Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-48/2025 03.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh1, X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20.000 ABŞ dolları məbləğində pulun, ona dəymiş zərərə görə 2000 manat məbləğində pulun və ödənilmiş 198 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixli 116002-88191 saylı “avtomobil kredit müqaviləsi” bağlanmış və bu müqavilə əsasında avtomobilin alınması məqsədilə illik 18% olmaqla, 60 ay müddətinə 215124 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 1160xx-xx-11521 saylı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə əsasən “Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobil banka ipotekaya qoyulmuşdur.Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq X10 ilə bank arasında 116003-7-4782 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə əsasən “Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobil banka ipotekaya qoyulmuşdur. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq X10 ilə bank arasında 116003-7-4782 saylı, xx.xx.2013-cü ilm tarixdə zaminlik müqaviləsi bağlanmışdır. ”Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobili Cavabdeh5 xx.xx.2014-cü il tarixdə etibarnamə əsasında satmışdır, banka olan krediti ödəmək şərti ilə və bankın bu barədə razılığı olmuşdur.Cavabdeh5 ”Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X3. Avtomobili alan şəxslər tərəfindən banka pul ödənilməmişdir. Dəfələrlə cavabdehlərdən banka olan borcu ödəmələrini tələb etsə də, cavabdehlər buna heç bir təşəbbüs göstərməmiş, pulu ödəməkdən yayınmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona və X8 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş və ondan 19417.65 ABŞ dolları məbləğində tutulması qət edilmişdir. Qeyd olunanlardan aydın olur ki, avtomaşın verilərkən bankın pulunu ödəniləcəyinə cavabdehlər söz vermişdir. Avtomaşın istifadəsində olmamış, ondan bir əmlak kimi yararlana bilməmiş, ona görə də qeyd olunan məbləğ cavabdehlərdən tutulmalıdır. Hazırki məzmunda iddianı 2017-ci il tarixdə Zəngilan Rayon Məhkəməsində qaldırsa da, bir iclas 5 dəqiqə gecikməsi səbəbindən məhkəmə işi baxılmamış saxlamışdır. Hazırda icra şöbəsindən onu hər dəfə narahat etdiklərindən iddianı yenidən vermək məcburiyyətindədir. Avtomobil hazırda da maşının sonuncu olaraq satıldığı Cavabdeh6dır. Dəfələrlə qapısına gedərək maşın istəsə də, ondan pul istəmiş, əks halda maşını verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında isə fərqli ifadələr işlətmişdir. Qeyd olunmalıdır ki, cavabdehlərin onu aldatmaları nəticəsində o, xeyli miqdarda maddi ziyana məruz qalmışdır. Bank tərəfindən məhkəməyə müraciət edilmiş və ona qarşı iddiası təmin edilmişdir. Cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, nəticədə o, dəfələrlə stress keçirmiş, icra şöbəsi və bankın mütəmadi olaraq qapısını döyməsi amilləri ona çox mənfi təsir göstərmişdir. Həmçinin onun bu vəziyyətdə aldadılmağı maddi zərərə məruz qalmağı olmuş, bu səbəblərdən də mənəvi zərərə dəfələrlə stress keçirməyi səbəb olmuş və psixologiyasına ciddi şəkildə təsir etmişdir. Ona görə də mənəvi zərəri 2000 manat məbləğində cavabdehlər tərəfindən ona vurulmuş zərər kimi dəyərləndirmişdir. Cavabdeh X13 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində ipotekaya qoyulmuş “Chevrolet Cruz” markalı, **-FE-*** dövlət qeydiyat nişanlı avtomobili Elnur adlı şəxsdən 2015-ci il tarixdə 3700 manat ödəməklə almışlar. Daha sonra ona məlum olmuşdur ki, Elnur onları aldatmış, həmin avtomobili bir neçə nəfərə satandan sonra onlara satmışdır. Banka pul ödənilmədiyi üçün bank əməkdaşları avtomobili onlardan almışlar.Onları aldatdığı üçün bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etmişlər. Lakin müsbət nəticə əldə edə bilməmişlər. İddianı qəbul etmir, üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcək, iddiaçı iddia müddətini ötürmüş və buna görə də iddiadan imtina etməlidir. Məhkəmədən İddiaçı ona və digər cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiadan imtina barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 mülki işə mahiyyəti üzrə baxılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20000 ABŞ dolları məbləğində pulun, ona dəymiş zərərə görə 2000 manat məbləğində pulun və ödənilmiş 198 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013cü il tarixli 116002-88191 saylı “avtomobil kredit müqaviləsi” bağlanmış və bu müqavilə əsasında avtomobilin alınması məqsədilə illik 18% olmaqla, 60 ay müddətinə 215124 ABŞ dolları kredit verilmişdir.Kredit müqaviləsinin təminatı kimi 1160xx-xx-11521 saylı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə əsasən “Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobil banka ipotekaya qoyulmuşdur.Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq X10 ilə bank arasında 116003-7-4782 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə əsasən “Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobil banka ipotekaya qoyulmuşdur. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq X10 ilə bank arasında 116003-7-4782 saylı, xx.xx.2013-cü ilm tarixdə zaminlik müqaviləsi bağlanmışdır.”Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobili Cavabdeh5 xx.xx.2014-cü il tarixdə etibarnamə əsasında satmışdır, banka olan krediti ödəmək şərti ilə və bankın bu barədə razılığı olmuşdur.Cavabdeh5 .”Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobili etibarnamə əsasında Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X3. Avtomobili alan şəxslər tərəfindən banka pul ödənilməmişdir. Dəfələrlə cavabdehlərdən banka olan borcu ödəmələrini tələb etsə də, cavabdehlər buna heç bir təşəbbüs göstərməmiş, pulu ödəməkdən yayınmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona və X8 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmiş və ondan 19417.65 ABŞ dolları məbləğində tutulması qət edilmişdir. Avtomaşın verilərkən bankın pulunu ödəniləcəyinə cavabdehlər söz vermişdir. Avtomaşın istifadəsində olmamış, ondan bir əmlak kimi yararlana bilməmiş, ona görə də qeyd olunan məbləğ cavabdehlərdən tutulmalıdır. İddia ərizəsində iddiaçı daha sonra qeyd edir ki, cavabdehlərin onu aldatması nəticəsində ona xeyli miqdarda maddi ziyana məruz qalmışdır. Bank tərəfindən məhkəməyə müraciət edilmiş və ona qarşı iddia təmin edilmişdir. Cavabdehlər öz öhdəliklərini yerinə yetirməmiş, nəticədə o, dəfələrlə stress keçirmiş, icra şöbəsi və bankın mütəmadi olaraq qapısını döyməsi amilləri ona çox mənfi təsir göstərmişdir. Həmçinin onun bu vəziyyətdə aldadılmağı maddi zərərə məruz qalmağı olmuş, bu səbəblərdən də mənəvi zərərə dəfələrlə stress keçirməyi səbəb olmuş və psixologiyasına ciddi şəkildə təsir etmişdir. Ona görə də mənəvi zərəri 2000 manat məbləğində cavabdehlər tərəfindən ona vurulmuş zərər kimi dəyərləndirmişdir. İddiaçı 2017-ci ildə eyni tərəflərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı ilə onun iddiası baxılmamış saxlanmışdır.İ ddiaçı üzərindən 7 ilə yaxın bir müddət keçdikdən sonra eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu illər ərzində hansı səbəblərdən məhkəməyə müraciət etməməsi ilə bağlı sual yaranmışdır. Qanunvericilikdə bir başa göstərilmişdir ki, əgər tərəflər qərardaddan narazı olduqları halda qərardadı aldıqları gündən 10 gün müddətində məhkəməyə şikayət verə bilərlər. Görünür iddiaçı, 2017-ci ildə qəbul edilmiş qərardadla razılaşmış və həmin qərardadı mübahisələndirməmişdir. Hazırkı iddia ilə məhkəməyə müraciət edən iddiaçı iddia müddətini ötürmüşdür. Qanunvericiliyin tələbindən də görünür ki, əgər cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia baxılmamış saxlana bilər.Lakin o mülki işin baxılmamış saxlanmasını istəmir.İşə iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə etirazı, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən verilən “Elektron notariat” X1 çıxarışdan görünür ki, daşınar əmlakla bağlı mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh1 tərəfindən Cavabdeh6 etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilən “Elektron notariat” X1 çıxarışdan görünür ki, daşınar əmlakla bağlı mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh5, Cavabdeh5 tərəfindən Cavabdeh3 etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən verilən “Elektron notariat” X1 çıxarışdan görünür ki, daşınar əmlakla bağlı mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh1 tərəfindən Cavabdeh2 etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən verilən “Elektron notariat” X1 çıxarışdan görünür ki, nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh1 tərəfindən Cavabdeh6 etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən verilən “Elektron notariat” X1 çıxarışdan görünür ki, nəqliyyat vasitəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi İddiaçı tərəfindən Cavabdeh3, Cavabdeh3 tərəfindən Cavabdeh4 etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı notariat kontoru tərəfindən İddiaçı verilən xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli məktublardan görünür ki, xx.xx.2014-cü il tarixində Bakı şəhəri 27 saylı notariat konturunda ünvan 1 ünvanında qeydiyyada olan X4 7e-12109 nömrə ilə reyestrdə qeyd olunmuş “CHEVROLET CRUZE” minik markalı, **-FE-*** qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün və 7e-12110 nömrə ilə reyestrdə qeyd olunmuş daşınar əmlaka sərəncam vermək üçün verilmiş etibarnamələr xx.xx.2016-cı il tarixdə etibarnamələr ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası 11 saylı hüquq məsləhətxanasına verilən xx.xx.2017-ci il tarixli, 02/117 nömrəli məktubdan görünür ki, zərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində olan məlumata görə məcburi köçkünlər - Cavabdeh5 Bakı şəhəri,Xətai rayonu, Vunq Tau 2a/66 ünbvanında, X5 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında məskunlaşmışlar. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 14467/2015 nömrəli qətnaməsi və icra vərəqəsindən görünür ki, cavabadehlər İddiaçı və X6 müştərək qaydada xx.xx.2015-ci il tarixinə 17152.72 ABŞ dolları əsas, 2209.93 ABŞ dolları faiz borcu, 55 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19417.65 ABŞ dolları manatın bü gününə olan məzənnəsi ilə və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmişdir.Cavabdehlərdən tutulmalı olan məbləğ cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan “Chevrolet Cruze “ minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Bank VTB” Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixli 116002-88191 saylı “avtomobil kredit müqaviləsi” bağlanmış və bu müqavilə əsasında avtomobilin alınması məqsədilə illik 18% olmaqla, 60 ay müddətinə 215124 ABŞ dolları kredit verilmiş, bu müqavilənin təminatı kimi 1160xx-xx-11521 saylı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə əsasən “Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobil banka ipotekaya qoyulmuş, X10 ilə bank arasında 116003-7-4782 saylı, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tətəfindən Banka olan borcu ödənilmədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı Oorxmaz oğlu və X8 qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2015ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, iddiaçıdan və X6 müştərək qaydada 19417.65 ABŞ dolları məbləğində borcun tutulması qət edilmişdir. İddiaçı Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət nişanlı avtomobili Cavabdeh5 xx.xx.2014-cü il tarixdə etibarnamə əsasında banka olan krediti ödəmək şərti ilə satmasını və bankın bu barədə razılığının olmasını bildirsə də iddiaçı öz gətirdiyi dəlillərə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı avtonəqliyyat vasitəsi Cavabdeh5 tərəfindən etibarnamə əsasında Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və X2 ”Chevrolet Cruze” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun istifadəsində olmadığını, ondan bir əmlak kimi yararlana bilmədiyini əsas gətirərək banka olan 20.000 ABŞ dolları məbləğində borcun cavabdehlərdən tutulmasını tələb etmişdir. Lakin, iddiaçı 2017-ci ildə cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı ilə onun iddiası baxılmamış saxlanmış, iddiaçı üzərindən 7 ilə yaxın bir müddət keçdikdən sonra eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlərə avtomobilin satılmasını bildirsə də, iş materiallarında olan “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışından görünür ki, iddiaçı cavabdehlərə abtomobili etibarnamə ilə nəqliyyat vasitəsindən istifadə hüququ əsasında vermiş, tərəflər arasında avtomobilin alqı-satqısına dair müqavilə mövcüd deyil və cavabdehlər iddiaçının "xxxx" ASC-nə olan borcunun ödənilməsi ilə bağlı öhdəliklər də öz üzərlərinə götürməmişlər. Belə olduğu halda, iddiaçının iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, X9, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-48/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-48/2025
03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver