Məhkəmə qərarları › İş №2(034)-534/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-534/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-534/2025 17.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh X9, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “pul tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 oğuna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə Cavabdeh2 3400 manat, Cavabdeh5 3400 manat, Cavabdeh3 29200 manat, Cavabdeh1 9600 manat, Cavabdeh4 54000 manat, Cavabdeh6 54000 manat məbləğində pulun və dövlət rüsumi kimi ödənilmiş 443,60 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0747 ha torpaq sahəsi, həyat yoldaşı X18 mülkiyyətində isə 0.1 146 ha torpaq sahəsi vardır. Yoldaşına məxsus torpaq sahəsinin üzərində ona məxsus ümumi sahəsi 372 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası var. O, cümlədən Abşeron rayonu, Məmmədli südçülük sovxozunun Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 17 nömrəli iclas protokolundan çıxarışla Mansurova (İmanquliyeva) Gülşən Oktay qızının istifadəsinə verilmiş torpaq sahəsinin 1986 kv.m hissəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və həmin torpaq sahəsinin üzərində ona məxsus 123 2 kv.m-lik qeyri-yaşayış binası vardır. 1988-1994-cü illərdə erməni qəsbkarlarının torpaqların işğal etməsi nəticəsındə bir çox məcburi köçkün ona məxsus torpaq sahəsində və tikililərdə məskunlaşmışlar. O, Abşeron Rayon Məhkəməsinə ona məxsus torpaqlarda və qeyri-yaşayış şahələrində məskunlaşmış məcburi köçkünlərin həmin torpaq sahələrindən çıxarılması və tikdikləri qanunsuz tikililərin sökülməsi tələbi ilə müracıət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 589/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X4, X26, X5, Cavabdeh2, Cavabdeh3, X6, X41, X11, X12, Cavabdeh4, X36, X27, X20 ailə üzvləri ilə birlikdə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən, ona əmlak payı kimi verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikililərin yerləşdiyi ərazi ilə birlikdə ona məxsus torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülmələri qərara alınmışdır. Onların bəziləri həmin torpaq sahəsini boşaltsalar da, bəziləri dövlət tərəfindən mənzillə təmin olunana kimi sözügedən məhkəmə qərarının icrasını təmin etmək mümkün olmamışdır. Lakin, ona məlum olmuşdur ki, həmin məcburi köçkünlərin bəziləri dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cavabdeh2 ailə üzvləri ilə birlikdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Füzuli şəhərinə köçürülməsi ilə bağlı 21 fevral 2024-cü il tarixdə sorğu aparılmış, ancaq Cavabdeh2 bu təklifdan imtina etmişdir. Zəngilan şəhərindən məcburi köçkün Cavabdeh1 şəhid ailəsi olaraq 7 nəfər ailə üzvü ilə birlikdə dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 4028 saylı 3 otaqlı mənzillə təmin olunmuşdur. Ona məxsus 372 kv.m-lik tikilınin 2-ci mərtəbəsindəki 3 otaq Cavabdeh2 və onun övladları Cavabdeh3 və Cavabdeh5, 2 otaq isə X6 qanunsuz istifadəsındədir. Cavabdeh2 Füzuli şəhərinə köçməkdən imtina etsə də, həmin ərəfələrdə oğlu Cavabdeh5 ailəsi ilə birlikdə Füzuli şəhərinə köçmüşdür. Ancaq bununla belə köçdükdən sonra əvvəllər yaşadığı otağın açarını ona qaytarmamışdır. Həmçinin Cavabdeh3 də 2013-cü ildən ailəli olmasına baxmayaraq, məqsədli olaraq ona məxsus tikilidə yaşamağa davam edir. Göründuyü kimi adları qeyd olunan şəxslər dövlət tarefindən menzillə təmin olunmaqlarına baxmayaraq dövlətin mecburi köçkünlər üçün apardığı humanist siyasətdən öz maraqları naminə yararlanmağa çalışır, ona məxsus tikilini tərk etmək istəmir, onu öz əmlakları kimi idarə etmeyə çalışırlar. Həmçinin Cavabdeh2 dövlətin ona yaratdığı imkandan yararlanmamışsa, Füzuli şəhərinə köçməkdn imtina etmişsə, onda niyə məhz onun mülkiyyaətiədə olan tikilidə onun icazəsi olmadan yaşamalıdır? X1 da dövlət tərəfindən evlə təmin olunmasına baxmayaraq, ona məxsus tikilida məskunlaşdığı 2 otağı təhvil vermək istəmir. Hətta ona məxus 0.0747 ha torpaq sahəsini də 2005-ci ildən hasara alaraq öz mülkü kimi hal-hazırda da istifadə edir. Şəhid ailəsi və məcburi köçkün olmağından sui-istifada edir. Həmçinin Cavabdeh4 və Cavabdeh6 da ona məxsus 123.2 kv.m sahəsi olan qeyri-yaşayış binasını qanunsuz zəbt etmişlər. Hətta onlar bununla da kifayətlənməmiş, həmin torpaq sahəsində 2 fərdi yaşayış evi tikərək həmin evlərdə yaşayır. Bu halı Cavabdeh4 2(012)- 589/2013 saylı məhkəmə işi üzrə 2013-cü ildə keçirilmiş məhkəmə İclaslarında özləri bildirmişlər. Lakin, onlar ona məxsus 123.2 kv.m-lik tikilidən çıxmaqdan da imtina edirlər. O, dəfələrlə Abşeron Rayon İcra Şöbəsinin əməkdaşları ilə oraya getsə də, Cavabdeh6 ona məxsus həmin tikilidə anasının tək yaşadığını bildirmişdir. Yaşlı, kənar şəxslərin köməyinə ehtiyacı olan bir qadının oğlu ilə deyil, təkbaşına, həmçinin 123 kv m-lik tikilidə yaşaması nə dərəcədə məntiqə sığır? Göründüyü kimi, adları qeyd olunan şəxslər ona məxsus qeyri-yaşayış binalarını və torpaq sahəsini tərk etmək istəmirlər. Halbuki o, həmin daşınmaz əmlakları müəyyən məbləğ qarşılığında icarəyə verib gəlir əldə edə bilərdi. Lakin, cavabdehlərin qanunsuz əməlləri nəticəsində o, bu günə kimi kifayət qədər məbləğdə maddi ziyana düşmüş və bu zərər getdikcə artmaqdadır. Belə ki, Cavabdeh2, X7, X2, Cavabdeh1 qanunsuz məskunlaşdıqları otaqların hər birini ayda 200 manat məbləğində Cavabdeh4 və Cavabdeh6 qanunsuz məskunlaşdıqları 123.2 kv m-lik qeyri-yaşayış binasını ayda 600 manat məbləğində, həmçinin həmin tikilinin yerləşdiyi torpaq sahəsini isə yüksək məbləğdə icaraya verə bilərdi. Lakin, onlar məcburi köçkün olduqlarından və dövlət proqramı əsasında mənzillə təmin olunana kimi onları ona məxsus torpaq sahələrindən və tikililərdən çıxarmaq mümkun olmamışdır. İndi isə vəziyyət dəyişmişdir. Hesab edir ki, Cavabdeh2 Füzuli şəharinə köçməyə imtina etdiyi vaxtdan, onun oğlu Cavabdeh5 Fuzuli şəhərinə koçdüyü vaxtdan, qızı X13 ailə qurduğu vaxtdan, Cavabdeh1 isə mənzillə təmin olunduğu vaxtdan bu günə kimi qanunsuz zəbt etdikləri otaqların hər biri üçün hər biri ayrı-ayrılıqda hər ay üçün 200 manat məbləğində, Cavabdeh4 və Cavabdeh6 isə ona məxsus torpaq sah əsində qanunsuz tikililər tikib yaşadığı vaxtlardan, yəni 2010-cu ildən bu günə kimi hər biri ayrı-ayrılıqda hər ay üçün 300 manat məbləğində ödəniş etməlidirlər. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-589/2013 saylı, xx.xx.2013cü il tarixli qətnaməsi ilə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən, ona əmlak payı kimi verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikililərin yerləşdiyi ərazi ilə birlikdə ona məxsus torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülmələrinə dair barəsində qərar qəbul edilmiş şəxslərdən biri də X28 və anası X14r. X22 1993-cü ildən 2025-ci ilin aprel ayına kimi ona məxsus sağıcı evinin birinci mərtəbəsindəki 1 otaqda yaşamış, oğlu X28 isə həmin tikilinin ikinci mərtəbəsində öz ailəsi ilə birlikdə yaşamağa davam edir. X22 2025-ci ilin aprel ayında vəfat etmişdir. Daha sonra o, İsmayılov Natiqə anası Şərifova Nargilənin yaşadığı otaq daha böyük olduğuna görə həmin otağa köçüb yaşamasını təklif etmiş, əvvəl İsmayılov Natiq onunla razılaşsa da, daha sonra məhkəməyə pul tələbi ilə müraciət etdiyi şəxslərin siyahısında adının olmadığını bildikdən sonra hər iki otağı öz istifadəsində saxlamaqda davam edəcəyini bildirmişdir. O, dəfələrlə ona bu barədə desə də, Natiq nə əvvəllər anasının istifadə etdiyi, nə də indi ailəsi ilə yaşadığı otağı təhvil verməmişdir. Bu səbəbdən X28 hazırki işdə cavabdeh kimi cəlb edilməli və anası X4 vəfat etdiyi vaxtdan bu günə kimi zəbt etdiyi 1 otağa görə hər ay 200 manat olmaqla, ümumilikdə 1400 manat pul tutularaq, ona ödənilməlidir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 qarşı iddia qaldıraraq, ona dəymiş maddi ziyana görə Cavabdeh2 3400 manat, Cavabdeh5 3400 manat, Cavabdeh3 29200 manat, Cavabdeh1 9600 manat, Cavabdeh4 Zəhəd oğlundan 54000 manat, Cavabdeh6 54000 manat məbləğində pulun və dövlət rüsumi kimi ödənilmiş 443,60 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, halhazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsində də qeyd etdiyi kimi ona məxsus 0.0747 ha torpaq sahəsi də Cavabdeh1 qanunsuz sahibliyindədir. O, həmin torpaq sahəsini hasara alaraq öz mülkiyyəti kimi istifadə edir. Dəfələrlə ona məxsus torpaq sahəsini boşaltmağını bildirsə də, o, bundan imtina etmişdir. Sözügedən torpaq sahəsini o, 2005-ci ilin may ayından etibarən zəbt etmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 torpaq sahəsini zəbt etdiyi hər ay üçün ona 100 manat olmaqla, bu günə kimi ümumilikdə 12400 manat məbləğində pul ödəməlidir. Həmçinin digər Cavabdeh2 qanunsuz ona məxsus 372 kv.m tikilinin 2-ci mərtəbəsində yerləşən 1 deyil 2 otaq var. Bu səbəbdən ondan zəbt etdiyi hər bir otağa münasibətdə aylıq 200 manat məbləğində olmaqla, ümumilikdə 6800 manat məbləğində pul tutularaq ödənilməlidir. Məhkəmədən yekun olaraq dəymiş maddi ziyana görə Cavabdeh2 6800 manat, Cavabdeh5 3400 manat, Cavabdeh3 29200 manat, Cavabdeh1 34000 manat, Cavabdeh4 54000 manat, Cavabdeh6 54000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 471,40 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərəizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ferma ona deyil, sovxoza aid olmuş, orada baş mühasib və direktor vəzifəsində işləmiş, sovxoz islahata gedib bölünmüşdür. Məhkəmə qətnaməsi var, amma icra məmuru torpaqlar azad olduqdan sonra qətnaməni icra edəcəyini demişdir. Cavabdeh1 iki ildir ki, ev verilmişdir. Torpağın çıxarış var. Cavabdehlərdən X8 1400 manat pulun tutub ona verilməsini xahiş edir. Binanın çıxarışı var, həyətin sahəsi 20 sot olmuşdur. Torpaq sahəsini 2021-ci ildə almışdır. Cavabdehlərə qarşı qoyduğu məbləğləri aylıq kirayə haqqını 200-300 manatdan götürüb hesablamışdır. Qiymətləndirmə ilə bağlı ekspertində rəyi var və məhkəməyə təqdim etmişdir. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 onun mülkiyyəti olan evdən çıxmırlar və hal-hazırda orda yaşayırlar. Cavabdeh4 və Cavabdeh6 başqa binada yaşayırlar. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X29 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 1993-cü ildən həmin sözü gedən fermada məskunlaşmış, onlara oranı Müslim müəllim vermişdir. Həmin dövrlərdə o, müharibədə olmuş, onun qardaşına və anasına fermada işləməklərinə baxmayaraq, heç bir pay verilməmişdir. Onlar 1993-cü ildə köçkün kimi gələndə Sabunçu rayonunda yerləşən ferma dövlətə aid olmuşdur. Orda valideyinləri, qardaşı, bacısı və o, məskunlaşmışdırlar. Onlar məskunlaşdıqları zamanda orda başqa ailələrdə məskunlaşmışlar. Ona hələ ev verilməmişdir. Ona ev verilməsi ilə bağlı müxtəlif yerlərə müraciət etmiş, ordan ona 2030-cu ilə kimi onları da evin siyahısına alınıb köçürüləcəklərini bildirmişlər. İddiaçının sonradan gəlib hansı yolla o torpaqları almasını isə bilmir. Onlar məskunlaşdıqları fermada 7 ailə məskunlaşmışlar. Onun anası və qardaşı o fermada sağıcı işləmişlər. O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar 1994-cü ildən həmin fermada məskunlaşmışlar. O, 7 ildir ki, yoldaşından ayrılmış və məcburi köçkündür. Onun məhkəmələrə gəlməməsinə səbəb işdən icazə alıb gələ bilməməsi olmuşdur. Ona ev verilsə o evdən bu gün çıxar. Məskunlaşdığı evin heç bir şəraiti də yoxdur. Ev ona deyil, qardaşına verilmişdir. 4 uşaqla tək ana olaraq harasa çıxıb getməyə heç bir yeri yoxdur. 1994-cü ildə ailəsinə orda evi Müslim müəllim vermişdir. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-589/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, cavabdehlər X23, X42, X24, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, X61, X30, X31, Cavabdeh4, X52, X43, X39 ailə üzvləri ilə birlikdə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən İddiaçı əmlak payı kimi verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikililərin yerləşdiyi ərazi ilə birlikdə cəmi 3986 kv.m torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülməsi qət edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,01573 ha qeyri-yaşayış binası xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövət reyestrində 4 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0747 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövət reyestrində 1084 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu, Məmmədli südçülük sovxozunun Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 17 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, sovxozun əmlak payçılarından İddiaçı əmlakdan pay haqqının verilməsi 201 nömrəli aktla təsdiq edilmişdir. -İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədəxx.xx.2005-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. -İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədəxx.xx.2007-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. -İş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Zəngilan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-35-26/2-108192/2025 nömrəli məktubundan aydın olur ki, Abşeron rayon Məhkəməsinin 2(012)-589/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclular X23, X42, X24, Cavabdeh2 qız, Cavabdeh3 və qeyriləri ilə birlikdə Abşeron rayonunun keçiş Məmmədli sovxozunun kürdəxxanı fermasında yerləşən İddiaçı əmlak payı ilə verilmiş sağıcı evindən, süni mayalanma məntəqəsindən, tövlənin bir hissəsindən və həmin tikiliərin yerləşdiyi ərazi ilə birlikdə cəmi 3986 kv.m torpaq sahəsidən çıxarılmalsı və həmin torpaq sahələrində qanunsuz tikilmiş tikililərin onların hesabına sökülməsi qət edilmişdir.Qeyd olunan icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanılmış və icraat zamanı mübahisəli torpaq sahəsinə icra məmuru tərəfindən və mütəxəsisin iştirakı ilə baxış keçirilmiş və orada olan tikililərin sərhədləri müəyyən edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. Bununla yanaşı icra sənədinin icrası ilə əlaqədar ayrı-ayrı vaxtlarda olmaqla sonuncu dəfə xx.xx.2025-ci il tarixli məktubla “Azərbayca Respublikasının Qaçqınlar və X25 üzrə Dövlət Komitəsinə” müraciət olumaqla borclulara işğaldan azad olunmuş ərazilərdə mənzillərin təklif olunması və həmin ərazilərdə evlə təıııin olunub-olunmaması barədə məlumatm verilməsi xahiş olurmuşdur. Sorğuya verilmiş xx.xx.2025-ci il tarixli məktubda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair Dövlət Proqramf’na uyğun olaraq sözügedən ünvanda məskunlaşan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurdlarına köçürülmələri başlanan zaman oların da həmin ərazidən evlə təmin olunması həyata keçiriləcəyi qeyd olunmuşdur. Həmçinin “Qaçqınların və Məcburi Köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17,09.1998-ci il tarixli, 895№-li Sərəncamına əsasən Məcburi Köçkünlərin 1992-1994-cü illərdə müvəqqəti məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısı alınması nəzərdə tutulmuşdur. -İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X25 üzrə Dövlət Komitəsinin məktubundan aydın olur ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Cavabdeh2 ailə üzvləri ilə birgə Füzuli şəhərinə köçürülməsi ilə bağlı 21 fevral 2024-cü il tarixdə sorğu aparılmış və doğma yurduna köçürülməsi təklif olunmuşdur. Lakin, Cavabdeh2 uşaqlarının təhsili ilə bağlı hələlik doğma yurduna köçə bilmədiyini bildirərək, imtina etmişdir. Füzuli şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmışdır. Zəngilan şəhərindən məcburi köçkün X15 şəhid ailəsi olaraq 7 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 40.28 saylı 3 otaqiı fərdi yaşayış evi ilə təmin olunmuş, Zəngilan rayonunun Dərə Gülətağ kəndindən məcburi köçkün X23 və X30, həmçinin Füzuli rayonunun Yağlıvənd kəndindən məcburi köçkünlər X42, X62, X32, Cavabdeh4, X53, X43 və X40 ailə üzvləri ilə birgə sözügedən ünvanda və onun ətraf ərazilərində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişlər. X24 və Cavabdeh3 ailəlidirlər. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq sözügedən ünvanda məskunlaşan məcburi köçkün ailələrinin qeydiyyatda olduqlari doğma yurdlarına köçürülmələri başlanan zaman onların da həmin ərazidən evlə təmin olunması həyata keçiriləcəkdir. -İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının X51 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 128 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Məmmdəli kənd bələdiyyəsilə birlikdə Abşeron rayonunun keçmiş Məmmədli sovxozunun Kürdəxanı fermasında yerləşən İddiaçı əmlak payı kimi verilmiş tövlənin bir hissəsinə baxış keçirilmiş, həmin ərazidə Cavabdeh4 Cəhət oğlu tərəfindən tikilmiş 1 fərdi yaşayış evi, X43 və Cavabdeh6 tərəfindən isə 1 fərdi yaşayış evinin tikilməsi müəyyən olunmuş, həmin vətəndaşlar özləri, mülkləri və ailə üzvləri haqqında məlumat verməkdən imtina etmişlər. -İş materiallarında olan və İddiaçı sifarişi əsasında «Caspian Valuation» Qiymətləndirici Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 17.0 kv.metr təşkil edən qeyri-yaşayış binasının (sağıcı evi) 21 oktyabr 2025-ci il tarixinə orta aylıq kirayə haqqı 150,0 manat/1 ay, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 mərtəbəli ümumi sahəsi 58.6 kv.metr qeyritəşkil edən qeyri-yaşayış binasının (tövlə) 21 oktyabr 2025-ci il tarixinə orta aylıq Kirayə haqqı: 200,0 (iki yüz) manat/1 ay, Abşeron rayonu, Məmmədli kəndində xüsusi mülkiyyətdə olan, yaşayış məntəqəsi təyinatlı 0.0747 ha torpaq sahəsinin 21 oktyabr 2025-ci il tarixinə orta aylıq icarə haqqı 300,0 (üç yüz) manat/1 ay təşkil edir. -İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X25 üzrə Dövlət Komitəsinin məktubundan aydın olur ki, Zəngilan şəhərindən məcburi köçkün X16 şəhid ailəsi olaraq 7 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 26 iyul 2023- cü İl tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 40.28 saylı 3 otaqlı fərdi yaşayış evi ilə təmin olunaraq sözügedən ünvandan köçürülmüş, Füzuli şəhərindən məcburi köçkün Cavabdeh5, həyat yoldaşı X33 «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı» na uyğun olaraq 12 oktyabr 2023-cü il tarixdə doğma yurdu olan Füzuli şəhərində 10 saylı binanın 205 nömrəli 2 otaqlı mənzili ilə təmin olunaraq sözügedən ünvandan Köçürülmüşdür. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"na uyğun olaraq Cavabdeh2 ailə üzvləri ilə birlikdə Füzuli şəhərinə köçürülməsi ilə bağlı 21 fevral 2024-cü il tarixdə sorğu aparılmış və doğma yurduna köçürülməsi təklif olunmuşdur. Lakin, Cavabdeh2 tərəfindən, övladı Cavabdeh3 uşaqlarının təhsili ilə bağlı hələlik doğma yurduna köçə bilmədiyini bildirərək, imtina etmişdir. Füzuli şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmış, növbəti mərhələdə Füzuli şəhərinə köçürülmə başlanan zaman sözügedən ailənin də doğma yurduna köçürülməsi məsələsinə baxılacaqdır. Cavabdeh3 tərəfindən Gürcüstan Respublikasının vətəndaşı olan həyat yoldaşından ayrıldığını bildirmiş, Füzuli rayonunun Yağlıvənd kəndindən məcburi köçkün X32 və övladı Cavabdeh4, həmçinin Cavabdeh6 ailə üzvləri ilə birlikdə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Füzuli rayonunun Yağlıvənd kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurdlarına köçürülmələri başlanan zaman X17 və Cavabdeh6 da ailəsinin həmin ərazidən köçürülməsi məsələsinə baxılacaqdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1-21.3. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Həsənov X3 rayonu, Məmmədli südçülük sovxozunun Aqrar İslahat Komissiyasının xx.xx.2000ci il tarixli, 17 nömrəli iclas protokolundan çıxarışla Mansurova (İmanquliyeva) Gülşən Oktay qızının istifadəsinə verilmiş 1986 kv.m torpaq sahəsini xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və həmin torpaq sahəsinin üzərində ona məxsus 123.2 kv.m-lik qeyri-yaşayış binası mövcud olmuşdur. İddiaçının mülkiyyətində Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0747 ha torpaq sahəsi, həyat yoldaşı olan X18 mülkiyyətində isə 0.1 146 ha torpaq sahəsi, həyat yoldaşına məxsus torpaq sahəsinin üzərində isə ona məxsus ümumi sahəsi 372 kv.m olan 2 mərtəbəli qeyri-yaşayış binası olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,01573 ha qeyri-yaşayış binası xx.xx.2014-cü il tarixdə, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0747 ha torpaq sahəsi isə xx.xx.2020-ci ildə xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia tələbinin mahiyyətindən görünür ki, tələb cavabdehlər tərəfindən vurulmuş maddi ziyanın tələb edilməsi ilə bağlıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, mübahisəsi gedən əmlak mülkiyyət hüququ ilə ona məxsus olmasına, həmçinin cavabdehlərin həmin əmlakın boşaldılması barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq, sonuncuların məskunlaşdıqları əmlakdan çıxmaq istəməmələri iddiaçı tərəf olaraq onun mülkiyyət hüququnun tamamilə pozulmasına səbəb olmuşdur. İddiaçı tərəf öz mövqeyini onunla əsaslandırır ki, cavabdehlərin ona məxsus olan əmlakdan çıxmaq istəməmədikləri üçün o, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 17.0 kv.metr təşkil edən qeyri-yaşayış binasının (sağıcı evi) 21 oktyabr 2025-ci il tarixinə orta aylıq kirayə haqqı bir ay olmaqla 150,0 manat, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 mərtəbəli ümumi sahəsi 58.6 kv.metr qeyri-təşkil edən qeyri-yaşayış binasının (tövlə) 21 oktyabr 2025-ci il tarixinə orta aylıq kirayə haqqı 1 ay olmaqla 200 manat və Abşeron rayonu, Məmmədli kəndində xüsusi mülkiyyətdə olan, yaşayış məntəqəsi təyinatlı 0.0747 ha torpaq sahəsinin 21 oktyabr 2025-ci il tarixinə orta aylıq icarə haqqı olan 1 ay olmaqla 300 manat gəlirdən məhrum olmuşdur. Həm məhkəmə iclasında iştirak etmiş cavabdehlər, həm də məhkəmə iclasında iştirakları mümkün olmayan cavabdehlər iddiaçı tərəfin bu mövqeyi ilə razılaşmamışlar. Belə ki, həm məhkəmə araşdırması zamanı, həm iş materiallarında olan sənədlərdən, o, cümlədən məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Qaçqınların və X25 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış rəsmi məlumatdan aydın olumuşdur ki, hazırkı iş üzrə cavabdeh olan və Zəngilan şəhərindən məcburi köçkün X16 şəhid ailəsi olaraq 7 nəfər ailə üzvləri ilə birgə dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 40.28 saylı 3 otaqlı fərdi yaşayış evi ilə təmin olunaraq sözügedən ünvandan köçürülmüş, Füzuli şəhərindən məcburi köçkün olan Cavabdeh5, həyat yoldaşı X33 «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı»na uyğun olaraq 12 oktyabr 2023-cü il tarixdə doğma yurdu olan Füzuli şəhərində 10 saylı binanın 205 nömrəli 2 otaqlı mənzili ilə təmin olunaraq sözügedən ünvandan köçürülmüş, Cavabdeh2 ailə üzvləri ilə birlikdə Füzuli şəhərinə köçürülməsi ilə bağlı 21 fevral 2024-cü il tarixdə sorğu aparılmış və doğma yurduna köçürülməsi təklif olunmuş, lakin, Cavabdeh2 tərəfindən övladı Cavabdeh3 uşaqlarının təhsili ilə bağlı hələlik doğma yurduna köçə bilmədiyini bildirərək, imtina etmiş, Füzuli şəhərinə ilkin mərhələ üzrə köçürülmə başa çatmış, növbəti mərhələdə Füzuli şəhərinə köçürülmə başlanan zaman sözügedən ailənin də doğma yurduna köçürülməsi məsələsinə baxılacağı qeyd edilmişdir. Digər Cavabdeh3 tərəfindən Gürcüstan Respublikasının vətəndaşı olan həyat yoldaşından ayrıldığını bildirmiş, Füzuli rayonunun Yağlıvənd kəndindən məcburi köçkün X32 və övladı Cavabdeh4, həmçinin Cavabdeh6 ailə üzvləri ilə birlikdə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmişlər. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Füzuli rayonunun Yağlıvənd kəndindən olan məcburi köçkün ailələrinin qeydiyyatda olduqları doğma yurdlarına köçürülmələri başlanan zaman X17 və Cavabdeh6 da ailəsinin həmin ərazidən köçürülməsi məsələsinə baxılacağı bildrilmişdir. Mübahisəli qeyri yaşayış sahələri cavabdehlər tərəfindən 1993-1994-cü illərdə məcburi köçkün kimi məskunlaşdıqları dövrdə Sabunçu rayonunda yerləşən ferma dövlətə məxsus olmuşdur. Həmin fərmaya aid olan torpaq sahələrinin bir hissəsi 2020-ci illərdə və həmin fermaya aid olan qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2014-cü illərdə xüsusi mülkiyyət kimi qeydə alınmış və cavabdehlərin mənzil ilə təmin olunması təklifləri də həmin mübahisəli qeyriyaşayış sahəsi iddiaçı tərəfindən satın alındığı vaxtdan sonra baş vermişdir. Həmin vaxtlardan da tərəflər arasında məhkəmə mübahisələri başlanmış, iddiaçı cavabdehlərin hər birindən mübahisəli qeyri-yaşayış sahəsindən çıxmamaları ilə bağlı ona dəymiş ziyan kimi müxtəlif məbləğlərdə kirayə haqqı istəməsinə baxmayaraq, iddiaçı həmin ziyanın hansı meyarlardan hesablanmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının dəymiş maddi ziyana görə Cavabdeh2 6800 manat, Cavabdeh5 3400 manat, Cavabdeh3 29200 manat, Cavabdeh1 34000 manat, Cavabdeh4 54000 manat və Cavabdeh6 54000 manat məbləğində pulun tutularaq ona ödənilməsi ilə bağlı iddiası təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar