Məhkəmə qərarları › İş №2(034)-610/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-610/2025

01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-610/2025 01.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «borc tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3700 manat əsas borcun, kredit müqaviləsinin təsdiqi üçün notariat kontorunda ödədiyi 115 manat və dövlət rüsumu olaraq ödədiyi 68 manat olmaqla, ümumilikdə 3883 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ailəsi ilə birlikdə onun dostuna məxsus fermada yaşayıb və işləmişdir. Onların münasibətləri belə yarnmış və o, cavabdehə etibar etmişdir. Aralarında tam münasibətlər normallaşmış və o digər brclasırını ödəmək üçün ondan borc pul verməyi xahiş etmiş və bildirmişdir ki, borcu sentyabr ayının 24dək hissə hissə qaytaracaqdır. O, cavabdehin səmimiliyinə inanaraq xx.xx.2023-cü il tarixdə 4800 manat məbləğində ona borc vermiş, onlar aralarında olan borc müqaviləsini rəsmi olaraq notariart kontorunda rəsmiləşdirmişlər. Cavabdeh onu inandırmaq üçün pensiya kartıı vermiş və 5 ay müddətində hər ay 220 manat, yəni 1100 manat almışdır. Sonradan özünə məxsus kartı bağlatdırıdığı üçün qalan pulu ala bilməmişdir. Cavabdeh həmin borcu xx.xx.2025-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürsə də, həmin öhdəliyə əməl etməmiş və o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etməsini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə onun iştiraık olmadan baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə bunu nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə edilmiş və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 4800 manat məbləğində borc pul vermiş, borc alan yəni, Cavabdeh krediti xx.xx.2025-ci il tarixədək borc verənə qaytarmağı öz ödəsinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.«Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Maddə 425.1.«Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Maddə 442 və 448.1.«Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Maddə 443.1.«Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Maddə 739.1 və 739.2. «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1.Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər birbirlərini tanıyır, iddiaçı cavabdehlə aralarında normal münasibətlər olduğundan ona etibar etmiş, cavabdeh iddiaçının ona etibar etməsindən istifadə edərək, ondan borclarını ödəmək üçün borc pul istəmiş, iddiaçı cavabdehin bu səmimiliyinə inanaraq, aralarında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 4800 manat məbləğində borc pul vermiş, cavabdeh isə öz növbəsində iddiaçıdan aldığı həmin pulu hissə-hissə, yəni xx.xx.2025ci il tarixədək borc verənə qaytarmağı öz ödəsinə götürmüşdür. Cavabdeh götürdüyü borcun ödənilməsi üçün iddiaçıya pensiya kartı vermiş, iddiaçı 5 ay müddətində həmin kartdan 1100 manat məbləğində pul çıxarmış, lakin sonradan cavabdeh kartı bağladığı üçün o, borcun qalan hissəsinə çıxarda bilməmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi üçün edilmiş müraciətlər, göndərilmiş pretenziya məktularının heç bir əhəmiyyəti olmamış və cavabdeh müxtəlif bəhanələrlə iddiçıya olan qalıq borcunu qaytarmaqdan imtina etmişdir. Hazırla iddiaçı cavabdehdən ödənilməmiş qalan borcun ödəniləsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3700 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin notariat xərclərinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, notariat xərcləri məhkəmə xərclərinə aid olmadığından iddia tələbinin bu hissədə təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 68 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 68 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3700 manat məbləğində əsas borc və 68 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar