Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-602/2023 04.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Xalıq oğluna qarşı «sabit pul məbləğinpdə alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Xalıq oğluna qarşı «sabit pul məbləğinpdə alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh Xalıq oğlundan Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarını dəyişdirərək, xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cı il tarixdə el-adəti ilə ailə qurmuş və bu nikahdan xx.xx.2014-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə uşaq onun yanında saxlanılmış, uşağın saxlanması üçün 175 manat aliment qət edilmişdir. O, 175 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də alimentin Prezidentin sərəncamına uyğun kəsilməsini istəyir. Ona məhkəmə tərəfindən kəsilən alimentin artırılmasını istəyir. Prezidentin sərəncamı ilə uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manatdır. Uşaq böyüdükcə tələbatları daha da çoxalır, ona görə də o, alimentin artırılmasını xahiş edir. Cavabdehin aylıq normal qazancı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh Xalıq oğlu ilə xx.xx.2014-cü ildə ailə qurmuş, bu nikahdan xx.xx.2014-cü ildə X3 anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə uşaq onun yanında saxlanmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda 175 manat alimentlə uşağı saxlamaq çox çətin olduğunu, cavabdeh alimentdən başqa heç bir köməklik etmədiyini, cavabdehin rəsmi iş yeri olmasa da onun fərdi əməklə məşğul olduğunu və 220 mamat aliment ödəmək qabiliyyətində olduğunu bildirərək məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(034)-333/2021 nömrəli qətnaməsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(034)-673/2017 saylı qiyabi qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 15 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, tərəflər 15 sentyabr 2014-cü il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan və Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü arayışdan görünür ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2014-cı il tarixdə el-adəti ilə ailə qurmuş və bu nikahdan onların xx.xx.2014-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Ailə münasibətləri alınmadığından onlar ayırılmışlar. Tərəflərin birgə nikahlarından olan xx.xx.2014-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddiaçı uşaq böyüdükcə onun maddi təlabatlarının artdığına görə 175 manat sabit pul məbləğində aliment uşağın heç bir maddi təlabatını qarşılamadığını, cavabdehin məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentdən başqa uşağın saxlanması üçün ona əlavə olaraq heç bir maddi yardım göstərmədiyindən tək qadın olaraq uşağın saxlanmasında maddi çətinlik çəkdiyini, bu səbəbdən də, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(034)-333/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Xalıq oğlundan 15 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının hər ay 220 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, İddiaçı qızı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh Xalıq oğlundan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(034)-333/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Xalıq oğlundan 15 sentyabr 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh Xalıq oğlundan 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-602/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-602/2023
04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver