Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-548/2024 16.10.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-424/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar cavabdehlə 2001-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2003-cü ildə Ömər, xx.xx.2009-cu ildə İbrahim və xx.xx.2011-ci ildə isə Əsmə adlı üç övladları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Birgə nikahdan olan uşaqlar onun yanında qalmış və uşaqların saxlanması üçün cavabdehdən aliment kəsilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-424/2020 nömrəli qətnaməsi ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(034)-395/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3831/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat miqdarında alimentin tutulması qət edilmişdir. Hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği iki uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış, uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkmişdir. Uşaqların böyüdükcə atalarına qarşı ehtiyacı və tələbatı artsa da, cavabeh onlara qarşı heç bir diqqət və qayğı göstərməmişdir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, onlar cavabdehlə 2001-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2003-cü ildə Ömər, xx.xx.2009-cu ildə İbrahim və xx.xx.2011-ci ildə isə Əsmə adlı övladları doğulmuşlar. Cavabdehlə ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaqlar onun yanında qalmış və uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat aliment tutulmuşdur. Uşaqlardan Ömər artıq yetkinlik yaşına çatmışdır. Hal-hazırda aldığı 260 manat aliment iki uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə o, çəkir. O, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməkdə tək qadın olaraq ona çox çətindir. Buna görə də, o, alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh alimenti ödəmədiyi üçün 500 manat cərimə olunmuşdur. Cavabdeh əvvəllər 400 manat aliment ödəmiş, indidə 400 manat alimenti ödəmək iqtidarındadır. Onlar ailəli olduqları vaxtlardada cavabdeh sex işlətmiş, amma sex öz adına olmamışdır. O, laborant işləyir, 360 manat maaş alır. Cavabdeh uşaqlarına alimentdən başqa heç bir köməklik göstərmir. Cavabdeh 260 manat alimenti vaxtı-vaxtında ödəyir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, fərdi əməklə məşğuldur, belə ki, səyyar usta işləyir. Əgər onun pulu olsaydı 15 gün həbs və 500 manat cərimə olunmadır. Onun rəsmi iş yeri yoxdur, işsizdir. Hər ay vaxtı-vaxtında alimenti ödəyir. O, hər uşağa 235 manat, ümumilikdə 470 manat alimenti iddiaçıya ödəməyə gücü çatmaz. Onun imkanı olsaydı aliment borcuna görə 11 gün gedib inzibati ilə içərdə qalmazdı. O, bacardığı qədər uşaqlarına baxmış, qızına pal-paltarda almışdır. Yenidən ailə qurmuş, lakin bu nikahdan övladı yoxdur. O, qapı ustasıdır, iş olanda pulu olur. Sonda məsələnin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-424/2020 nömrəli,xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(034)-395/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-3831/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 130 manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu il tarixdə Qubadlı rayon qeydiyyat şöbəsində ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 valideynləridirlər. İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/16/2024-01132 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 226 nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki, 1979cu il təvəllüdlü, Qubadlı rayonu, Zilanlı kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2020-ci il tarixində Respublika Psixatriya Xəstəxanasında həkim müayinəsində olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışlardandan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh psixiatrik əlamətlərlə gedən ağır dərəcəli depressiv epizod (suisodial cəhdlə) və psixiotik əlamətlərlə gedən ağır dərəcəli depressiv epizod (suisodial cəhdlə) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsim Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOSt Mərəkzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-7/2-E-3886/2024 nömrəli aryaışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2097/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Eyvazov X4 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı verilən 200111 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" MMC-də endokrinoloq həkim qəbulunda olmuş və USM müayinəsi zamanı “Subtotal tireoidektomiyadan sonrakı görüntü sol payda kalloid kista dilaltı sümük nahiyəsində düyün” aşkar edilmiş və təkrar “Tamamlayıcı tireoidektomiya” əməliyyatı məsləhət görülmüşdür. İş materiallarında olan məlumatdan görünür ki, İddiaçı X7 Təhsil İdarəsində laborant vəzifəsində işləyir və aylıq əmək haqqısı 406.0 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar görə 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh 2001-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2003-cü ildə Ömər, xx.xx.2009-cu ildə İbrahim və xx.xx.2011-ci ildə isə Əsmə adlı övladları doğulmuşlar. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaqlar iddiaçının yanında qalmış və uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa 130 manat olmaqla, cəmi 390 manat aliment tutulması müəyyən edilmişdir. Uşaqlardan Ömər artıq yetkinlik yaşına çatdığından cavabdehin iki uşağa görə ödədiyi alimentin məbləği 260 manat təşkil edir. İddiaçı cavabdehin uşaqlarına alimentdən başqa heç bir köməklik göstərməməsini, ödənilən 260 manat məbləğində alimentin indiki vəziyyətdə yetkinlik yaşına çatmayan uşaqların heç bir təlabatını ödəmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-424/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 görə hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində tutulmasını tələb etmiş, cavabdeh isə rəsmi iş yerinin olmamasını, hazırda işsiz olmasını, iddiaçının tələb etdiyi cəmi 470 manat məbləğində alimenti ödəmək iqtidarında olmamasını, lakin buna baxmayaraq, uşaqlarına gücü çatdığı qədər köməklik etməsini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanları, iddiaçının tələbini, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 mənafeyini, cavabdehin iddiaya münasibətini, cavabdehin fərdi əməklə məşğul olmasını, gəlirlərinin stabil deyildə, dəyişkən olmasını, iki uşağın saxlanması üçün 260 manat alimentdən başqa iddiaçıya əlavə heç bir maddi yardım etməməsini, uşaqların saxlanması üçün onun tərəfindən ödənilən 260 manat miqdarında alimentin hazırki dövrdə uşaqların hər-hansı bir təlabatlarını tam şəkildə ödənilməsinə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-424/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün alimentin məbləği hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-424/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh Xalıqverdi oğlundan 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-548/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-548/2024
16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver