Məhkəmə qərarları › İş №2(034)-475/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-475/2024

19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-475/2024 19.08.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh Yunis oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Yunis oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yunis oğluna qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Yunis oğlu ilə xx.xx.2004cü ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuş, rəsmi nikahdan onların xx.xx.2006-cı il tarixdə X13, xx.xx.2010-cu il tarixdə isə X16 və X17 adlı üç övladları dünyaya gəlmişlər. Onların ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 nömrəli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmış və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 134 manat olmaqla, cəmi 402 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Sonradan cavabdeh alimentin azaldılması tələbi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(034)-428/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(034)-88/2011 saylı qətnaməsi ilə təyin olunmuş, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-428/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3461/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(034)-428/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh Yunis oğlunun ona qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Yəni, Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 nömrəli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan 3 uşağın saxlanması üçün hər ay hər uşağa görə 134 manat olmaqla, cəmi 402 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması öz qüvvəsində qalmışdır. Lakin cavabdehlə birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X13 artıq yetkinlik yaşına çatdığı üçün ona ödənilən aliment dayandırılmışdır. Hazırda cavabdehin iki uşağa görə ödədiyi aliment cəmi 268 manat təşkil edir. Cavabdehdən iki uşağın saxlanması üçün tutulan alimentin miqdarının artırılmasını tələb edir. Belə ki, uşaqlar böyüyür, onların xərcləri artmış, onların aylıq xərclərini tək başına ödəmək qabiliyyətində deyildir. Cavabdeh ona uşaqların saxlanması üçün əlavə olaraq heç bir maddi yardım belə etmir. Araların olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmamış və mediatorun arayışını iddia ərizəsinə əlavə etmişdir. Cavabdehdən iki uşağın saxlanmaıs üçün cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh Yunis oğlu ilə xx.xx.2004-cü ildə rəsmi ailə qurmuş, rəsmi nikahdan onların xx.xx.2006-cı ildə X13, xx.xx.2010-cu ildə X16 və X17 adlı övladları dünyaya gəlmişlər. Onların ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşqlar onun himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 134 manat olmaqla, cəmi 402 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Sonradan cavabdeh alimentin azaldılması tələbi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(034)-428/2021 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin olunmuş, Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(034)- 88/2011 saylı qətnaməsi ilə xx.xx.2006-cı il X7, xx.xx.2010-cu ildə X8 və X1 üçün təyin edilmiş alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən olunmuşdur. Cavabdehlə birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X13 artıq yetkinlik yaşına çatdığı üçün ona ödənilən aliment dayandırılmışdır. Hazırda cavabdehin iki uşağa görə ödədiyi aliment cəmi 268 manat təşkil edir. Cavabdehdən iki uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını tələb edir. Uşaqları böyümüş, xərcləri artmış və o, uşaqların aylıq xərclərini tək başına ödəmək qabiliyyətində deyildir. Cavabdeh ona uşaqların saxlanılması üçün əlavə olaraq heç bir maddi yardım etmir. Hər gün 10 manatdan Universitetə daxil olan uşağın yol pulunu verir. Onun gündəlik gəliri olmadığı üçün uşaqların saxlanılmasında çətinlik çəkir. Böyük oğlu öz ehtiyaclarını qarşılmaq üçün bir müddət ofisant işləmiş, sonradan səhhətinə görə işləyə bilməmişdir. Uşaqları üzgüçülüyə getmək istəyir, lakin maddi durumunda çətinlik çəkdiyi üçün göndərə bilmir. Cavabdeh başqasının uşaqlarına baxır, amma öz uşaqları nə yeyir nə içir maraqlanmır. Məktəblər açılır, məktəb ləvazimatları almaq üçün nə qədər pul lazımdır, amma cavabdeh ona heç bir köməklik etmir. Cavabdehdən hər uşağa 201 manat aliment tələb edir. Sonda iddiaçı məhkəmədən hər uşağa 201 manat olmaqla, ümumilikdə 402 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Yunis oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o ailəlidir, bu nikahdan isə onun övladı yoxdur. İddiaçı aldığı alimenti uşaqlara xərrcləmir, 15 yaşlı oğlu sexdə işləyir. Belə ki, o, İddiaçı ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, rəsmi nikahdan onların xx.xx.2006-cı ildə X13, xx.xx.2010-cu ildə X16 və X17 adlı övladları dünyaya gəlmişlər. İddiaçı o, ailə qurandan sonra uşaqları onunla ünsiyyət qurmasına imkan vermir. Uşaqları onun yanına gəlib getsinlər, o, bacardığı qədər uşaqlarına baxar. Sonda cavabdeh məhkəmədən hər uşağa 201 manat olmaqla, ümumilikdə 402 manat aliment verməyə razı olmasını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Yunis oğlu arasında xx.xx.2005-ci il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, xx.xx.2006-cı il təvəllüdlü X13 və xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X15 anaları İddiaçı himayəsində saxlanılmış, Cavabdeh Yunis oğlundan xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 134 (yüz otuz dörd) manat olmaqla, cəmi 402 (dörd yüz iki) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İş maiteriallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-428/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(034)-88/2011 saylı qətnaməsi ilə təyin olunmuş, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilmişdir. İş materialarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3461/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(034)-428/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh Yunis oğlunun ona qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 valideynləridirlər. İş materiallarında olan mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00258 nömrəli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətində görünür ki, iddiaçı X3 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X4 ilə xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən verilmiş 02-08/253 nömrəli, xx.xx.2024-cü il tarixli aryaışdan görünür ki, Cavabdeh həqiqətəndə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında texnik vəzifəsində çalışır və onun iyun ayı üçün aylıq vəzifə maaşı 458,08 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-7/2-N-25935/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyə görə 337.77 manat məbləğində əmək pensiyası alır. Əmək pensiyasının məbləğindən 01.03. 2015-ci il tarixdən xx.xx.2036-cı il tarixədək hər ay 10 manat məbləğində tutulma qeyd edilmişdir. Tutulma nəzərə alınaraq vətəndaşa hal-hazırda 327.77 manat ödənilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-7/2-N-25937/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin « Sosial ödənişlər» altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyi olan şəxs kimi 200 manat məbləğində Prezident təqaüdü alır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" QSC-nə qarşı dayandırılmış müavinətin bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Eyni Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2004-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan onların xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X15 adlı üç uşaqları doğulmuşdur. Lakin ailə münasibətləri alınmadığından tərəflər arasında olan rəsmi nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 saylı 09 mart 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X15 anaları İddiaçı himayəsində saxlanılmış və uşaqların saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 134 manat olmaqla, cəmi 402 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Cavabdeh sonradan tutulan alimentin məbləğinin azaldılması tələbi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(034)-428/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(034)-88/2011 saylı qətnaməsi ilə təyin olunmuş, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının azaldılaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində müəyyən edilmişdir. Lakin qətnamədən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3461/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(034)-428/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh Yunis oğlunun alimentin azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X13 artıq yetkinlik yaşına çatdığından ona ödənilən aliment dayandırılmış və cavabdehin hazırda iki uşağa görə ödədiyi alimentin məbləği cəmi 268 manat təşkil edir. İddiaçı yetkinlik yaşına çatmayan uşaqların artıq böyüməsini, onların xərclərinin artmasını, uşaqların aylıq xərclərini tək başına ödəməkdə çətinlik çəkməsini, ödənilən alimentin uşaqların heç bir təlabatlarını qarşılamadığını, cavabdehin alimentdən başqa ona əlavə maddi yardım etməməsini əsas gətirərək təyin alimentin məbləğinin artırılaraq hər ay cəmi 402 manat məbləğində müəyyən edilməsini, cavabdehdə hər ay hər uşaq üçün 201 manat olmaqla, cəmi 402 manat aliment ödəməyə razı olmasını bildirmşdir. Məhkəmə qeyd olunanları, tərəflərin birgə nikahdan olan uşaqların mənafelərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Yunis oğlundan birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 201 manat olmaqla, cəmi 402 manat sabit pul məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-88/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh Yunis oğlundan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 201 manat olmaqla, cəmi 402 (dörd yüz iki) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar