Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-518/2024 25.11.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4800 manat borcun və ödənilmiş 68 manat dövlət rüsumu olmaqla, cəmi 4868 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə notarius ofisində 27 dekabr 2023-cü il tarixində borc müqaviləsi bağlayaraq cavabdehə 4800 manat pulu borc olaraq vermişdir. Borc alan Cavabdeh borc aldığı 4800 manat pulu xx.xx.2025-ci il tarixinə kimi ona qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin qəbul etdiyi müddət bitməsə də, borcunu qaytarmaq üçün hazırki tarixədək heç bir ödəniş həyata keçirməmiş və hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bununla bağlı cavabdehə onun tərəfindən müvafiq yazılı xəbərdarlıq edilmiş və borcun icrası tələb olunmuşdur. Cavabdeh hazırki vaxta kimi borcunu qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 11:45-ə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verlilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-518/2024
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-518/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver