Məhkəmə qərarları › İş №2(034)-572/2022

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-572/2022

05.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-572/2022 05.09.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı "qərardadın ləğv edilməsinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "qərardadın ləğv edilməsinə dair” iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, 17 yanvar 2022-ci il tarixdə qəbul edilmiş qərardadın ləğv edilməsi, Zəngilan Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(034)-682/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi üçün ünvanladığı ərizəyə yenidən baxılması üçün iddianın təmin edilməsini, məhkəmə iclasında şəxsən iştirak etmək istəməsini nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, qanunvericilikdə qərardadın ləğv edilməsinə dair iddia ərizəsi deyil, qərardaddan qanunvericiliyin tələblərinə uyğun olaraq şikayət vermə nəzərdə tutulmuşdur. Bu da onu göstərir ki, İddiaçı Zəngilan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərardadın ləğv edilməsi barədə tələbinə iddia icraatında qyadasında baxılması mümkün deyildir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "qərardadın ləğv edilməsinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar