Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-641/2022 13.12.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2012-ci il tarixli 2(004)-4337/2012 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimetin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdeh X2 övladlarının hər ay musiqi, idman və təhsil haqlarına çəkilən 400 manat əlavə xərclərin 200 manat hissəsinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2009-cu il tarixdə X10 adında bir övladları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2012-ci il tarixli 4337 saylı qətnaməsi ilə nikah pozulmuş, azyaşlı övladı onun himayəsində saxlanılmaqla cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin hazırki vaxtda azyaşlı övladını bu məbləğlə saxlaya bilmir. Övladının təhsil və digər xərclərini qarşılamağa maddi imkanı çatmır. Cavabdeh isə onlara əlavə xərclərə görə heç bir maddi köməklik göstərmir. Nəticədə məcburiyyət qarşısında qalaraq alimentin miqdarının artırılması tələbi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qızı 8-ci sinifdə oxuyur, hazırlığı, məktəbi var və onun üçün alimentin artırılmasını istəyir. Cavabdeh gəlir uşağı aparır onda da 20 manat uşağa pul xərcləyir. Qızı 13 yaşındadır. Özü X3 laborant işləyir və 500 manat maaş alır. Cavabdeh ticarətlə məşğuldur, bundanda istifadə edir, çünki iş yeri rəsmi deyildir. Ərizəsində 200 manat aliment və əlavə xərc istəmişdir. Heç olmasa uşağın əlavə xərclərini ödəsin. Cavabdeh atalıq borcunu yerinə yetirmir. Sonda iddiaçı məhkəmədən alimentin artırılmasını və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Lakin Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasını qismən qəbul etməsini, hazırda işləməməsini, qeyd olunan alimenti ödəməyə gücünün çatmamasını, hər ay qanunla müəyyən olunmuş qaydada 193 manat sabit pul məbləğinə aliment ödəməyə razı olmasını, iddianın isə qalan hissədə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki,iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)-4337/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan xx.xx.2008-ci il tarixli Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X10 anası X4 yanında qalmış və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X6 valideyinləridirlər. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MŞB/6-4833 saylı arayışdan görünür ki, cavabdeh X8 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X10 adlı bir övladları doğulmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Yasamal Rayon Məhkəməsinin 12 noyabr 2012-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaq ananın himayəsində qalmış və uşağın saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması müəyyən edilmişdir. İddiaçı iddia edir ki, hazırkı dövrdə cavabdeh tərəfindən ödənilən 100 manat aliment uşağın heç bir maddi təlabatını ödəmir. Cavabdeh ona əlavə heç bir maddi yardım yetmir, uşaqla belə maraqlanmır. Uşağın bütün təlabatlarının ödənilməsi onun üzərinə düşdüyündən həmin təlabatları tək başına ödənilməsində çətinlik çəkir. Hə ay uşağın təlabağları üçün üçün 400 manat məbləğində xərci çıxır.Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı özü X3 labarant işləyir və aylıq əmək haqqısı 500 manat təşkil edir. Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək heç bir yerdə işləməməsini, iddiaçının iddia etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur, yalnız qanunla müəyyən edilmiş qaydada 193 manat məbləğində aliment ödəməyə razı olmasını bildirmişdir. Bundan başqa iddiaçı cavabdehin ticarətlə məşğul olmasını, birgə nikahdan olan uşağın təlabatlarının ödənilməsi üçün çəkilən 400 manat əlavə xərclərin 200 manat hissəsinin cavabdehdən tutulmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hərhansı bir dəyişikliyin olması ilə bağlı məhkəməyə möhtəbər sübutlarını təqdim edə bilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4337/2012 saylı, xx.xx.2012-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş almentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4337/2012 saylı, 12 noyabr 2012-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması hazırki qətnamə qanuni güvvəsinin aldığı gündən başlayaraq hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-641/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-641/2022
13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver