Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-519/2022 20.10.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Nuşrəvan oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Nuşrəvan oğluna qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 65.000 manat borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh Nuşrəvan oğlu ilə münasibətləri olduğundan və cavabdehin xahişi ilə 27 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunun təsdiqlənməsi ilə 65.000 manat məbləğində cavabdehə borc pul vermişdir. Aralarında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə görə cavabdeh (borcalan) kredit məbləğini xx.xx.2021-ci il tarixədək iddiaçıya qaytarmalı idi. Lakin, öhdəliyin icrası müddəti ilə bağlı aralarında müqaviləyə əsasən müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra cavabdeh maliyyə çətinliyə ilə əlaqədar bu müddəti gözləməsini, tezliklə borcunu bağlayacağını bildirmişdir. İddiaçı da ümumi tanışlıq xətirinə ona bir neçə dəfə vaxt versə də, cavabdeh öhdəliyini icra etməmişdir. Hazırda iddiaçının maddi problemləri olduğundan pula ehtiyacı var. Lakin cavabdehin bir kreditor kimi üzərinə düşən vəzifəni icra etməməsi, yəni borcu qaytarmaması iddiaçını maddi cəhətdən sıxıntıya salmışdır. Cavabdeh faktiki olaraq borcunu qaytarmaqdan yayınır. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 14 saylı notariusda notariusun təsdiqi ilə Raufa 65.000 manat pul vermişdir. Cavabdehlə aralarında heç bir faiz borcu olmamışdır. O, Rauf üçün Yasamalda lombarda qızılları qoyub borc götürmüşdür. 35.000 manatlıq qızılları 14.200 manata görə batmışdır. Notariusda alqı-satqı edib cavabdehə 65.000 manat pul vermiş, cavabdehin o pulu nə etməsini isə bilmir. Bu günkü gündə notariusda pul olmadan heç bir vaxt alqı-satqı aparılmır, yəni borc müqaviləsi bağlanıla bilməz. Rauf müəllimin onda çox səs yazıları var, sübutları çoxdur Pulu cavabdeh ona yaxın adam olduğu üçün vermişdir. Pul notariusun bankına köçürülmüş, pul çıxarılmışdır. Aralarında müqavilə var. Cavabdehlə ayın 7-si əlaqə saxlamış 1000 manat gətiriməsini, qalan pulu isə hissə-hissə ödəməsini demişdir. İddiaçı sonda məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirk edən Cavabdeh Nuşrəvan oğlu iddianı qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında notariusda borc müqaviləsi bağlanmışdır. Notariusda 65.000 manat pul göstərilməmiş, onu oyuna salmışlar. O, müqaviləyə qol çəkmiş, burda nağdı pul göstərilməmişdir. O, bu məsələyə görə polisə də, müraciət etmişdir. Bu söhbət 20 yanvarda notariusda olmuş, orda ona «ev dustaqlığı demişlər. Ona «pul götürülüb sənə verilir, yarı pul sənə verilir bu qədərinidə filankəsə qaytarırsan” deyilmişdir. Ağsaqqal yaşlı bir insan demiş, o da inanıb qol çəkmişdir. Onu aldacaqlarını isə bilməmişdir. Əvvəldən aralarında borc söhbəti olmuşdur. İddiaçı tərəf onu evin satılıması üçün çağırmış, ev satılmalı, pulun yarısı isə verilməli idi. Ağsaqqal gəlmiş və evin satılmasını demişlər. Cavabdeh izahatına əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi keçən ilin sentyabr ayının 27-də bağlanmışdır. Onun pulu olmadığına görə alqı-satıqı üçün 1000 manat borc pul almış, hələ də həmin borcu qaytara bilmir. İddiaçı ilə arasında olan müqavilə 14 saylı Notariat Ofisində bağlanmışdır. 65.000 manat pulu o, faiz puluna görə almışdır. Borclu olduğu üçün pulu faizə götürmüşdür. Ona 65.000 manat pul verilməmişdir. Nəsimi rayon Polis İdarəsinə getmiş, lakin Rafiq onu qoymayaraq gəl pulu veriləcək demişdir. Onların arasında faiz pulu olmuş, hərəsinə isə 5000 manat pul vermişdir. Notariusda isə ona heç nə izah olunmamış, heç kim onu danışdırmamışdır. Notariusda bir qadın olumuş və o, qol çəkdirmişdir. Lazım olsa 65.000 manat pulu hissə-hissəyə ödəyər. Amma şəxsiyyət məsələsi var. Cavabdeh sonda bildirmişdir ki, işlərini görməsi üçün ona bir az vaxt lazımdır. Notariusdan onsuzda əl çəkən deyildir. Pulu danışıb hissə-hissə qaytarması üçün vaxt verilməsini istəyir. Pulu ödəyib bağlasa da, notariusun 65.000 manat pulu necə ona əlbə-əl verməsini sübuta yetirəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 65000 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsi Bakı şəhəri 14 saylı notariait ofisinin xüsusi notariusu X4 tərfindən təsdiq edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial qaydada tisdiq edilmiş surətindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin vasitəsi ilə 130 manat haqq ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Nuşrəvan oğlu ilə münasibətlər olmuş və cavabdehin öz xahişi ilə iddiaçıdan borc pul istəmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 65.000 manat məbləğində borc vermiş, cavabdeh isə öz növbəsində aldığı pulu xx.xx.2022-ci il tarixədək idiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsi Bakı şəhəri 14 saylı notariait ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiqlənmişdir. Lakin tərəflər arasında bağlanmış kredimt müqaviləsinin icra müddəti bitsə də, cavabdeh iddiaçıya borclu oluğu 65000 manat borcu qaytarmaqdan imtina etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Məhkəmə araşdırmasında cavabdeh 65.000 manat pulun ona verilməməsini, iddiaçı tərəfindən aldatılaraq müqaviləyə imza etməsini, oyuna salınması bildirsə də, buna dair heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir.Sonradan izahatında 65000 manat pulu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh oğulndan 65000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı tərəflərin Zəngilan rayonundan olan məcburi kökün olduqları müəyyən edildiyindən, tərəflər dövlət rüsumu ödəməkdən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 65000 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-519/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-519/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver