Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-55/2023 16.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə munasibətləri yaxşı olmuşdur. Cavabdeh 31 oktyabr 2021-ci il tarixdə ondan problem olduğundan 15.000 manat borc pul istəmişdir.O, münasibəti yaxşı olduğu üçün ona inanıb həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Cavabdeh ondan borc pul alması ilə bağlı heç bir təzyiq olmadan qəbz yazıb vermiş və həmin pulu 3 ay müddətinə qaytarmağı söz vermişdir. Beləliklə o, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 15000 manat pulu vermişdir. Lakin Cavabdeh razılaşmaya əməl etməmişdir. O, Cavabdeh pulu vaxtında qaytarmadığı üçün verdiyi borc pulu istəmiş, o, isə sonra verəcəyini bildirmişdir. O, bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh pulu verməsə onu məhkəməyə verəcəyi barədə xəbardarlıq etsədə, yenə müsbət nəticəsi olmamışdır.O, pulunuala bilmədiyindən, 0, cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 15000 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün mübahisənin həll edilməsi məqsədilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmiş, İddiaçı cavabdehin məhkəmə iclaslarına gəlmədiyinə görə, ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, pul qəbzdə yazılmışdır. Cavabdeh özü yazıb imzası ilə təsdiq etmişdir. Cavabdeh işləyən zaman telefonunu açmış və kredit götürüb borcunu bağlayacağını bildirmişdir. Cavabdeh işdən çıxdıqdan sonra isə telefonunu açmamışdır. Cavabeh bir il yarımdır ki, onun pulunu vermir. Qəbzdə 1-2 aya qaytaracağı qeyd edilsə də, o, 5-6 heç nə demədən gözləmiş, lakin cavabdehin pulu ödəməkdən boyun qaçırmasını görərək məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.Özü məcburi köçkündür. Sonda iddiaçı məhkəmədən yolunun uzaq olmasını və gedib-gəlməyin onun üçün problem olduğdan məhkəmədər iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçınını izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 15.000 manat pul götürmüş, 3 ay ərzində qaytaracağını bildirmiş və qəbzi öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Əsədov X1 rayonundan məcburi köçkündür. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi “İnsan hüquqları haqqında”Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə“İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsindəöz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (MM-nin 157.1.,157.2.-ci mad.) Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yaxşı munasibətlər olmuşdur.Cavabdeh 31 oktyabr 2021-ci il tarixdə problemləri olduğu üçün İddiaçı 15000 manat məbləğində borc pul istəmiş, iddiaçıda öz növbəsində cavabdehlə aralarında yaxşı münasibətin olmasına inanıb cavabdehə 15.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə öz növbəsində pulu 3 ay müddətinə qaytaracağı barədə qəbzə imza etmişdir. Lakin cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əməl etməmişdir. İddiaçı dəfələrlə borcun qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh pulu qayataracağını bildirsədə buna əməl etməyərək iddiaçının pulunu qaytarmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır» Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamədən onun alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Zəngilan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-55/2023
Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(034)-55/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver