Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-591/2023 23.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 10 aprel 2019-cu tarixli 2(034)-69/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin onun xeyrin ə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından xx.xx.2009cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adı iki uşaqları doğulmuşdur. Onları ailə münasibətləri alınmadığından araların olan nikah Zəngilan Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmış və məhkəmənin qətnaməsi ilə uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat aliment cavabdehdən mənim xeyrinə tutulmuşdu. Uşaqlar böyüdükcə onların maddi təlabatları da günü-gündən artır. Bu günkü gündə cavabdeh tərəfindən ödənilən aliment uşaqların heç bir maddi təlabatlarını belə ödəmir. Cavabdeh uşaqların saxlanması üçün ona əlavə heç bir maddi yardım etmir. Uşaqların təlabatlarını ödəməkdə tək qadın olaraq çətinlik çəkir. Buna görə alimentin məbləğinin artırılması qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onların cavabdehlə iki uşaqları var. Son bir ildir ki, aliment alır. Uşaqları böyüdüyü üçün onların problemləridə çoxdur, uşaqların xərclərini çatdıra bilmir. Cavabdehlə 2007-ci ildə ailə qurmuşlar. Cavabdehlə 2019-cu ildə rəsmi olaraq ayrılmışdır. Əvvəl sosial yardım aldığı üçün alimentdən imtina etmişdir. Uşaqlarından biri xəstədir, o biri uşaq isə hazırlığa gedir, tək başına çatdıra bilmir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan və Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16-001913 nömrəli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(034)-69/2019 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan xx.xx.2011-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anası X1 himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması müəyyən edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətəlrəi alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(034)-69/2019 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anası X1 himayəsində saxlanılmış, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması müəyyən edilmişdir. İddiaçı uşaqlar böyüdükcə onların maddi təlabatlarının günü-gündən artmasını, bu günkü gündə cavabdeh tərəfindən ödənilən alimentin uşaqların heç bir maddi təlabatlarını ödəməməsini, cavabdeh uşaqların saxlanması üçün ona əlavə heç bir maddi yardım etməməsini, uşaqların təlabatlarını ödəməkdə tək qadın olaraq çətinlik çəkməsini bildirərək, uşaqların saxlanması üçün alimentin miqdarının artırılmasını xahiş etmişdir.Lakin, cavabdehin hər hansı bir yerdə işləməsi və gəlirləri barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-69/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün alimentin hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-69/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz ) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-591/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-591/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver