Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-637/2021 23.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21.09.2007-ci il iəvəllüdlü X4 və 05.11.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 11.07.2006-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan 21.09.2007-ci il təvəllüdlü X11 və 05.11.2011-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Hazırda ailə münasibətləri pozulmuşdur. Onlar cavabdehlə ayrılmışlar. Belə ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanmışdır. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-379/2013 saylı qətnaməsi ilə 21.09.2007-ci il təvəllüdlü X11 və 05.11.2011-ci il təvəllüdlü X2 üçün Cavabdeh qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment kəsilmişdir. Alimenti bu qədər kəsilməsinə baxmayaraq cavabdeh hazırda rəsmi olaraq işləmir və hər ay aliment kimi ona 110 manat aliment ödəyir. Bu miqdarda alimentlə hazırki hər şeyin bahalaşdığı müddətdə uşağı tək ana kimi saxlamaq ona çətindir. Ona görə ki, uşaqlar böyüdükcə onların tələbatları daha da çoxalır. O, alimentin sabit pul məbləğində artırılmasını istəyir. Aliment məhkəmə qaydasında kəsildiyi vaxtda cavabdeh işləyirdi. Sonradan isə cavabdeh işdən çıxmışdır. Bundan sonra cavabdeh ona hər ay uşaqların saxlanması üçün 234 manat aliment ödəyir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, bir ata kimi uşaqlarına yaxşı baxmaq istəyir. 47 yaşı var hara gedir işə götürmürlər. 64 manat çörək pulu alır. 493 manat veteranlıq pensiyası alır. Beş övladı var. Bütün gəlirlərini uşaqlarına verir, imkan olsa daha çox verər, lakin işləmir, imkanı yoxdur. Aliment kəsildiyi vaxtda polisdə işləmişdir və əmək haqqından ödənişlər olmuşdur, lakin sonradan təqaüdə çıxandan sonra iddiaçıya sabit pul məbləğində aliment ödəmışdır. İddiaçıya hər ay hər uşağa 117 manat olmaqla 234 manat və ikinci nikahından olan uşağına 154 manat pul ödəyir. Hazırda pesiyasından 351 manat tutulur. Üçüncü nikahından da iki övladı var. Ona görə də hazırda iddiaçıya ayda 175 manat aliment ödəmyə imkanı yoxdur. Heç yerdə işləmir, işsizdir. İddiaçıya iki uşağın saxlanılması üçün hər uşağa 117 manat olmaqla, 234 manat sabit pul məbləğində bundan sonra da ödəməyə razıdır. Cavabdeh sonda məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olru ki, tərəflər arasında olan nikah 14.05.2013-cü il tarixdə ləğv edilmişdir. İş materilarına əlavə edilmiş şəxsiyyət vəsiqəlrinin surətindən görünür ki, tərəflər 21.09.2007-ci il təvəllüdlü X4 və 05.11.2011-ci il təvəllüdlü X6 valideynləridirlər. İş materiallarında olan Nəriman Rayon Məhkəməsinin 26.03.2013-cü il tarixli 2(005)- 379/2013 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh 21.09.2007-ci il təvəllüdlü X4 və 05.11.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək sapxlanması üçün hər ay əmək haqqını və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının 02.11.2021-ci il tarixli **********9 nömrəli arayışından görünür ki, Cavabdeh yaşa görə 501.26 manat məbləğində pensiya ödənilir və vətəndaşdan hər ay 351.0 manat pul vəsaiti tutulur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 06.03.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından 26.03.2021-ci il təvəllüdlü X9 və 26.03.2021-ci il təvəllüdlü X10 adlı iki uşaqları doğulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah ləğv edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-379/2013 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan 21.09.2007-ci il təvəllüdlü X11 və 05.11.2011-ci il təvəllüdlü X2 üçün Cavabdeh qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment kəsilmiş, aliment kəsildiyi vaxtda polisdə işləmişdir və alimen əmək haqqından tutulmuşdur,lakin sonradan təqaüdə çıxandan sonra iddiaçıya hər ay iki uşağa görə cəmi 234 manat pul ödəyir. İddiaçı özüdə cavabdeh tərəfindən 234 manat aliment ödəməsini məhkəmə iclasında etiraf etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən X8 ilə nikahlarından olan 25.04.2014-cü il təvəllüdlü X1 üçün hər ay cəmi 154 manat aliment, həmçinin uşağın xəstəliyi ilə bağlı 53 manat pul ödənilir. 21.09.2007-ci il təvəllüdlü X4, 05.11.2011-ci il təvəllüdlü X6 və 25.04.2014-cü il təvəllüdlü X1 üçün ödənilən cəmi 351 manat pul cavabdehin yaşa görə aldığı 501.26 manat əmək pensiyasından tutulur. Hazırda isə himayəsində X7 ilə birgə nikahlarından 26.03.2021-ci il təvəllüdlü X9 və 26.03.2021-ci il təvəllüdlü X10 adlı iki azyaşlı uşaqları var. Araşdırma zamanı o da məlum olmuşdur ki, cavabdeh əvvəllər işləsə də, hazırda işsizdir və heç bir yerdə işləmir, iddiaçıya birgə nikahlarından olan iki uşağın saxlanması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat ödəmək imkanı var. Bu da onun göstərir ki, cavabdehin iddiaçının iddia etdiyi kimi hər ay hər uşan üçün 175 manat aliment ödəməyə imkanı yoxdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artdırılması üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-379/2013 saylı qətnaməsi ilə iki uşağın saxlanılması üçün Cavabdeh qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulmasına baxmayaraq, iddiaçı alimentin miqdarını hər uşaq üçün 175 manat olmaqla 350 manat sabit pul miqdarında artırılması tələbi ilə müraciət etsə də, cavabdehin işləməsi, əlavə qazanca malik olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə heç yerdə işləmədiyini, 501 manat təqaüd aldığını, iddiaçıdan başqa da ikinci nikahdan olan uşağına məhkəmə qətnaməsinə əsassən 154 manat aliment və uşağın xəstəliyi ilə bağlı 53 manat aliment “KapitalBank” vasitəsi ilə ödədiyini, üçüncü nikahdan da iki uşağının olduğunu bildirərək iddiaçıya 350 manat aliment ödəmək imkanında olmadığını, lakin hər uşağa 117 manat olmaqla 234 manat sabit pul məbləğinda aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçı əmək qabliyyətli olduğundan, uşağın saxlanması hər iki valideynin borcu olduğundan, həmçinin iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və tutulan alimentin miqdarı dəyişdirilərək 21.09.2007-ci il təvəllüdlü X11 və 05.11.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmasqla, cəmi 234 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qənaətinə gəlir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Zəngilan rayonundan məcburi köçkün olduğu üçün dövlət rüsmunun ödənilməsindən azad olmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən edilsin. Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2013-cü il tarixli 2(005)-379/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 21.09.2007-ci il təvəllüdlü X4 və 05.11.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsmunun ödənilməsindən azad edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-637/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-637/2021
23.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver