Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-498/2022 15.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********53183 olan Meizu M8 markalı telefon üçün 78.20 manat ödənilməmiş hissə, 7 manat cərimə,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84908 olan X1 8 markalı telefon üçün 182.20 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********06173 olan X1 7 markalı telefon üçün 134.20 manat ödənilməmiş hissə, 13 manat cərimə borcu olmaqla, cəmi 432.60 manat məbəlğində borc və 30 məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********53183 olan Meizu M8 markalı telefon, İMEİ kodu **********84908 olan X1 8 markalı telefon, İMEİ kodu **********06173 olan X1 7 markalı telefon üçün 432.60 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 330 manat (12 ay x 24 manat + 42 manat ilkin ödəniş) olan İMEİ kodu **********53183 olan Meizu M8 markalı telefon üçün ümumilikdə 85.20 manat olmaqla, ondan 78.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 580 manat (12 ay x 40 manat + 100 manat ilkin ödəniş) olan İMEİ kodu **********84908 olan X1 8 markalı telefon üçün ümumilikdə 200.20 manat olmaqla, ondan 182.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 598 manat (12 ay x 48 manat + 22 manat ilkin ödəniş) olan İMEİ kodu **********06173 olan X1 7 markalı telefon üçün ümumilikdə, 147.20 manat olmaqla ondan, 134.20 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1113.4 manat təşkil edir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu xx.xx.2019-cu, xx.xx.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 330 manat olan Meizu M8 markalı telefonu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 580 manat olan X1 8 markalı telefonu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 598 manat olan X1 7 markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 42 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 24 manat olmaqla 12 ay müddətinə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 40 manat olmaqla 12 ay müddətinə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 22 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 48 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1113.40 manat təşkil edir. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 78.20 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 182.20 manat ödənilməmiş hissə, 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 134.20 manat ödənilməmiş hissə, 13 manat cərimə borcu olmaqla, 432.60 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən irəli sürülən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 78.20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilyə əsasən 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 13 manat cərimə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin xx.xx.2019-cu il tarxli müqaviləyə əsasən ödənilməmiş 78.20 manat məbləğində borc üçün tələb etdiyi 7 manat məbləğində cərimə, xx.xx.2019-cu il tarxli müqaviləyə əsasən ödənilməmiş 182.20 manat məbləğində borc üçün tələb etdiyi 18 manat məbləğində, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 134.20 manat borc üçün tələb etdiyi 13 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMCnin tələb etdiyi xx.xx.2019-cu il tarixli müqavilə üzrə 7 manat dəbbə pulu azaldılaraq 5 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 18 manat dəbbə pulu azaldılaraq 5 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13 manat dəbbə pulu azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 78.20 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 182.20 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 134.20 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, cəmi 409.60 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 222, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 78.20 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 182.20 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 134.20 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, cəmi 409.60 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-498/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-498/2022
15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver