Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-583/2021 23.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1249,41 ABŞ dolları əsas, 938,32 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2187,73 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 17.04.2015-ci il tarixli № 06-15-11- 017135 saylı kredit müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29 % olmaqla 48 ay müddətinədək 2352 dollar məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 17.04.2015-ci il tarixdə № 06-15-11- 017135 saylı kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Tərəflər arasında bağlanmış 17.04.2015-ci il tarixdə № 06-15- 11-017135 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 17.04.2015-ci il tarixdə № 06-15-11-017135 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16 % miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 58 % miqdarında cərimə faiz ödəyir.17.04.2015-ci il tarixdə № 06-15-11-017135 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı Əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5- ci bəndində əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir.30.06.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 30.06.2021-ci il tarixinə "xxxx" ASC-yə əsas borcu 1249.41 ABŞ dollar, faiz borcu 938.32 ABŞ dollar, cəmi 2187.73 ABŞ dollar təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Sahil Şirzadlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, 2015-ci ildə kredit götürmək üçün lombarda getmişdir. Onu Muğanbanka göndərmişlər. 2000 ABŞ dolları pul istəmişdir. Ona 2252 ABŞ dolları pul vermişlər. 22-23 ay 90 manat ödəniş etmişdir. Sonradan devalivasiya olmuş və dövlətin vətəndaşlara köməklik etdiyini və ona 1000 manat pul düşdüyünü demişlər. Həmin pulu onun borcundan sildiklərini bildirmişlər. Sonradan bank tərəfindən ona heç bir zəng olmamışdır. O, borcun ödənilməsindən boyun qaçırmır. Sadəcə bank tərəfindən ona kompensasiyanın verilməsi ilə bağlı xəbər verilməmişdir. O, hətta kompensasiya verilməsi üçün ərizə verilməli olmasını belə bilməmişdir. Bu isə onun savadsızlığından irəli gəlmişdir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirlliyi Məhkəmə Ekspertiza Mərkəzinin iqtisad ekspertizalar şöbəsinin eksperti X2 ərizə təqdim edərək bildirmişdir ki, hazırkı mülki iş üzrə onun tərfindən 11.11.2021-ci il tarixli 9/7558 nömrəli rəyin nəticə hissəsində texniki səhv qeyd edilmişdir.Yəni rəyin əsaslandırıcı və nəticə hissələrindəki 17.04.2019-cu il tarixə (iddia ərizəsinin tarixinə) olan 17.04.2019-cu il tarixin 04.08.2021-ci il tarix kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında 17.04.2015-ci il tarixli № 06-15-11- 017135 saylı kredit müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29 % olmaqla 48 ay müddətinədək 2352 dollar məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin banka 1249,41 ABŞ dolları əsas, 938,32 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2187,73 ABŞ dolları borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirlliyi Məhkəmə Ekspertiza Mərkəzinin 97558 nömrəli 11 noyabr 2021-ci il tarixli ekspert rəyindən aydın olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh ən banka ödənilmiş pul vəsaitlərinə dair arayış məlumatları, 17 aprel 2015-ci il 36-15-11-017135 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Fərəcova Dünyamalı qızının 17 aprel 2019-cu il və 04 avqust 2021-ci il tarixlərə banka olan borcu aşağıdakı kimi müəyyən edilir, o,cümlədən 17.04.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 2.047,69 ABŞ dolları, faiz borc üzrə 325.99 ABŞ dolları, 04.08.2021-ci il tarixə (iddia ərizəsi tarixinə) əsas borc üzrə 1.297,81 ABŞ dolları, faiz borc üzrə 1.151.886 ABŞ dolları təşkil etmişdir. Mülki Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Lakin, iddiaçı, müqavilənin qüvvəsinin bitdiyi vaxtdan sonra iddia verməklə, müqavilənin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün müqavilədə nəzərdə tutulan faizləri tələb etdiyindən və iddiaçının kredit müqaviləsinin qüvvədə olduğu müddətdən sonrakı dövr üçün faizlərin ödənilməsi barədə tələbinin hüquqi əsasının olmadığını,həmçinin tərəflərin bağladıqları kredit müqaviləsinə əsasən iddiaçı (borc verən) krediti cavabdehə (borc alana) 17.04.2019-cu il tarixədək qaytarmaq şərti ilə verdiyini nəzərə alaraq məhkəmə, faiz borcunun müqavilənin icra müddətinin bitdiyi tarixinə olan məbləğdə təmin edilməsini əsaslı hesab edir.Ekspert rəyinə əsasən cavabdehin müqavilənin icra müddəti bitdiyi 17.04.2019-cu il tarixinə 325.99 ABŞ dolları məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1249,41 ABŞ dolları əsas borc və 325.99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1575,40 (bir min beş yüz yetmiş beş ABŞ dolları, qırx sent) ABŞ dolları borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Fərəcova X1 rayonundan məcburi köşkündür. Odur ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə ekspertiza xərci 150 manat təşkil edir və həmin pul tərəflərə bərabər məbləğdə aid edilərək ekspertiza xərcinin 75 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və ekspertiza xərcinin qalan 75 manatı Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1249,41 ABŞ dolları əsas borc və 325.99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1575,40 (bir min beş yüz yetmiş beş ABŞ dolları, qırx sent) ABŞ dolları borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza xərci olan 150 manatın 75 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən və ekspertiza xərcinin qalan 75 manatı Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-583/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-583/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver