Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-47/2025 30.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin şəhid ailəsinin üzvü kimi aldıqları pul məbləğindən ona çatansı hissəsinin müəyyən edilməsi və ona düşən hissəsinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə anadan olmuşdur. X1 ilə anası X7 rəsmi nikaha girmədən ailə münasibətində olmuşdur. Onların qeyri-rəsmi nikahlarından o, yəni İddiaçı anadan olmuşdur. Bu barədə xx.xx.1993-cü ildə İ-JQ № 350119 saylı “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə verimişdir. Atası həmçinin X6 ilə evli olmuşdur. Atası ilə X3 birgə nikahlarından iki övladları-Cavabdeh3 və Cavabdeh4 qızı və Cavabdeh4 olmuşdur. X8 birinci Qarabağ müharibəsi zamanı, yəni 25 oktyabr 1993-cü ildə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 10 saylı qərarı ilə şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər müəyyən edilmişdir. Cavabdehlərdən nənəsi Cavabdeh1, X6 ögey anası, Cavabdeh3 və Cavabdeh4 ögey bacı-qardaşıdır. Cavabdehlər şəhid ailəsi kimi onun şəhid ailələrinə verilən güzəştlərdən istifadəsinə imkan verməmişlər. Hesab edir ki, cavabdehlərin şəhid ailəsinin üzvü kimi aldıqları pul məbləğindən ona çatan hissənin müəyyən edilməsi, ona düşən hissənin cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbinə dair» iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-47/2025
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-47/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver