Məhkəmə qərarları › İş №2(034)-601/2023

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-601/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-601/2023 11.10.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilmiş 382.750 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə-hakim iddianın yolverilməzliyinə görə ərizənin qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən məlum olmuşdur ki, Cavabdeh on il müddətinə qaytarmaq şərti ilə X1 397.500 manat məbləğində pul borc alması ilə bağlı tərəflər arasındaxx.xx.2009-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmçinin borc vaxtında ödənilmədiyindən X2 xeyrinə borclu Cavabdeh Taplınq oğlundan ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 397.520 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı Bakı şəhəri 39 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İcra Qeydi mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.4-cü maddəsinin tələbinə görə notariusun icra qeydləri icra sənədləri sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsini və ona əlavə olunmuş sənədləri iddiaçıya geri qaytarılmalı və iddiaçı notariusunun icra qeydinin icra olunması üçün adiyyəti üzrə müvafiq İcra Şöbəsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair» iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbulundan imtina edilsin, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, notariusunun icra qeydinin icra olunması üçün adiyyəti üzrə müvafiq İcra Şöbəsinə müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar