Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-542/2022 01.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədov Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov Cavabdeh Zəngilan Rayon Məhkəməsinin 2(034)-1044/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarının artırılaraq xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızının və xx.xx.2013cü il təvəllüdlü Məmmədov Hüseyn Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün qanunda nəzərdə tutulduğu miqdarda, sabit pul məbləğində hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onunla cavabdeh Məmmədov Cavabdeh ilə arasında olan nikah 2018-ci il tarixdə pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Onlar 2016-cı il tarixdən ayrı yaşayırlar. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1725/2016 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızının və xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlunun saxlanılması üçün cəmi 100 manat və həmin məhkəmənin 2(034)-1044/2017 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün aliment artırılaraq cəmi 272 manat olmuşdur. Uşaqlar hazırda böyük uşaqlardır. Uşaqlar böyüdükcə də tələbatları daha da artır. Ona görə də cəmi 272 manat alimentlə hazırki vaxtda uşaqları saxlamaq çox çətindir. Cavabdeh Məmmədov Cavabdeh onun xeyrimə Zəngilan Rayon məhkəməsinin 2(034)-1044/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin miqdarının arıtırılaraq, xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızının və xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək hər uşağa 193 manat cəmi 386 manat alimentin mənim xeyrimə tutulmasına dair qətnamə çıxarmasını xahiş edir. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, 2016-cı ildə bir uşağa qətnamə çıxarılmışdır. Səhvlik olduğu üçün sonradan hər iki uşağa aliment kəsilmişdir. O vaxt səhv olduğu üçün qətnaməni qaytarıb yenidən bərpa etmişlər. Sonuncu dəfə 2 uşağa birlikdə 272 manat aliment təyin olunmuşdur. Cavabdeh Moskvadadır. Bir ildir ki, əlaqələri yoxdur və əlaqə saxlaya bilmir. Uşağın xəstəliyinə görə də işləyə bilmir. Sosial yardım alır, uşağın təqaüdü var, anası da köməklik edir. Cavabdeh pulu dayısına göndərdiyinə gröə alimenti dayısı ödəyir. Cavabdehin aliment borcu da var. Uşaq görmür, yerimir, əqli geriliyi var. Uşaq pensiya alır, aldığı pensiya da, müalicəsinə çatmır. Cavabdehin Moskvada ət, meyvə mağazaları var. Alimenti nə qədər mümkündürsə, o qədər artırılmasını xahiş edir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Məmmədov Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(034)-119/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Ordudad rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə bağlanmış nikah pozulmuş, .08.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızı və xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlu anaları X1 yanında qalmaları müəyyən edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan xx.xx.2018-ci ildə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən aydın olur ki, tərəflər xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızının və xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlunun validenyləridirlər. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəçsiqəsinin surətindən görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-1044/2017 saylı, xx.xx.2017-ci tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızının və xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Məmmədov Cavabdeh oğundan xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat alimentin tutulması müəyyən edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/6-4343 nömrəli arayışdan görünür ki, cavabdeh Məmmədov Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızı, xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlu analarının himayəsində qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən Zəngilan Rayon Məhkəməsinin 2(034)-1044/2017 saylı, xx.xx.2017-ci tarixli qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat alimentin tutulması müəyyən edilmişdir. İddiaçı iddia edir ki, uşaqlar hazırda böyük uşaqlardır, onlar böyüdükcə də tələbatları daha da artır. Ona görə də cəmi ödənilən 272 manat alimentlə hazırki vaxtda uşaqları saxlamaq çox çətindir. Uşaqlardan biri xəstədir, görmur, yerimir, əqli geriliyi var. Uşaq xəsəliyinə görə pensiya alır, amma aldığı pensiya onun müalicəsinə belə çatmır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, iddiaçı alimentlə yanaşı, sosial yardım alır, həmçinin cavabehin aliment borcu da var. Bundan başqa iddiaçı uşağa baxması ilə bağlı işləməməsini qeyd etsə də, işsiz kimi qeydiyyatda olması, eyni zamanda cavabdehin maddi vəziyyətində hər-hansı bir dəyişikliyin olması ilə bağlı məhkəməyə möhtəbər sübutlarını təqdim edə bilməmişdir. Odur ki, qeyd olulanları nəzərə alaraq, məhkəmə Zəngilan Rayon Məhkəməsinin 2(034)-1044/2017 saylı, xx.xx.2017-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş almentin miqdarı dəyişdirilərək cavabdeh Məmmədov Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızının və xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1044/2017 saylı, 29 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək cavabdeh Məmmədov Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Məmmədova Nurçin Cavabdeh qızının və xx.xx.2013-cü il təvəllüdlü Məmmədova Hüseyn Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh Məmmədov Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-542/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-542/2022
01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver