Məhkəmə qərarları › İş №2(034)-59/2025

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-59/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-59/2025 03.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-550/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsinə və mediasiya xərci olan 60 manat məbləğin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, onunla Cavabdeh ilə olan nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 anadan olmuşdur.Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(034)-550/2015 saylı qətnaməsi ilə cavabdehdən X1 üçün xx.xx.2015-ci il tarixdən hər ay 108 manat alimentin tutulması qət edilmişdir.Həmin vaxtdan ölkə üzrə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu hər il artmışdır.Hazırda qızının artıq 14 yaşı var.Məlumdur ki, uşaqlar böyüdükcə xərcləri də artır.Buna baxmayaraq, heç vaxtın alimentin artırılması tələbi ilə müraciət etməmişdir.Hər dəfə gözləyirmiş ki, valideyn olaraq cavabdeh özü anlayaraq övladının saxlanmasında ona kömək edər.Cavabdehin ödədiyi aliment indiki dövrdə uşaqların saxlanması üçün kifayət etmir.Bu gün uşağın maddi tələbatı və gün-gündən artan xərclərini qarşılamaq üçün alimentin artırılmasına ehtiyacı var. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, e- 2(034)-59/2025 saylı mülki işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar