Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-649/2021 24.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi zərərə görə 8372 manat pulun, mənəvi zərərin əvəzi olaraq 10.000 pulun və ödənilmiş 30 manat dövlət rüsmunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Əliyar qızı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2019-cu ilin noyabr ayında Cavabdeh iş yerinə gələrək onun ilə tanış olmuşdur.Cavabeh onunla ailə qurmaq istədiyini, eləcə də MTN-də işlədiyini bildirmişdir. Söhbət əsnasında ona tibb kollecini bitirdiyini, lakin diplomunu təsdiq etdirə bilmədiyinə görə işləmədiyini bildirmişdir. Bu hadisədən bir neçə gün sonra cavabdeh ona diplomunu təsdiq etdirməkdə kömək edə biləcəyini, bu işlə məşğul olan Rüfət adlı tanışının olduğunu, bunun üçün 1000 manat pul tələb olunduğunu bildirmişdir. Rəşidə adlı şəxsin bank kartının nömrəsini ona verib demişdir ki, 200 manat bu hesaba köçürsün, 800 manatı isə özü əlavə edəcəkdir. O, da Yeni Günəşlidə “Ballı Market” də yerləşən ödəmə terminalı vasitəsilə 200 manat pulu “**********267116” saylı hesaba köçürmüşdür. Cavabdeh bildirmişdir ki, diplomu bir aya təsdiq ediləcəkdir. Bundan bir müddət sonra Cavabdeh X6 ərazisində yeni tikilmiş binada mənzil aldığını bildirmişdir. Təmir üçün pul lazım olduğunu, toyu gecikdirməmək istədiyini demişdir. Təmir üçün bankdan 60000 manat kredit götürəcəyini, bunun üçün bank əməkdaşlarının gəlib evə baxış keçirib evi qiymətləndirəcəyini və buna görə 1000 manat pul lazım olduğunu söyləmiş və ondan 1000 manat pul istəmişdir. O, cavabdehə 1000 manat pul vermişdir. Bir neçə gün sonra Cavabdeh işlərin yarımçıq qaldığını və ona pul lazım olduğunu bildirmişdir. Ona demişdir ki, nəğd pulu yoxdur. Cavabdeh iddiaçıya bildirmişdir ki, əgər qızıl əşyaları varsa verib lombarda girov qoyub pul götürsün. O, da cavabdehə iki komplekt və iki tək üzükdən ibarət qızıl zinnət əşyalarını vermişdir. 2020-ci ilin fevral ayında isə cavabdeh onun hisslərindən istifadə edib Kontakt Home mağazasından 792 manat dəyərində Samsunq A40 markalı mobil telefonu kredit yolu ilə almış, onun adına rəsmiləşdirmişdir. Bu minvalla Cavabdeh ona ümumilikdə 8372 manat maddi zərər vurmuşdur. Bir müddət sonra o, Cavabdeh anası ilə görüşüşmüşdür. Görüş zamanı müəyyən etmişdir ki, Cavabdeh ailəlidir və iki uşağı var. Bundan sonra o, Cavabdeh ona vurduğu maddi zərərə görə 8372 manat pulunu tələb etsə də o, onun pulunu qaytarmaqdan yayınmışdır. Cavabdeh ona vurduğu maddi zərərə görə 8372 manat pulunu geri qaytarmaqdan yayındığı üçün hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Bundan əlavə Cavabdeh onun hissləri ilə oynamış, onu aldatması nəticəsində mənəvi sarsıntı və iztirab da yaşamışdır. Keçirdiyi stres və həyəcan, eləcə də aldığı mənəvi xəsarət nəticəsində yaşadıqları ona çox pis təsir etmişdir. Olanları indiyə kimi unuda bilmir. İçində olan əsəb və həyəcan normal həyat yaşamağına mane olur. Yaşadığı bu çətinlikləri mənəvi zərər olaraq 10000 manat həçmində dəyərləndirilir və hesab edir ki, maddi zərərlə yanaşı mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq ona ödənilməlidir. Ümumilikdə cavabdeh ondan hissə-hisə 8372 manat pul götürdüyünü, pulları o bir hissəsini nağd və bir hissəsini cavabdehin anasının və arvadının pul kartına köçürdüyünü, polisdə verdiyi qızılların bir hissəsini qaytardığını, lakin 2 ədəd komplekti (sıqğa,üzük), 2 ədəd tək üzük, bir ədəd arası qızılla mirvari qolbağ və bir ədəd arası qızılla mirvarı boyunbağı qaytarılmadığını, cavabdeh aldığı 8372 manatdan bir manat olsa belə qaytarmadığını, kreditlə alınmış Samsunq telefonu da qaytarmadığını bildirərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək iddiaçının dediklərini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı onun doğma qızıdir, qızını cavabdeh onun etibarından istifadə edərək aldatmışdır və qızından ümumukildə 8372 manat pulunu və qızıl zinnət əşyalarını götürmüşdür. Qızı pulların bir hissəsinə nəğd və bir hissəsini isə onun anasının və arvadının pul kartlarına köçürmüşdür. Bu azmış kimi, cavabdeh qızını aldadıb “Kontakt Home” mağazasından kreditə 792 manat dəyərində olan Samsung markalı telefonda aldırmışdır.Hal hazırda telefonu da, telefonun pulunu da qaytarmır. Bu barədə polisə müraciət etmişlər, lakin Suraxanı rayon polis İdarəsinin İŞ-nin müstəntiqi Araz Məhərrəmov cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir, baxmayaraq cavabdeh qızından aldığı pulları, qızıl zinnət əşyaların aldığını etiraf etmişdir. Polis İdarəsində cavabdeh aldığı pulların 3500 manatını qaytardığını bildirsə də , heç bir manat da belə pul qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərk izahatında bildirmişdir ki, 09.06.2020-ci il tarixdə onun əl telefonuna zəng gəlmiş, açıb cavab verəndə ona demişdir ki, o, Həmyəgülün atası Əlyardır. O, xoş niyyətlə onlara gəlmək istəyir. O, yox demiş, telefonunu söndürmüşdür.10.06.2020 ci il tarixində yenə zəng eləmiş, ona demişdir ki, arvadı sizinlə görüşmək istəyir. Demiş yaxşı, 11.06.2020 ci il tarixində Neftçilər metrosunun yanında 11.00-da görüşək, 11.00-da orda dayanıb gözləmişdir. Telefonuna zəng gəlmiş, o, telefonu açan kimi bir kişi ona yaxınlaşmış, ona demişdir ki, sizi izləyən var, demiş yox. Ona demişdir ki, Rəsulun anasısan? demiş yox, Abbasın anasıdır, oğlu evlidir, iki uşağı var. Söz ağzından çıxan kimi ona hücum etmiş, «ağzını belə edərəm, üzünü belə edərəm, sizi tutub belə edərəm açıq şəkildə (qəhbə, qancıq, lotu bu sözləri ona demişdir). Var-yoxunu belə edərəm, ölü gorunu belə edərəm». Harda görülmüşdür qadına hörmətsizlik edələr. Onu itələmiş, yıxılmış və dizi daşa dəydiyi üçün pis olmuşdur. Demişdir ki, söyüş söymə camaat baxır. Polis çağıracaqdır. Ona demişdir ki, «polisində var-yoxunu belə eləyim sizində». O, istəmiş evə getsin, qarşısını kəsmiş, qoymamış, pis-pis sözlər deyə-deyə qışqırmışdır. Ona demişdir ki, «polisin başçısınında var-yoxunu belə edim sənində». Sonra yaxınlıqda oturacaqda bir oğlan oturmuş, o, istəmiş Əlyara yaxınlaşsın, o qoymamışdır. Oğlan demişdir ki, get prokurorluğa şikayət et, qadına belə hörmətsizlik etməzlər. Əlyar birdən ona hücum edərək, «Kamrana şikayət edəssən o mənim filanımı yeyəcək». Ona dünyada o söz qalmadıki deməsin. Sonra onu lombarda aparmış, qızılını oraya qoymuş və lombartdan çıxarmışdır.Arvadı gəlmiş, o ona heçnə deməmişdir. Sözü o olmuşdur ki, uşaqlar düzgün iş görməmişlər. Sonra kişi ona demişdir ki, «səni taksiyə basıb başına min oyun açacam». O, ağlamış, arvadı demişdir ki, dəymə qoy getsin evinə. Bundan conra ona yenə də hücum etmiş və demişdir ki, get hara şikayət edirsən et o, heç kimdən qorxmur. Sonra ona «filan elə burdan» demişdir. O, avtobus dayanacağına gəlmiş, Əlyarın gəlməsini görmüş və qaçıb 40 nömrəli avtobusa minmişdir. O, evə çatana kimi ona zəng edib nə qədər pispis söyüşlər etmişdir. Evə çatmış, halı pisləşmişdir. Sonra Əlyar onları 33-cü Polis bölməsinə vermiş və onları polisdən çağırmışlar. Hər şeyi polis əməkdaşı Yusif müəllimə danışmışlar. O, onlara niyə onu polisə verməmisiniz demişdir. Polisə getmək istəmədiklərini bildirmişlər. O, Əlyarın qızını heç vaxt görməmiş, telefonla danışmışdır. Polisdə gəlini onun qızılını lombartdan götürmüşdür. 1600 manat pul da vermişlər.Onların ona heç bir borcları yoxdur. Nə borcu var hamısını ödəmişlər. Gəlini qızılı qaytaranda Əlyar, iddiaçı və anası gəlinini döymüşlər. Qollarını cızıq-cızıq etmişlər. Onun oğlu onun qızı ilə sosial şəbəkədə tanış olmuşlar. O, hələ çox sözləri deyə bilmir. Onun ailəsinə onlar o qədər zərər vurmuşlar ki, hələ də özünə gələ bilmir. Əliyarın söyüşləri onun yadına düşəndə özünü pis hiss edir. ***-***-**-**, ***-***-**-** nömrələrindən ona zəng edib qadına yaraşmayan sözlər demiş, söymüşdür. 1200 manat lombartdan nağd götürüb vermişlər, qalan ödənişi Million vasitəsi ilə ödəniş etmişlər. Qızılın hamısını vermişlər. Onun və gəlinin kartlarına müxtəlif vaxtlarda pul vəsaitləri köçürülmüş, həmin vəsaitlər onlar tərəfindən qəbul edilmişdir.Sonda cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07.11.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, torplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İddiaçı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində verdiyi izahatında cavabdehə ümumilikdə 6700 manat pul və 3000 manat dəyərində qızılzinnət əşyaları verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsində verdiyi izahatında iddiaçıdan pul almasını, idiaçıya məxsus olan qızlları lombarda qoymasını, iddiaçının adına telefon götürməsini, iddiaçı tərərfindən onun anasının və həyat yoldaşının kartlarına 3000 manata yaxın pul köçürülməsini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və X5 tərəfindən təqdim olunmuş “Kapitalbank” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, X2 məxsus olan kart hesabına 18.11.2019-cu il tarixdə 51.97 manat, 18.11.2019-cu il tarixdə101.46 manat, 21.11.2019-cu il tarixdə 101.96 manat, 25.11.2019-cu il tarixdə 101.95 manat, 02.12.2019-cu il tarixdə 300.94 manat, 09.12.2019-cu il tarixdə 300.94 manat, 09.12.2019-cu il tarixdə 452.94 manat, 13.12.2019-cu il tarixdə 112.00 manat, 16.12.2019-ğe il tarixdə 100.79 manat,21.01.2020-ci il tarixdə 100.03 manat, 21.01.2020-ci il tarixdə 150.03 manat, 24.01.2020-ci il tarixdə 101.53 manat, 24.01.2020-ci il tarixdə 175.52 manat, 30.01.2020ci il tarixdə 200.77 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən əərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə isə əərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsaən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcələnin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs iülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə isə mülki hüqqu pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tətəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər 2019-cu ilin noyabr ayında tanış olmuş, sonradan cavabdeh iddiaçı ilə ailə qumaq istəməsini bildirmişdir.Tərəflər arsında olan söhbət əsnasında cavabdeh iddiaçıya məxsus olan diplomunu təsdiq etdirə biləcəyini demiş və bunun müabilində 1000 pul lazım olmasını bildirmiş, iddiaçıda öz növbəsində cavabdehə etibar etdiyi üçün 1000 manat pulu ona vermişdir. Cavabdeh daha sonra aldığı yeni evin təmiri üçün 1000 manat pul lazım olmasını bildirərək idiaçıdan 1000 manat pul istəmiş, iddiaçıda həmin pulu cavabdehə vermişdir. Bir müddətdən sonra cavabdeh evin bəzi işlərinin yarımçıq qalmasını və təkrar olaraq pul lazım olmasını bildirsə də, iddiaçı üzərində nəğd pulunun olmamasını demiş, cavabdeh isə ona qızıl-zinnət əşylarını lombarda qoyub pul götürə bilcəyini demiş və bundan sonra iddiaçı özünə məxsus olan iki komplekt və iki tək üzükdən ibarət qızıl zinət əşyalarını cavabdehə vermişdir. Hətta cavabdeh iddiaçı ilə aralarında yaranmış xoş münasibətlərdən istifadə edərək 2020-ci ilin fevral ayında Kontakt Home mağazasından 792 manat dəyərində Samsung A40 markalı mobil telefonu kredit yolu ilə almış və iddiaçının adına rəsmiləşdirmişdir. Bu minvalla Cavabdeh iddiaçıya ümumilikdə 8372 manat maddi zərər vurmuşdur. Sonradan cavabdehin evli olması, ortaya çıxmış, iddiaçı cavabdehlə olan münasibətlərinə son qoyaraq ona verdiyi pulların və qızıl-zinnət əylarını tələb etsə də, cavabdeh bundan imtina etmiş və pulları qaytarmaqdan boyun qaçırmışıdr. Lakin cavabdeh polis şöbəsində verdiyi izahatında idiaçıya məxsus olan qızlları lombarda qoymasını, iddiaçının adına telefon götürməsini, iddiaçı tərərfindən onun anasının və həyat yoldaşının kartlarına 3000 manata yaxın pul köçürülməsini etiraf etmiş, hətta iddiaçıda polis idarəsində təhqiqat aparıldığı zaman verdiyi izahatında cavabdehə ümumilikdə 6700 manat pul və 3000 manat dəyərində qızıl-zinnət əşyaları verdiyini, cavabdehin nümayəndəsi X5 da məhkəmə iclasında verdiyi izahatında onun və gəlinin kartlarına müxtəlif vaxtlarda pul vəsaitləri köçürülmüş, həmin vəsaitlər onlar tərəfindən qəbul edilmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi X5 tərəfindən təqdim olunmuş “Kapitalbank” tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan da məlum olmuşdur ki, X2 məxsus olan kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Cavabdehin nümayəndəsi X5 qəlininin, yəni, Cavabdeh arvadının bank kartının vaxtı qutardığından onun adına olan bank kartından çıxarış almaq mümkün olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi pul vəsaitlərinin tam şəkildə qaytardıqlarını bildirsə də, bununla bağlı məhkəməyə süblarını təqdim edə bilməmişdir. İddiaçı cavabdehdən maddi zərərə görə 8372 manat pulun tutulmasını tələb etsə də, polis idarəsində təhqiqat aparıldığı zaman verdiyi izahatında ümumilikdə 6700 manat pul verməsini bildirmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 6700 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə mənəvi ziyanla bağli qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən bu cür hərəkət iddiaçının mənəvi sarsıntı, iztirab, stres və həyacan keçirməsinə səbəb olmuş, cavabdehin ona yaşatdığı hadisələri unuda bilməməsi, bu günkü gündə də onun normal həyat yaşamasına mane olmaqla davam edir. Cavabdehin bu cür qanunsuz hərəkəti iddiaçının şüurunda mənfi psixi reaksiyaya səbəb olmuş, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli Qərarında göstərilmişdir ki. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya’hın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, mənəvi zərərin əvəzi oaraq 300 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6700 (altı min yeddi yüz) manat maddi ziyan, 300 (üç yüz) manat mənəvi zərər və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-649/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-649/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver