Məhkəmə qərarları › İş №2(034)-47/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-47/2023

31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-47/2023 31.01.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-165/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 adlı bir övladları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri alınmadığında və xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən o, boşanmaq üçün iddia ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşağın onun yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan bu günə kimi cavabdeh tərəfindən birgə nikahdan doğulmuş övladları xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 154 manat alimentdən başqa heç bir maddi kömək göstərməmişdir. Hazırda xx.xx.2013-cü il təvəllüdlü X5 10 yaşı var və 154 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır, hazırlığa, idamana gedir və ona görə də məsrəfləri yetərincə artmışdır. Hər ay 50 manat hazırlığına, 30 manat isə idman məşqinə verir. Bundan başqa, ölkədə-yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh ümumiyyətlə bu illər ərzində bir dəfə də olsun övladı ilə heç maraqlanmamış, bir ata kimi öz vəzifələrini yerinə yetirməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh uşağa qarşı heç bir diqqət və qayğı göstərmir. Cavabdeh 6 ildir ki, aşağını belə gəlib görmür.Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Bundan başqa evində bütün yükü onun üzərindədir. Cavabdeh pensiya almaqla yanaşı, fərdi əməklə məşğul olur və xeyli məbləğdə maddi gəlir əldə edir. Buna görə o, aliment məbləğinin artırılması barədə iddia ilə nəhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Əlavə olaraq bildir ki, özü xəstəlikdən əziyyət çəkir. Hər ay müalicəsinə xeyli miqdarda xərc çəkir. Bu yaxınlarda öd əməliyyatı olunacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, alimentin artırılmasını istəyir. 2012-ci ildə ailə qurmuş,birgə nikahdan bir uşaqları-10 yaşında oğlu vardır. Boşanmaq tarixini xatırlamır. Boşanandan sonra 70 manat verirmişdir. Sonradan məhkəmədə iddia qaldırmış, 1aliment 155 manat olmuşdur. 155 manat aliment uşağı qane etmir. 8 ildir ki, uşağını görmür heç bir maddi yardım etmir. Dəfələrlə oğlu atasına zəng edir, vaxtı yoxdur, işim var deyir. Hətta indi də belə gəlib uşağını görmür. Övladını görür, heç salam da vermir. İddiaçı daha sonra bildirmişdir ki, xadimə işləyir, ona 437 manat maaş yazılır, vergi tutulduqdan sonra 395 manat maaş alır.Oğlu 4-cü sinifdə oxuyur, rus dilindən hazırlığa qoymuş, idmana gedir, çatdıra bilmir. 200 manat aliment istəyir, verməyə də gücü çatır.Cavabdehin rəsmi iş yeri yoxdur, amma qazancı çoxdur.Cavabdeh toylara gedir. Heç bir yerdən maddi köməkliyi yoxdur. O, oğlunun haqqını istəyir. Əgər gəlib uşağı ayda bir dəfə aparıb bir dəst paltar alsaydı o, cavabdehdən heç aliment də istəməzdi.Toylara getməsini tik-toka qoyur, yaxşı da qazancı olur. Deyirlər ki, cavabdeh təzəlikcə toya getmiş, o qədər pul vermişlər ki, pulu cibində qoymağa yer yox imiş. Pulu olmasaydı iki dəfə niyə ailə qurmuşdur. Onun cavabdehlə problemi olmamış, anasına görə boşanmışlar. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını, 193 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, boşandıqdan sonra Allahverən hakim vardı, ona öz səhəttini izah etmiş, 155 manat aliment kəsilmişdir. Əvvəl 60-70 manat ödəmişdir. X8 adlı icra məmuru icra edərkən icraçıya bildirmişdir ki, gücü çatan nədir onu ödəyir. Pensiya artandan sonra alimenti 155 manat ödəyir, qəbzləri də saxlayır. Boşanadan sonra iddiaçı gəlib onun evində bir otaqda qalırdılar. Uşağı qardaşı ilə dönər yeməyə aparmış, uşaq gəlib evdə anasına demiş, anası da onunla dalaşmışdır ki, niyə qardaşı ilə uşağı gəzməyə aparmışdır. Uşağın əmisidir, onun da qardaşı balasını görməyə haqqı vardır. Gülnarə evə köçürüləndən sonra o, dörd il bacısının evində yaşamışdır. Cavabdeh daha sonra bildirmişdir ki, ailə qurmuş, kirayədə yaşayır. Toylara 20-40 manata gedir. Övladını görmüş, pulda vermiş, lakin uşaq götürməmişdir. Uşağı ona qarşı öyrədir. Uşağa deyir ki, gəl şəkil çəkdirək, uşaq istəmir.Anasıda xadimədir, məhərəmlik və orucluq ayında anası ona kömək edir. Gözdən üçüncü qrup əlildir,268 manat dövlətdən pensiya alır. X2muş və onlardan da köməklik istəmişdir.Uşağa rəhmətlik atasını adını qoymuş, anası, bacısı da uşağı görmək istəyirlər.Anası evdə olmayanda nənə deyir anasına, olanda adı ilə çağırır.Ailə qurmuş, yoldaşı işləmir. Bəzən elə olur ki, 30 gündə toyda olur, bəzəndə 20 gün olur. Yanvar ayı 7 toya görə 43 manat vergiyə pul ödəmişdir.Hər toya görə 3 manat vergi ödəyir. Toyda yığılan pul 8-9 nəfər arasında bölünür.Başqa yerdən maddi gəliri olsaydı 300 manatda aliment ödəyərdi.193 manat aliment verməyə gücü çatmıyacaqdır. Özü də xəstədir, gözündən çirk gəlir. Hər ayın 17-i aliment ödəyir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş edərək, 193 manat aliment ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2013-cü il təvəllüdlü X5 valideynləridirlər. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/6-6877 nömrəli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə qərar qəbul etməmişlər. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-165/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan xx.xx.2013-cü il tarixli nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanılmış, Cavabdeh 16 yanvar 2018-ci il tarixindən başlayraq xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********5 nömrəli arayışdan görünür ki, X10 (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Pensiya» altsteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 3-cü dərəcə əliliyə görə 268.62 manat məbləğində əmək pensiyası alır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi tərəfindən verilmiş 998869 nömrəli arayışdan görünür ki, Cavabdeh uşaqlıqdan görmə ilə əlaqədar İİİ qrup müddətsiz olaraq əlildir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Musayeva X4 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçnıqların və X6 üzrə Dövlət Komitəsi Qaradağ rayon MKİS tərəfindən verilmiş 1865 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Musayev X7 rayonundan məcburi köçkündür və ünvan 1 ünvanda məskunlaşmışdır. İş materiallarında olan üzvlük vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür. İş materiallarına əlavə edilmiş TAİS İKFMMC tərəfindən verilmiş KA/02 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən hal-hazıradək şirkətdə xadimə vəzifəsində çalışır və aylıq əmək haqqısı 437 manat təşkil edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X9 adlı bir uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətəlrəi alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X9 anasının yanında saxlanılmış və cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat məbləğində aliment tutulması müəyyən edilmişdir.İddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfindən ödənilən aliment hazırkı vəziyyətdə 10 yaşında olan uşağın heç bir təlabatını ödəmir. Cavabdeh isə kəsilən alimentdən başqa uşağın saxlanmasında ona heç bir əlavə maddi yardım etmir. İddiaçı özü xadimə işləyir və aylıq 395 manat əmək haqqı alır və aldığı əmək haqqı uşağın tələbatını ödəmir.Uşaq hazırlığa və idmana gedir. İddiaçının heç bir yerdən maddi köməkliyi yoxdur. Cavabdehin rəsmi iş yeri olmasa da, muziqiçi kimi toylarda iştirak edir və onun kifayət gədər qazancı olur. Məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, cavabdeh İİİ qrup müddətsiz əlildir və əliliyə görə də 268.62 manat məbləğində əmək pensiyası alır və cavabdehin tələb etdiyi məbləğdə onun aliment ödəməyə imkanın olmadığını bildirmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay 180 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Bundan başqa, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdeh Zəngilan rayonundan məcburi köçkün olduğuna görə o, dövlət rüsumunun ödənilməsindən azaddır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat məbləğində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar