Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-676/2021 16.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Salahova Şahnaz Səməd qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 22.09.2019-cu il tarixli müqaviləyə əsasən, LG markalı Paltaryuyan üçün 803 manat ödənilməmiş hissə, 240 manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən, HOFFMANN markalı Soyuducu və Soba üçün 775 manat ödənilməmiş hissə, 235 manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən, Alyans-Paris çarpayi, dolab, termo, tumba və matras üçün 1806 manat ödənilməmiş hissə, 558 manat dəbbə borcu olmaqla, 4417 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.09.2019-cu il, 20.01.2019-cu il və 20.01.2019-cu il tarixli müqavilələrə əsasən, LG markalı Paltaryuyan, HOFFMANN markalı Soyuducu və Soba, Alyans-Paris çarpayı, dolab, termo, tumba, matras almış və nəticədə 4417 (dörd min dörd yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısalqı qiyməti 1332 (min üç yüz otuz iki) manat (18 ay x 73 manat + 18 manat ilkin ödəniş) olan LG markalı Paltaryuyan üçün ümumilikdə, 1043 (min qırx üç) manat olmaqla ondan, 803 (səkkiz yüz üç) manat ödənilməmiş hissə, 240 (iki yüz qırx) manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2358 (iki min üç yüz əlli səkkiz) manat (18 ay x 131 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN markalı Soyuducu və Soba üçün ümumilikdə, 1010 (min on) manat olmaqla ondan, 775 (yeddi yüz yetmiş beş) manat ödənilməmiş hissə, 235 (iki yüz otuz beş) manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3192 (üç min yüz doxsan iki) manat (24 ay x 133 manat + 0 manat ilkin ödəniş) olan Alyans- Paris çarpayı, dolab, termo, tumba və matras üçün ümumilikdə 2364 (iki min üç yüz altmış dörd) manat olmaqla ondan, 1806 (min səkkiz yüz altı) manat ödənilməmiş hissə, 558 (beş yüz əlli səkkiz) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3498 manat təşkil edir.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddanın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, "Kontakt home" sirkətinin daimi və hər zaman vaxtından əvvəl ödənişləri icra eden müştərilərindəndir. 2019-cu ilde mağazadan soyuducu, aspirator, qaz plitesi ve yataq dəstini kredit yolu ile əldə etmişdir. Aldıqdan 6 ay sonra qaz ve yataq dəsti cox az zaman kecmesinə baxmayaraq xarab ollmuşdur. Qaz plitəsi 3 defe təmir edilməsinə baxmayaraq yenedə yararsız vəziyyətdədir. Bas ofisə muraciət etdikdə onlara, 4-cü dəfə xarab olarsa onlar xarab məhsulu yenisi ilə əvəz edəcəklərini bildirmişlər. Bu təhlükəli və insan heyatları ilə oynamaq deməkdir ki, buna da hec kimin haqqı yoxdur. Yataq dəsti isə iki dəfə usta gelsə də yenədə yararsız vəziyyətdədir. İddiaciya ödəniş etmməəmsinin səbəbi isə qeyd etdiyi xüsusatlarla bağlıdır. İddiaçı təşkilata dəfələrlə mebelin və qazın dəyişməsini təklif etmiş və bundan sonra ödənişləri davam etdirməsini bildirmişdir. Lakin iddiaçı təklifini qəbul etmədiyi üçün ödənişi dayandırmışdır.Sonda cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.09.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1332 manat olan LG markalı Paltaryuyanı, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2358 manat olan Hoffman markalı soyducu və sobanı, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3192 manat olan Alyans-Paris çarpayı, dolab, termo, tumba və matrası cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə 22.09.2019-cu il tarixli müqavilə üzrə 18 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 73 manat olmaqla 18 ay müddətinə, 20.01.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsimz, hər ayın ödəniş haqqı 131 manat olmaqla, 18 ay müddətinə, 20.01.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz hər ayın ödəniş haqqı 133 manat olmaqla, 24 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə 22.09.2019-cu il, 20.01.2019-cu il və 20.01.2019-cu il tarixli müqavilələrə əsasən, cəmi ödədiyi məbləğ 3498 manat təşkil edir.Onun 22.09.2019-cu il tarixli müqavilə üzrə 803 manat ödənilməmiş hissə, 240 manat dəbbə, 20.01.2019-cu il tarixli imüqavilə üzrə 775 manat ödənilməmiş hissə, 235 manat dəbbə, 20.01.2019-cu il tarixli müqavilə üzrə 1806 manat ödənilməmiş hissə, 558 manat dəbbə borcu olmaqla, cəmi 4417 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı MMC tərəfindən irəli sürülən 22.09.2019-cu il tarixli müqaviləyə əsasən 240 manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 235 manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 558 manat dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş tələb üzrə tələb etdiyi 22.09.2019-cu il tarixli müqaviləyə əsasən 240 manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 235 manat dəbbə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 558 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 22.09.2019-cu il tarixli müqaviləyə əsasən 240 manat dəbbə pulu azaldılaraq 40 manat, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 235 manat dəbbə pulu azaldılaraq 30 manat, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 558 manat dəbbə pulu azaldılıraq 100 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 22.09.2019-cu il tarixli müqavilə üzrə 803 manat ödənilməmiş hissə, 40 manat dəbbə, 20.01.2019-cu il tarixli müqavilə üzrə 775 manat ödənilməmiş hissə, 30 manat dəbbə, 20.01.2019-cu il tarixli müqavilə üzrə 1806 manat ödənilməmiş hissə, 100 manat dəbbə borcu olmaqla, cəmi 3554 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 22.09.2019-cu il tarixli müqavilə üzrə 803 manat ödənilməmiş hissə, 40 manat dəbbə, 20.01.2019-cu il tarixli müqavilə üzrə 775 manat ödənilməmiş hissə, 30 manat dəbbə, 20.01.2019-cu il tarixli müqavilə üzrə 1806 manat ödənilməmiş hissə, 100 manat dəbbə borcu olmaqla, cəmi 3554 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-676/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-676/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver