Məhkəmə qərarları › İş №2(034)-593/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-593/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-593/2023 30.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək,xx.xx.2006-cı il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay 220 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ilə ailə qurmuş, faktiki nikahdan xx.xx.2006-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Nikahları rəsmi olmadığı üçün uşağa atanın soyadı verilməmişdir. Bu səbəbdən də uşağın atalıq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə atalıq müəyyən edilmişdir. Atalıq müəyyən edildikdən sonra əvvəlki qətnamə üzrə cavabdeh 150 manat aliment ödəyir. X3 universitetə daxıl olduğu üçün xərcləri artdığından o, ödəməkdə çətinlik çəkir. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. Tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi 50 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə uşaq böyüdüyündən və universitetə qəbul olunduğundan təlabatları çoxalmış, uşağın təlabatlarını ödəməkdə çətinlik çəkməsini bildirsədə cavabdeh ona heç bir köməklik etməmişdir. Cavabdeh hər ay 150 manat aliment ödəyir. 800 manat maaş alır. Tək başına uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehin ödəyidi 150 manat aliment bir müəllimin pulu edir. Ramilin ona aliment borcu olduğu üçün artıq aliment ödəyir. Əslində məhkəmə qətnaməsi ilə 136 manat aliment kəsilmişdir. O, Cavabdeh ilə qeyrirəsmi nikaha daxil olaraq ailə qurmuş, faktiki nikahdan bir övladları xx.xx.2006-cı ildə X12 dünyaya gəlmişdir. Cavabdeh 136 manat alimentdən başqa köməklik etmir. Özü təcili tibbi yardımda tibb bacısı işləyir. Valideyinləri onkoloji xəstə olduğu üçün onlarada o, baxır.Qızı universitetdə oxuyur və onun 17 yaşı var. Sonda iddiaçı məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edərək,180 manat alimentlə razı olmamasını və cavabdehin işləməsini, tələb olunan 220 manat alimenti ödəmək qabiliyyətində olmasını, kifayət gədər qazancının olmasını bildirmişdir. Məhkəmə iclsında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 150 manat alimenti güclə ödəyir. Aldığı çörək pulu ilə 150 manat aliment verir. 600 manat pulnan iki uşaq saxlayır. Hal-hazırda ailəlidir, iki övladı var. Ona 136 manat aliment yazılmış,150 manat aliment ödəyir. Fərdi əməklə məşğuldur, maaşı olmur, gündəlik qazanc olur. 220 manat alimenti ödəyə bilməyəcəkdir. Çörək pulu kartı var, 180 manat onu verə bilər. Sonda cavabdeh məhkəmədən elə bir aliment kəsilməsini, borc yığılıb icrada qalmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnanin notarial surətindən görünür ki, Cavabdeh xx.xx.2006-cı ildə İddiaçı doğulmuş X7 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən notarail təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2006-cı il təvəllüdlü Hüseynli AytacRamil qızının valideynləridirlər. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, Əliyeva X5 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq olunmuş surətlərindən görünür ki, X10 xx.xx.2011-ci ildə, X13 isə xx.xx.2009-cu ildə doğulmuş, valideynləri Cavabdeh və X2r. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(007)-1412/2017 nömrəli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq nikaha daxil olmuş və bu nikahdan tərəflərin xx.xx.2006-cı il təvəllüdlü X11 adlı bir uşaqları anadan olmuşdur. Sonradan tərəflərin faktiki olan ailə münasibətləri alınmadığından onlar ayrılmalı olmuşlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(007)-1412/2017 nömrəli qətnaməsi ilə tərəflərin birgə faktiki nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçının bildirdiyinə görə uşağın 17 yaşı var və o universitetdə təhsil alır. Cavabdeh ödənilən alimentdən başqa iddiaçıya heç bir əlavə maddi yardım etmir. Qızı böyüdükcə onun təlabatlarıda günü-gündən artır. Ona görə də, cavabdehdən uşağın saxlanması üçün hər ay 220 manat məbləğində alimentin tutulmasını xahiş etmiş, cavabdeh isə hazırda başqa biri ilə ailəli olmasını, himayəsində iki uşağının olmasını, 150 manat məbləğində alimentdən başqa aliment ödəyə bilməyəcəyini bildirsə də, gəlirləri barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları, uşağının mənafeyini nəzərə alaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(007)-1412/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının hər ay 220 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli 2(007)-1412/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar