Məhkəmə qərarları › İş №2(034)-47/2024

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-47/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-47/2024 28.02.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Xaliq oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Xaliq oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xaliq oğlundan 5400 manat pulun və 74 manat ödənilmiş dövlət rüsmunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaliq oğluna xx.xx.2023cü il tarixdə «Vaz 21074» markalı 2005-ci il buraxşlı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşınını hissə-hissə ödəmək şərti ilə satmışdır. Aralarında bağlanmış müqavilə əsasında 15 ay ərzində 360 manat olmaq şərti ilə 5400 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş vaxtı zəng edib pulu tələb edərkən maşının qəzaya uğramasını bildirmişdir.Dəfələrlə müraciət etmiş, cavabdeh qəti surətdə borc pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı Cavabdeh Xaliq oğluna xx.xx.2023-cü ildə «Vaz 21074» markalı 2005-ci il buraxılışı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşını hissəhissə ödəmək şərti ilə satmışdır. Aralarında bağlanmış müqavilə əsasında 15 ay ərzində 360 manat olmaq şərti ilə 5400 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş vaxtı zəng edib pulu tələb edərkən cavabdeh maşının qəzaya uğramasını bildirmişdir. Dəfələrlə müraciət etmiş, lakin cavabdeh qəti surətdə borc pulu qaytarmaqdan yayınmışdır. Lakin iddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə barışıb razılığa gəlmək üçün mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh Xaliq oğlu isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh Xaliq oğluna qarşı «pul tələbinə dair» mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş 74 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Xaliq oğluna qarşı «pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Zəngilan Rayon Məhkəməsinin hesabına 06 noyabr 2023-cü ildə ödənilmiş 74 manat məbləğində dövət rüsumu (GPP qəbz nömrəsi **********) İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar