Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-666/2024 04.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277.40 manat pul vəsaitinin tutularaq X1 hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 1 il 10 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrası barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır.xx.xx.2022-ci il tarixində nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji adaptırı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə probasiya şöbəsinə gələrək mobil nəzarət qurğusunu və ona məxsus bir ədəd enerji adaptırının və kaburanı kirayədə yaşadığı evdə itirməsini bildirmişdir. Belə olan halda heysab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusunu və ona məxsus bir ədəd enerji adaptırı və kaburanı itirdiyi üçün maddi ziyan vurmuşdur. Avadanlığın dəyəri isə 2277,40 manat təşkil edir. Sonda iddia ərizəsində 2277,40 manat məbləğində pulun cvabdehdən alınaraq X1 hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş olunumşdur. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1/(060)-241/2022 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dutaqlığında olduğu 3 ay 18 gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 il 10 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. İş materiallarında olan məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241\2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh barəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 1 il, 10 ay, 24 gün azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli azadlığın məhdudlaşdırılıması növündə cəzaya məhkum edilmiş şəxsin gəlib qeyiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. İş materialarında olan İddiaçı azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin tutulacağı Cavabdeh izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdən elektron nəzarət vasitəsinin təhvil götürülməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3-cü maddəsinə əsasən təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 10 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh cəza müddəti başa çatdığı üçün ondan bir ədəd (078CE-21328) elektron qolbaq təhvil götürülmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru (probasiya üzrə) ədliyyə müşaviri Samir Musayevə verdiyi izahatda bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2022 nömrəli, xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 10 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Kirayə yaşadığı evdə mobil qurğunu itmiş, məsuliyyətsizlik edərək icra məmuruna və onun itməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verməmişdir.Ona təkim olunmuş 078CE-21328 nömrəli qolbağı Abşeron Rayon İcra və Probasiya Şöbəsinə təhvil vermiş, qısa zaman ərzində də ona aktla təhvil verilmiş mobil qurğu və ona məxsus sözü gedən əşyaların itməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edəcəyinə söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 1 il 10 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin hökmü ilə onun üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçınə gönldərilmiş və məhkum müvafiq qaydada qeydiyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixində Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 2277.40 maant dəyərində bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji adaptırı təhvil verilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixdə probasiya şöbəsinə gələrək 2277.40 manat dəyərində mobil nəzarət qurğusunu və ona məxsus bir ədəd enerji adaptırı və kaburanı kirayədə yaşadığı evdə itirməsini bildirmişdir. Bununla da cavabdeh tərəfindən 2277,40 manat məbləğində maddi ziyan vurulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq X1 (Kod:210005, VÖEN: ********** müxbir hesabı: AZ41NABZ******************** S.W.İ.F.T:CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************; VÖEN:**********: Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu 7) hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277.40 manat məbləğində pul alınaraq X1 (Kod:210005, VÖEN: ********** müxbir hesabı: AZ41NABZ******************** S.W.İ.F.T:CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************; VÖEN:**********: Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu 7) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-666/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-666/2024
04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver