Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-648/2021 07.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı (SNTV) nümayəndəsi X2 Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 74.91 abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqı olmaqla, 145.31 manat məbləğində pulun tutulub İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə 9 saylı MKİSdən olan arayışdan görünür ki, Cavabdeh, Sumqayıt şəhəri, 9 mkr, ev 13/A, mənzil 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, 21.05.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 21.05.2020-ci il tarixdə 1688 N saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 07.10.2019-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan 07.10.2019ci il tarixdə şəbəkədən ayrılmasindan, qanunsuz qoşulma barədə tərtib olunan 21.05.2020-ci il tarixli 1679 N saylı aktın tərtib olunma tarixinədək olan müddət 227 gün təşkil edir. Bir günlük abunə haqqının 33 (otuz) qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 74.91 manat təşkil edir.Belə olan halda hesab edir ki, yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 (əlli) manat pul ödəyir. Ödənilən dövlət rüsumu 20 (iyirmi) manat, bank xidməti haqqı isə 0.40 (qırx) qəpik təşkil edir. Beləliklə cavabdehin iddiaçıya olan borcu 145.31 manat (50+20+40+74,91) təşkil edir. Sonda məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək bildirdi ki, Sumqayıt şəhəri, 9 mkr, ev 13/A, mənzil 1 Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdehin mənzilinə məcburi köçkünlər girib zəbt etmişdirlər. Beləcə də cavabdeh həmin mənzildə yaşamamış və oradan istifadə etməmişdir. Bir müddət məcburi köçkünlər orada yaşamış və sonra oranı tərk etmişlər. Cavabdeh mənzili 22 sentyabr 2021-ci il tarixdə İSF/234 saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Mənzili satana kimi isə həmin mənzildən istifadə etməmiş və yaşamamışdır. Həmçinin mənzil onun mülkiyyətində olduğu müddətdə o hər hansı firma ilə o cümlədən İddiaçı MMC , “Ədalət-A” hüquq firması ilə heç bir müqavilə bağlamamışdır. Cavabdehin İddiaçı MMC ilə “Ədalət-A” hüquq firmasının tərtib etdiyi 1688 saylı qanunsuz qoşulmanın aşkar edilməsi barədə tərtib olunmuş aktdan da xəbəri olmamışdır. Bir sözlə cavabdeh həmin mənzildə yaşamadığından qanunsuz olaraq hər hansı şəbəkəyə qoşula da bilməzdi. Həmçinin iddiaçının iddiasını təsdiq edən İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə cavabdeh arasında bağlanmış hər hansı müqavilə və cavabdehə xəbərdarlıq olunması barədə hər hansı rəsmi sənəd yoxdur. Tərtib olunan akt isə onun iştirakı ilə tərtib olunmamışdır. Ona görə də o hesab edir ki, İddiaçı MMC , “Ədalət-A” hüquq firmasının məhkəməyə təqdim etdiyi iddia tamamilə əsassızdır və rədd olunmalıdır. Ona görə ki, cavabdehə qarşı yönələn iddia əsassızdır, belə ki, iddiaçının əlində həmin kabelə cavabdeh tərəfindən qanunsuz olaraq qoşulma barədə hər hansı sübüt yoxdur. Yuxarıdakıları nəzərə alaraq iddiaçının iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh Zəngilan rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev-17-də qeydiyyatdadır. İş materiallarında olan İddiaçı MMC ”SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1688 nömrəli 21.05.2020-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxış keçirən zaman mənzilin sakini olan cavabdeh tərəfindən «SNTV» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanusuz olaraq qoşulması aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC (SNTV) ilə "xxxx" MMC arasında hüquqi xidmətlərin göstərilməsinə dair 01 dekabr 2019-cu il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı “SNTV” kabel televiziyasının 174 nömrəli 03.12.2021-ci i tarixli arayışıdan görünür ki, Sumqayıt şəhəri, 9 mkr, ev 13/A, mənzil 1 ünvanında 07.10.2019-ci il tarixində baxış keçirilmiş, 21.05.2020-ci il tarixində “Ədalət-A” hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşları tərəfindən akt tərtib olunmuş, bir günlük abunə haqqının 0.33 qəpik olmasını nəzərə alaraq sözügedən mənzilin son baxış tarixindən aktın tərtib olunan tarixinədək 277 gün təşkil etmişdir. Sözü gedən ünvanda sifarişə əsasn 08.05.2019-cu il tarixində İddiaçı MMC kabel televiziyası arasında müqavilə bağlanmış, 31.09.2019-cu il tarixdən 10 AZN borcla şəbəkədən ayrılaraq müqaviləyə xitam verilmişdir. İşdə olan 22.09.2021-ci il tarixli İSF/234 saylı alqı-satqı və İpoteka müqaviləsində göstərilmişdir ki, Zəngilan rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev-17-də qeydiyyatda olan Cavabdeh Sumqayıt şəhəri, 9 mkr, ev 13/A, mənzil 1 ünvanında yerləşən mənzilini Sumqayıt şəhəri, 47-ci məhəllə, ev-14, mənzil-36-da qeydiyyatda olan X1. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, 9 mkr, ev 13/A, mənzil 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki 21.05.2020-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 21.05.2020-ci il tarixdə 1688 N saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. İddiaçı həmin ünvanda keçirilmiş son baxış 07.10.2019-ci il tarixində olduğunu və sözügedən ünvanda sifarişə əsasən 08.05.2019-cu il tarixdə İddiaçı MMC ilə müqavilə bağlandığını 07.10.2019-ci il tarixdə şəbəkədən ayrıldığını bildirsə də, İddiaçı MMC ilə məhz kimin müqavilə bağlamasına dair və akt tərtib edildiyi zaman həmin ünvanda cavabdehin yaşamadığını təsdiq etsə də, kimin yaşamasına dair heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə, Sumqayıt şəhəri, 9 mkr, ev 13/A, mənzil 1-də yerləşən mənzilin sadəcə sənəd üzərində mülkiyyətçisi olduğunu, həmin mənzili satana kimi cavabdehin orada yaşamadığını və yaşamadığından da, qanunsuz hər hansı bir şəbəkəyə qoşulmadığını, həmin ünvanda məcburi köçkünlərin yaşadığını və həmin şəxslərin evi boşaldan kimi 22.09.2021-ci il tarixdə mənzili satdığını, İddiaçı MMC tərəfindən onlara heç vaxt hər hansı bir akt tərtib olunması barədə xəbərdarlıq olmadığını bildirmişdir. Telekommunikasiya haqqında 14 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənləri və Sumqayıt şəhəri, 9 mkr, ev 13/A, mənzil 1-də yerləşən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilsə də, məhz qanunsuz qoşulmanın Cavabdeh tərəfindən baş verməsi sübuta yetirilmədiyini nəzərə alıb,məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı iddia rədd olunduğundan iddiaçının özünə aid olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” iddiası təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı iddiaçının özünə aid olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-648/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-648/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver