Məhkəmə qərarları › İş №2(034)-597/2025

Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(034)-597/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-597/2025 22.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh 2550 manat pulun və ödənilmiş 46 manat dövlət rüsumu olmaqla, cəmi 2596 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, Saray Mənzil Tikinti Kooperativi, M.Əsədovküçəsi ünvanında yerləşən 73 saylı binanın, 100-cü mənzili ona məxsusdur. 2024-cü ilin noyabr ayının 15-də ona məxsus mənzilin açarlarını müvəqqəti yaşamaq üçün Cavabdeh atası X4 vermişdir. Cavabdeh atasına bildirmişdir ki, Bakı şəhər Hərbi Hospitalda Hərbi həkim işləyir. Razılaşmaya görə mənzili əşyaları ilə birlikdə ayı 450 manata Cavabdeh kirayəyə vermişdir. Cavabdehin bildiriyinə görə yanvar ayından Hərbi Hospital ilə müqavilə bağlanacaq və pulu Hospital ona ödəyəcəkdir. Mənzil tam təmirli olmuş, təmirdən sonra mənzildə yaşayış olmamış, içərisindəki tam əşyalarla birlikdə Cavabdeh vermişdir. Kirayədə qaldığı müddətdə Ramin kirayə haqqını ödəməmiş, mənzili bərbad günə qoymuş, onun həyat yoldaşını aldadaraq onun 80 manatını da ələ keçirmişdir. Cavabdeh bu ilin yanvar ayının 15-də onu aldatdığını başa düşmüş, mənzilin açarlarını ondan tələb etmişdir. Həmin ünvanda yaşayan qonşular ona bildirmişdir ki, Ramin kirayəyə götürdüyü mənzilin sahiblərini aldadaraq kirayə haqqını ödəmir, mənzilləri soyaraq oradan oğurluq edir. Xeyli çək-çevirdən sonra Ramin onun mənzilinin açarlarını yaxınlıqda olan kioskaya vermişdir. O, mənzilin qapısın açıb mənzilə daxil olanda orada olan yataq dəstlərinin, 2 ədəd süfrələrin, odeyal üstünün, qabqaşığın, 3 ədəd ona məxsus cehiz əşyalarından olan yorğanın, 5 dəst prostinanı, çaydanın və stəkanların olmadığını müəyyən etmişdir. Həmçinin qapınınkilidi qırılmış, qapı şunurla bağlanmışdır. Elektrik enerjisinə görə 70 manat borc yaranmışdır. İki aya görə 900 manat (450x2) kirayə borcu qalmışdır. O, Raminə məxsus (070) 264-83-64, (070) ***-**-** (həyat yoldaşı Aysel) telefona zəng etmiş, lnu nalayiq ifadələrlə təhqir etmişdir. Yataq dəstinin və süfrələrin uşaqlar tərəfindən bulandığını və bu səbəbdən də yumağa apardığını, qab-qaşıqların isə yoldaşı tərəfindən səhvən öz qab-qaşıqlarına qarışdırıb apardığını demişdir. Hal-hazırda cavabdeh ona 2550 manat maddi zərər vurmuşdur (2 aylıq kirayə haqqına görə 900 manat + 80 manat həyat yoldaşından aldığı pula görə + 70 manat elektrik enerjisindən istifadəyə görə borc + ev əşyalarına görə 1050 manat). O, cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh evi hər ay 450 manata kirayə vermiş, Ramin kirayə haqqını ödəməmiş ,mənzili bərbad günə qoymuş,qızının həyat yoldaşını aldadaraq 80 manatını ələ keçirmişdir. Ramin evini soyaraq oğurluq etmiş, mənzilin açarlarını yaxınlıqda olan kioskaya vermişdir. Müqavilə MTK ilə bağlanmışdır. Onlara dəymiş ziyan evin giriş qapısının açarı, 2 ədəd süfrə, 4 ədəd dəsmal, 2 ədəd yorğan, yorğan və döşək taxt üçün, 2 ədəd çexol, 5 ədəd prosdin çexol, 4 ədəd balış, çay dəsti, çaydan, çaynik, stəkan, tarelka, qaşıq, çəngəl olmaqla, cəmi 1050 manat etmişdir. Cavabdeh 900 manat iki aylıq kirayə pulunu verməmiş, 80 manat qızını aldadıb almışdır. Onlar bununla bağlı polis bölməsinədə müraciət etmiş, lakin rayonda işlədiyi üçün gələ bilməməsini bildirmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlir. İddiaçının nümayəndəsi cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini bildirmiş, məhkəmə iddiaçının nümayndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazimı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan Azərbyacan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM4650 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1 «Saray H yaşayış kompleksi» ev 73, mənzil 100 ünvanında yerləşən ümumi sahəsi 87.8 m2 olan 2 otaqlı mənzil İddiaçı kirayəyə verilmişdir. -İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin Saray Polis X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 59-3/2-V-359xx/xx/2025 nömrəli məktubundan aydın olur ki, araşdırma zamanı müraciətdə göstərilən məsələ məhkəmənin səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət olunmasının məqsədəmüvafiq olması bildrilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Madə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Maddə 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Maddə 242.Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Maddə 243.1. Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Maddə 244.Cavabdehlər qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1 «Saray H yaşayış kompleksi» ev 73, mənzil 100 ünvanında yerləşən ümumi sahəsi 87.8 m2 olan 2 otaqlı mənzil İddiaçı məxsusdur. İddiaçı 2024-cü ilin noyabr ayının 15-də özünə məxsus mənzilin açarlarını müvəqqəti yaşamaq üçün Cavabdeh aralarında olan razılaşmaya görə mənzili əşyaları ilə birlikdə ayı 450 manata Cavabdeh kirayəyə verilmiş, cavabdeh kirayədə qaldığı müddətdə kirayə haqqını ödəməmiş, mənzil bərbad vəziyyətə qoyulmuş, cavabdeh evdən çıxarkən onlara xəbər verməmiş, mənzil apçarlarını isə yaxınlıqda olan köşkə verərək çıxıb getmişdir. İddiaçı iddia edir ki, mənzilə daxil olan zaman evdən ona əmxsus olan yataq dəstlərinin, 2 ədəd süfrənin, odeyal üstünün, qabqaşığın, 3 ədəd cehiz əşyalarından olan yorğanın, 5 dəst prostinanın, çaydan və stəkanların olmamasını müəyyən etmiş, qapının kilidi qırılmış vəziyyətə olmuş, elektrik enerjisinə görə 70 manat borc, 900 manat iki aylıq kirayə (450x2) kirayə borcu qalmış, dəfələrlə və onun həyat yoldaşına məxsus (070) 264-83-64, (070) ***-**-** nömrəli mobil telefonlara zəng etmiş, lakin cavabdeh onu nalayiq ifadələrlə təhqir etmişdir.Hazırda cavabdeh ona 2550 manat məbləğində maddi ziyan vurmuş və həymin ziyanın cavabdehdən alınaraq ona verilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Maşalllah oğlundan maddi zərərin əvəzi olaraq 2550 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46 manat Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Masşallah oğlundan maddi zərərin əvəzi olaraq 2550 manat pul və 46 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh Masşallah oğlu qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar