Məhkəmə qərarları › İş №2(034)-551/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-551/2022

01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-551/2022 01.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması ücün Zəngilan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə tutulan sabit pul məbləğində 50 (əlli) manat alimentin miqdarı artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və mediatora ödədiyi 50 (əlli) manat rüsumun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-316/2015 saylı xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Zəngilan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat, ümumilikdə 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdehin hər ay ödəməli olduğu 50 manat aliment yetərincə deyildir. İndiki iqtisadi çətinliklər zamanında qiymətlərin sürətli artımı vaxtında uşağa sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Alimentin artırılması təklifi ilə o, cavabdehə müraciət etdikdən sonra Mediasiya Şurasına müraciət etmişdir. O, məsələnin məhkəmədən kənar öz aralarında razlığa gələrək həll etməyə çalışsa da, buna müvəffəq ola bilməmişdir. Cavabdeh mediatorun xəbərdarlıq etməsinə baxmayaraq mediasiya sesiyasında iştirak etməmiş və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı izahatına əlavə olaraq bildirmişdir ki, onlar 1999-cu ildə ailə qurmuşlar, iki övladları var. 2008-ci ildə boşanmışlar. 2022-ci ilin may ayından aliment alır. 2008-ci ildən aliment kəsilmiş, lakin 2022-ci ildən aliment verilmişdir. X10 stadionunda xadimə işləyir, 290 manat maaş alır. Pul çatmır. bacıları kömək edir. Cavabdehdən 100 manat uşaqlara alimentə görə, qalan pul is borclarına görə tutulur. Cavabdehin 12900 manat aliment borcu var. Cavabdeh bu ildən 108 manat ödəməyə başlamışdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını, uşaq ingilis dili kursuna getdiyi üçün 240 manat pul ödəməsini, çatdıra bilməməsini, aldığı 290 manatın heç yol puluna çatmamasını, uşağın birinə 193 manat aliment düşməsini, heç olmasa 150 manat verməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçini ərizə ilə məhkəməyə müraciət edərək X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 150 manat aliment tutulmasına etiaz etməməsini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, hər ay ondan 108 manat aliment tutulur. 246 manat ümumi tutulur, həmçinin borcuna görə artıq tutulur. 267 manat pul tutulur. İşləmədiyinə görə alimenti ödəyə bilməmişdir. 350 manat pensiya, 150 manat əlliliyə görə pul alır. Pensiya alır, 245 manatdan yuxarı pul aliment borcuna görə tutulur. Universitetin pulunu dövlət ödəyir. Dövlət qarşısında olan öhdəliyini artıqlaması ilə yerinə yetirmişdir. Onun çörək pulu saxlanılsın, nə qədər olur olsun tutulsun. Hər uşağa dövlət 15 manat çörək pulu verir. Uşağı saxlamaq borcudur. Sonda cavabdeh məhkəmədən alimentin pensiyasından tutulmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2006-cı il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2007-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/6-3798 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-30/2007 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan xx.xx.2000-ci il tarixli nikah ləğv edilmiş, xx.xx.2000-ci il tarixdə anadan olmuş Nuranə və xx.xx.2006-cı ildə anadan olmuş Nizaməddin anaları İddiaçı tərbiyə və himayəsində saxlanlımışdır. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(034)-51/2008 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2008-ci il tarixdən başla hər ay sabit pul məbləği ilə 50 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-316/2015 saylı xx.xx.2015-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən hər ay hər uşağa 108 aliment iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondu Publik hüquqi şəxsinin X7 Ərazi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh oğiu həqiqətən o, ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin X7 filialında uçota alınmaqla 31,12.2024-oü i! tarixədək İİ dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliklə 180 manat sosial müavinət və xx.xx.2024-cü il tarixədək İİ dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun ilə əlaqədar əlilliklə manat Prezident təqaüdü alacağı qeyd edilmişdir. İş materiallarında olan Qobustan rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 22440\2015-32-4-002 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh aliment borcu 12.960 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-11000 nömrəli vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 22 iyun tarixli 2715 nömrəli sərəncamı ilə «Qubadlının azad olunmasına görə» madalı ilə təltif edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunu Qobustan rayon şöbəsi tərəfindən verilmiş 034576 nömrəli vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlildir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflərxx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə quormuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətəlrəi alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(034)-51/2008 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan olan uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat alimentin tuitlması qət edilmiş, daha sonra Zəngilan Rayon Məhkəməsinin 2(034)-316/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı artırılaraq xx.xx.2000-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən hər ay hər uşağa 108 aliment tutulması müəyyən edilmişdir.Tərəflərin birgə nikahdan olan xx.xx.2000-ci il təvəllüdlü X5 hazırda yetkinlik yaşına çatmışdır. İddiaçı iiddia edir ki, cavabdehin hər ay ödəməli olduğu aliment yetərincə deyildir. İndiki iqtisadi çətinliklər zamanında qiymətlərin sürətli artımı vaxtında uşağa sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır.Cavabdeh 2022-ci ilin may ayından başlayaraq 108 manat ödəməyə başlamışdır.İddiaçı özüdə Tofiq Bəhrəmov stadionunda xadimə işləyir və aylıq 290 manat əmək haqqı alır. Məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, cavabdeh 350 manat pensiya, 150 manat isə əlliliyə görə pul alır.Məhkəmə arşdırması zamanı o da məlum olmuşudr ki, cavabdehin 12960 manat aliment borcu var və iddiaçı cavabdehdən hər ay uşağın saxlanması üçün 150 manat aliment tutulmasına etiraz etməməsini, cavabdeh isə aliment borcu olmasını bildirmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-316/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay 150 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Bundan başqa, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Cavabdeh müharibə veteranı olduğuna görə dövlət rüsumunun ödənilməsindən azaddır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-316/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar