Məhkəmə qərarları › İş №2(034)-519/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-519/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-519/2025 05.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon MəhkməsininHakimi İmanova Gülsarə Kərimovna, İddiaçı cavabdeh X2 qarşı “maddi zərərinin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “maddi zərərinin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan buraxılış ili 2018-ci il olan “Hyundai Elantra” markalı 77DE108 dövlət nömrə nişanlı avtomaşına dəymiş 7380 manat maddi zərərin əvəzinin, avtomaşının icarəsi ilə əlaqədar xx.xx.2025-ci ildən qətnamənin icra olunduğu tarixədək gündəlik 50 manat əldən çıxmış faydanın və ödənilmiş 95 manat məbləğində dövlət rüsmunun cavabdeh X1 tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən görünür ki, dövlət rüsumu təyinatı üzrə Zəngilan Rayon Məhkəməsinə ödənilməli olduğu halda, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, İddiaçı cavabdeh X2 qarşı “maddi zərərinin əvəzinin ödənilməsi»tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh X2 qarşı “maddi zərərinin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya iddia ərizəsinin qaytarılması ilə əlagədar nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar