Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-629/2021 07.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı (SNTV) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Alməmmədov Vəli Alməmməd oğlundan “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 31.35 abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqı olmaqla, 101,75 manat məbləğində pulun tutulub İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, “SNTV’' əmtəə nişanı ilə fəaliyyət göstərən “SN Telekom'' Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar “SN Telekom’' MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 22 saylı MKİS-dən olan arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki 09.04.2012ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə, 09.04.2012-ci il tarixdə 0318 R saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 05.01.2012-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan 05.01.2012-ci il tarixdə şəbəkədən ayrılmasindan, qanunsuz qoşulma barədə tərtib olunan 09.04.2012-ci il tarixli 0318 R saylı aktın tərtib olunma tarixinədək olan müddət 95 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 31.35 manat təşkil edir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində “SN Telekom" MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə “Ədalət-A" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərinin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Ödənilən dövlət rüsumu 20 manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu məbləğ cəmi 101.75 manat (50+20.40+31.35 manat) təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 22 saylı mənzil istismar msahəsinin vermiş olduğu 3654 saylı 19.04.2012-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvanında yerləşən ünvan 2hibidir. İş materiallarında olan İddiaçı MMC ”SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0318 R nömrəli 09.04.2012-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri 18 məhəllə, H.Əliyev prospekti, ev 34, 104 saylı ünvanında kabel şəbəekəsinə nəzarət baxış keçirən zaman mənzilin sakini olan cavabdeh tərəfindən «SNTV» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanusuz olaraq qoşulması aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC (SNTV) ilə "xxxx" MMC arasında hüquqi xidmətlərin göstərilməsinə dair 01 dekabr 2019-cu il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı “SNTV” kabel televiziyasının 175 nömrəli 03.12.2021-ci i tarixli arayışıdan görünür ki, ünvan 3 ünvanında 05.01.2021 tarixində baxış keçirilmiş, 09.04.2012-ci il tarixində “Ədalət-A” hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşları tərəfindən akt tərtib olunmuş, bir günlük abunə haqqının 0.33 qəpik olmasını nəzərə alaraq sözügedən mənzilin son baxış tarixindən aktın tərtib olunan tarixinədək 95 gün təşkil etmişdir. Sözü gedən ünvanda sifarişə əsasn 30.01.2010-cu il tarixində İddiaçı MMC kabel televiziyası arasında müqavilə bağlanmış, 12.02.2011-ci il tarixdə ünvan şəbəkədən ayrılaraq müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Telekommunikasiya haqqında 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoşulması öz təsdiqini tapsa da, iddiaçı Cavabdeh arasında ünvan 1 ünvanında sifarişə əsasn 30.01.2010-cu il tarixində İddiaçı MMC kabel televiziyası arasında müqavilə bağlanması, 12.02.2011-ci il tarixdə ünvan şəbəkədən ayrılaraq müqaviləyə xitam verilməsi barədə,həmçinin 05.01.2021-ci il tarixdə həmin ünvana baxış keçirilməsi barədə,yəni, mənzilin son baxış tarixi olan 05.01.2012-ci il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan 09.04.2012-ci il tarixli 0319 R saylı aktın tərtib olunma tarixinədək olan müddət 95 gün təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Alməmməd oğlundan bir günlük abunə haqqı olan 0,33 manat iddiaçının kabel televiziya şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş ziyan tutularaq İddiaçı MMC-nin (SNTV) xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının ona göstərilən hüquqi xidmətlərə görə müqavilə azadlığı prinsipi əsasında ödədiyi istənilən məbləğdə xidmət haqqı, cavabdeh tərəfindən məhkəmə xərcləri kimi ödənilməli olmadığından iddia tələbləri nümayəndəyə ödənilən məbləğin cavabdehdən tutulmasına dair hissədə də qismən, yəni 50 manat məbləğində təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 0,33 (otuz üç) manat vurulmuş ziyan, 50 (əlli) manat nümayəndəyə çəkilən xərc, 10 (on) manat dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 10,40 manatı iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-629/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-629/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver