Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-471/2022 04.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-364/2021 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarını artıraraq hər ay 193 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxırlımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X3 övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün onlar Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)-364/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmış, uşağın saxlanılması üçün 175 manat aliment qət edilmişdir. O, 175 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini alimentin artırılmasını istəyir. Ona görə ki, Prezidentin də sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2022-ci il üçün 193 manatdır. Cavabdeh alimentdən başqa ona heç bir ödəniş etmir. Uşağın yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyasına yoluxmuş və mütəmadi olaraq müalicə olunur. Bu aliment isə uşağa çatmır. Özü işləmir, uşağın 3 yaşı var. Birlikdə yaşayırlar, otağın birində o, digərində isə cavabdeh qalır. Uşağın ağciyərində problem var, 3 dəfə xəstəxanada yatmış, 300 manata yaxın xərci çıxmışdır. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, özü usta işləyir, iş olanda işləyir, iş olmayanda isə işləmir. 268 manat pensiya alır. Yanvar ayında onun pensiya kartından pul tutulmuşdur.Uşaqlar xəstə olanda bütün hərclərini özü ödəmişdir. Hal-hazırda uşaq sağalıb. Ondan başqa da uşağa hərtərəfli köməklik göstərir, uşağın yeməyini, geyimini özü alır. İddiaçı ilə bir ünvanda yaşayırlar. 193 manat aliment ödəməyə isə imkanı çatmır. Sonda cavabdeh məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, Cavabdeh xx.xx.2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2019-cu il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan aydın ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin əlillik haqqında arayışdan görünür ki, Cavabdeh müddətsiz olaraq ikinci dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********6 nömrəli arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci dərəcəli əlilliyə görə aylıq 268.62 manat əmək pensiyası alır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (19 may 1998-ci il) 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər xx.xx.2018-ci il tarixində rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından onların xx.xx.2019-cu il təvəllüdlü X3 adlı bir uşaqları doğulmuşdur. Lakin tərəflər arasında ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X3 anası X2 himayəsində saxlanılması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən alimentin tutulması qət edildiyi gündən cavabdeh tərəfindən bu günə kimi alimentin ödənilməsində heç bir ləngimə olmamış, borc yığılıb qalmamış, əksinə aliment ödənişi vaxtlı vaxtında ödənilmiş, iddiaçı özü də məhkəmə iclasında hər ay 175 manat aliment almasını bildirmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, cavabdeh İİ qrup əlildir və əlil kimi cəmi 268.62 manat əlilliyə pensiya alır, iddiaçı ilə bir ünvanda yaşamaqla alimentdən başqa uşağın saxlanılmasında, yəni uşağın yeməyində, içməyində və geyimində iddiaçıya köməklik göstərir, usta kimi iş olanda işləyir, iş olmayan isə işləmir və heç bir yerdən əlavə gəliri yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçı əmək qabliyyətli olduğundan, uşağın saxlanması hər iki valideynin borcu olduğundan, həmçinin iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artdırılması üçün əsas deyldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-471/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-471/2022
04.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver