Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-46/2024 22.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 400 manat məbləğində borcun, 30.40 manat ödənilmiş dövət rüsmunun, vəkil bürosuna hüquqi xidmət haqqı kimi ödənilmiş 50 manat pul olmaqla, cəmi 480,40 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsalandırmışdır ki, 2023-cü ilin avqust ayının 23-də tərəfindən "M10" ödəmə sistemi ilə 077-300- 06-21 nömrəli hesabına 400 manat pul göndərmək əvəzinə səhvən ***-***-**-** nömrəli hesabın sahibi Cavabdeh 400 manat pul köçürmüşdür. Dərhal sonra həmin şəxslə əlaqə saxlamış, səhvən nömrəsinə pul köçürdüyünü, geri qaytarmasını xahiş etmişdir. Cavabdeh əvvəlcə pulu geri qaytaracağını bildirsə də, daha sonra müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina etmişdir. Buna dair whatsapp yazışmaları iddia ərizəsinə əlavə edillmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə müraciət etmiş, məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclsında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, 2023-cü il avqust ayının 23-də tərəfindən “M10” ödəmə sistemi ilə ***-***- **-** nömrəli hesabına 400 manat pul göndərmək əvəzinə səhvən ***-***-**-** nömrəli hesabın sahibi Cavabdeh 400 manat pul köçürmüşdür. Dərhal sonra həmin şəxslə əlaqə saxlamış, səhvən nömrəsinə pul köçürməsini, geri qaytarmasını xahiş etmişdir. Cavabdeh əvvəlcə pulu geri qaytaracağını bildirsə də, daha sonra müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan imtina etmişdir. Buna dair vatsap yazışmaları iddia ərizəsinə əlavə etmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə Xətai rayon Polis İdarəsinin 34cü polis şöbəsinə müraciət etmiş, ona məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Əvvəl cavabdehlə əlaqə saxlayanda pulu qaytarcağını bildirmiş, sonradan cavabdehlə əlaqə saxlamaq mümkün olmamışdır. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını, 30 manat dövlət rüsumunun və 50 manat vəkil bürosuna ödənilmiş xidmət haqqının tutulmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 55-1/2-F-9084 nömrəli məktubundan aydın olur ki, ona məxsus 400 manat pulun səhvən digər şəxsin hesabına göndərilməsi ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və Miliön elektron ödəmə sistemi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 400 manat məbləğində pul 070 300-06-21 telefon sahibinin kart hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdehə məxsus whatsapp yazışmalarından görünür ki, cavabdeh əvvəl pulu qaytaracağını desə də,sonrada buna əməl etməmişdi. İş materiallarında olan və Miliön elektron ödəmə sistemi tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin tələbinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2023-cü ilin avqust ayının 23-də tərəfindən Milliön elektron ödəmə sistemi ilə ***-***-**-** nömrəli hesabına 400 manat pul göndərmək əvəzinə səhvən ***-***-**-** nömrəli hesabın sahibi Cavabdeh 400 manat pul köçürmüş, iddiaçı dərhal bundan sonra həmin şəxslə əlaqə saxlamış, səhvən nömrəsinə pul köçürdüyünü, geri qaytarmasını xahiş etmiş, cavabdeh əvvəlcə pulu geri qaytaracağını bildirsə də, lakin sonrda müxtəlif bəhanələrlə pulu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 400 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı tərəfindən Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 50 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 manat məbləğində pul vəsaiti, 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu və 50 manat məbləğində hüquqi xidmət haqqı İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-46/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-46/2024
22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver