Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-452/2022 27.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-299/2018 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onunu xeyrimə artıraraq, xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində uşağa hər ay 193 manat alimentin onun xeyrinə tutulmasına barədə qətnamə çıxırlımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Zəngilan Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq ananın yanında saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin 2 (034)-299/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi ilə uşağın saxlanması üçün 154 manat aliment tutulması qət edilmişdir. 154 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də alimentin Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2022-ci il üçün 193 manatdır. Uşaq böyüdükcə tələbatları daha da çoxalır. Cavabdeh alimentdən başqa anaya heç bir ödəniş etmir. Uşaq gemangioma xəstəsidir. Başında şiş var və mütəmadi olaraq müalicə olunur. Bu aliment isə heç onun yeməyi geyməyi üçün yetərli deyildir. Ona görə də alimentin artırılmasını xahiş edir. Ana heç bir yerdə işləmir. 154 manat aliment alır, başqa hər hansı bir köməklik etmir, uşaqla maraqlanmır-Uşaq 7 aylığından onun himayəsindədir. Xəstə uşaqdır, 7 yaşında əməliyyat olunmuşdur. 125 manat uşağın hazırlığına verirlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdirmişdir ki, uşağı olandan görmür. Uşağı ona göstərməmişlər. Ailələrində iddiaçının anası problem yaratmışdır. Boşanmaqlarının səbəbkarı isə iddiaçının anasıdır. Uşağından imtina etməmiş, alimenti həmişə ödəmişdir. Heç kim ailəsinin dağılmasını istəməz. İkinci dəfə ailə qurduğuna görə alimentin artırılması üçün məhkəməyə müraciət etmişlər. Əməliyyat olunduğu üçün alimenti anası ödəmişir. Sumqayıt hospitalda bağırsaqlarından əməliyyat olunduğu üçün işləyə bilmir, ağır götürmək olmaz. Ona görə də işləyə bilmir. İkinci övladı avqustun 25-də dünyaya gəlmişdir. Yoldaşı isə işləmir. Halhazırda onu anası saxlayır. 154 manat alimenti anasının koməkliyi ilə ödəyir, lakin aliment artdırıldığı halda ödəyə bilməcəyini bildirərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünüri ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci ildə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2016-ci il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-299/2018 saylı xx.xx.2018-ci tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğundan 29 mart 2018-ci il tarxdən başlayaraq 18 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş mteriallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışdan aydın ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qyadada təsdiq edilmiş surətindən görünür ki, Quliyev X6 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası isə X5r. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (19 may 1998-ci il) 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri alınmadığından Zəngilan Rayon Məhkəməsinin 2(034)-359/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-451/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarında olan 18 avqust 2016-cı il təvəllüdlü X4 anası X1 himayəsində saxlanması qət edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-299/2018 saylı xx.xx.2018-ci tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğundan 29 mart 2018-ci il tarixdən başlayaraq 18 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, aliment kəsildiyi gündən bu günə kimi cavabdeh tərəfindən alimentin ödənilməsində heç bir ləngimə olmamış, borc yığılıb qalmamış, əksinə aliment ödənişi vaxtlı-vaxtında ödənilmişdir. Bundan başqa Cavabdeh ikinci dəfə ailə həyatı qurmuş və onun bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı cavabdehdən birgə nikahdan olan uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 193 manat məbləğində tutulmasını tələb etsə də, cavabdehin əlavə gəlirlərinin olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir, əksinə məhkəmə iclasında məlum olmuşdur ki, cavabdeh hazırda heç bir yerdə işləmir, digər nikahdan daha bir övladı var. Məhkəmə, qanunvericiliyin qeyd edilən tələblərinə əsasən hesab edir ki, uşaqları saxlamağın, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını təmin etməyin hər iki valideynin borcudur və iddiaçının cavabdehin daimi iş yerinin və müntəzəm aylıq gəlirinin olmasını, onun maddi vəziyyətində dəyişiklik yaranmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artdırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-452/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-452/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver