edilməsi icra edilməsi və aidiyyəti olmayan kənar şəxslər oradan çıxarılmaları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmoak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınma əmlakın Dövlət Reyestrindən çıxarışın surrətindən görünür ki, Abşnron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reystrində 1150 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2006-cı il tarixdən torpaq alqı-satqısı ilə məşğul olan şəxslər kimi tanımış, 2006-cı il tarixdə tərəflər arasında olan razılaşmalarına görə iddiaçı ümumi dəyəri 9000 ABŞ dolları torpaq sahəsini cavabdelərdən almış, torpaq sahəsinin pulunu nağd şəkildə ödədikdən sonra cavabdehlərdən torpağın sənədini istəmiş, cavabdehlər ona torpağın sənədi olaraq yaşayış evinin layihəsi və Qədəmin oğlunun adına olan ilkin sənədlər təqdim etmiş və torpaq sahəsinin kadastrı çəkildikdən sonra torpaq sahəsinin onun adına keçirəcəklərini bildirmişlər. İddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, Cavabdeh1 ona təqdim etdiyi layihə sənədləri əsasında yaşayış evinə dair kommunal abunə kodları onun adına keçrilmişdir. İddiaçı uzun müddət fərdi yaşayış evində yaşamış və sonradan ona məlum olmuşdur ki, o, cavabdehlər tərəfindən aldatılmış, məhkəmənin qərarı ilə mübahisəli torpaq sahəsində tikdiyi ev sökülmüş və onlar yaşadıqları evdən çıxarılmışlar. İddiaçı torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 satdığını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, iddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinı Cavabdeh1 10000 manata (7000 manat bir vermiş və 3000 manat da sonradan vermiş) almışdır və ev inşa etmişdir. Sonradan həmin torpaq sahəsinin sahibi Cavabdeh2 məhkəmə yolu ilə 2019-cu ilin noyabr ayında iddiaçını tikdiyi evdən çıxarmışdır.İddiaçı tərəfindən tikilmiş ev məhkəmə icraçıları tərəfindən sökülmüş və sökülmüş evin tikinti materialları məhkəmə icraçıları tərəfindən tərəflərin razılaşması əsasında 8000 manat dəyərində qiymətləndirilərək aktlaşdırılmış və Cavabdeh2 təhvil verilmişdir. Ev söküləndən sonra qalmış tikinti materialları məhkəmə icraçıları tərəfindən ona təhvil verilməsini Cavabdeh2 özü etiraf edilmişdir və iddiaçılar torpaq sahəsindən çıxdığı halda onlara 8000 manat verəcəyi ilə razılaşmasını bildirmişdir. Cavabdeh2 8000 manatı 6 ay müddətində ödəyəcəyini bildirsə də, sonradan həmin tikinti materialları iddiaçının hıyat yoldaşı tərəfindən satıldığını, onun iddiaçıya təkçə seyf qapı və pəncərə üçün 1500 manat pul verəcəyini bildirsə də, tikinti materialların iddiaçının yoldaşı tərəfindən satılmasına dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı isə Cavabdeh2 tikinti materiallarının pulunu dəfələrlə tələb edilməsinə baxmayaraq, Cavabdeh2 heç bir ödəniş etmədiyini, nə həyat yoldaşı, nə də onun qardaşı həmin tikinti materiallarını götürmədiyini bildirmişdir. Cavabdehlərin bu hərəkəti nəticəsində ona maddi ziyan dəymişdir. İddiaçı hazırda Cavabdeh1 satın aldığı torpaq sahəsinə ödənilməsi ilə bağlı ona dəymiş ziyanın məbləği olaraq 10000 manat, Cavabdeh2 isə tikinti materialları üçün 8000 manat tələb edir. Məhkəmə, Cavabdeh2 özü tərəfindən mübahisəli evin söküləndən sonra qalmış tikinti materialları üçün 8000 manat verəcəyi ilə razılaşmasını və həmin tikinti materialların saxlanılmasını məhkəmə icraçıları tərəfindən ona təhvil verilməsini etiraf etdiyini nəzərə alıb hesab edir ki, iddiaçının bu tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən təqdim olunmuş fleş kartlarda olan audio söz yazıları dinlənilmiş və İddiaçı ilə Cavabdeh1 arasında olan danışıqlarında Cavabdeh1 iddiaçıya torpaq sahəsinin satmasını, həmin torpaq sahəsinin əvəzinə başqa bir torpaq sahəsinin verəcəyini, ya da torpağın pulunu qaytaracağını bildirmişdir.Bununla da Cavabdeh1 İddiaçı torpaq sahəsi üşün 10000 manat məbləğində pul almasını etiraf etdiyindən iddiaçının bu tələbini təmin edilməməsi ənaətinə gəlir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən ona vurulmuş ziyanı tələb etmək hüququna malikdir. Cöstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 10.000 manat məbləğində və Cavabdeh2 isə 8000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 145 manat dövlət rüsumunun 100 manatı Cavabdeh1 və 45 manatı isə Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 10.000 (on min) manat məbləğində pul vəsaiti və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 8000 (səkkiz min) manat məbləğində pul vəsaiti və 45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar