Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-7/2022 24.02.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanını ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tutmanını ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 8794,13 ABŞ dolları məbləğində kredit borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16 v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsinin açıq hərracdan satılması, 8794 (səkkiz min yeddi yüz doxsan dörd) ABŞ Dolları 13 (on üç) sent məbləğində borcun vs məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması; Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 13.03.2008-ci il tarixli 02L000001846 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 23.10.2009-cu il tarixli 1846 saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 120 ay müddətində, kredit xəttinin məbləği 100.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 03.03.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 03.06.2015-ci il tarixli 002R**********S saylı, 04.02.2016-cı il tarixli 002R**********SA saylı, 11.03.2016-cı il tarixli 002R**********SB saylı, 01.12.2016-cı il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.07.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6205.87 ABŞ dolları ödəmiş, onun 8794.13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 23.10.2009-cu il tarixli 02M000000778 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 35 saylı notariat kontorunun dövlət notariusu M.P.Hadıyev tərəfindən təsdiq edilib) əsasında Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 82 №-li reyestr kitabının 7454 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Bakı şəhəri; Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC cavabdeh - ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 12.06.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 18.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Sonda iddiaçının nümayəndəsi qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlərdən Cavabdeh1 onun həyat yoldaşı olmuşdur. Belə ki, onların ailə münasibətləri alınmadığı üçün onlar boşanmış və artıq bir yerdə yaşamırlar. Birgə nikahan onların iki uşaqları var. O, uşaqları ilə birlikdə mübahisəli evdə yaşayırlar. Hazırda yaşadıqları ev Cavabdeh1 adındadır. Natiq 2008-ci ildə bankdan 100.000 ABŞ dolları məbləğində kredit götürmüş və kreditin təminatı kimi hazırda yaşadıqları ev bank qarşısında ipoteka ilə yüklü edilmişdir. O, 2008-ci ildə evin banka ipotekaya qoyulmasına razılıq vermiş və bununla bağlı ərizəyə imza etmişdir. 2009-cu ildə isə o heç sənədə bir imza etməmiş, kimsə onun əvəzində imza etmişdir. Həmin imza onun imzası deyil, saxta imzadır. Belə ki, həmin müddət ərzində Natiqlə aralarında söz-söhbətlər olduğu üçün o, evdən çıxıb getmiş, evə qayıdanda isə qardaşının yoldaşı ona bankdan gəldiklərini, evə baxdıqlarını və sənədə onun əvəzindən imza etməsini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə əsas borclu odur. Belə ki, bankdan 15000 ABŞ dolları pul götürmüşdür. Təxminən yarısını ödəmişdir. O, əvvəllərdə bankdan pul götürmüş və ödəmişdir. Lakin dolların devalvasiyasından sonra ödəniş etməyə maddi imkanı olmamışdır. Qiymətləndirmə barəsində isə məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul edərək izahatında bildirmişdir ki, onlar əvvəldə bankdan kredit götürüb ödəmişlər. Həmin evdə atası, anası və 7 nəfər şəxs yaşayır. Evini qiymətləndirməsi ilə razı deyillər. Onun fikirincə evin qiyməti daha çox olmalıdır. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında 13.03.2008-ci il tarixli 02L000001846 saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 23.10.2009-cu il tarixli 1846 saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 120 ay müddətində, kredit xəttinin məbləği 100.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı 03.03.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları 03.06.2015-ci il tarixli 002R**********S saylı, 04.02.2016-cı il tarixli 002R**********SA saylı, 11.03.2016-cı il tarixli 002R**********SB saylı, 01.12.2016-cı il tarixli 002R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" QSC ilə digər cavabdeh X7 arasında kreditin təminatı kimi 13.03.2008-ci il tarixli 02S000001962 saylı zaminlik müqaviləsi bağlanmış və 23.10.2009cu il tarixli 1961 saylı sazişlə zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. İş materiallarında olan kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış 23.10.2009-cu il tarixli 02M000000778 saylı ipoteka müqaviləsi bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 161.5 kv.metr yaşayış, 263.1 kv.metr köməkçi sahədən ibarət 16v nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus 2 otaqlı y/s-33.91 kv.metr sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 16v/fərdi yaşayış evi (2 ot.ygs-33.91 km.m) 120 ay müddətinə bank qarşısında ipoteka ilə yüklü ediləərk daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyest kitabının 7454 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 2 ot.y/s-33.91 kv.m, X8 6 ot.y\s-127.5 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 7454 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Allahverdiyeva (Babayeva) Səbinə Əlizamin qızının 25 saylı Dövlət Notariat Kontoruna ünvanladığı ərzənin surətindən görünür ki, o, həyat yoldaşı Cavabdeh1 məxsus olan və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin "xxxx" QSC-nə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş bildirişin surətindən görünür ki, bank tərəfinən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh1 bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətin Bakı şəhər Ərazi İdarəsinin 23.06.2020ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi, 16v ünvanında yerləşən fərdi yaşayış sahəsinə tutmanının yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabehin banka 8794.13 ABŞ dolları borcu vardır. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-29/2021 saylı 28.01.2021-ci il tarixli qərardadına əsasən «LEX FORİ» hüquq və qiymətləndirmə şirkəti tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli 05 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, X4 məxsus ünvan 2 ünvanında yerləşən fərdi-yaşayış evinin 05 mart 2021-ci il tarixinə bazar dəyəri 24.000 manat, likvid dəyəri isə 22.000 manat təşkil etmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-29/2021 saylı 25.10.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli 4/1628 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh3 Əlizamin qızının adından olan 23.10.2009-cu il tarixli ərizədə “İmza” qrafasındakı imza-Cavabdeh3 Əlizamin qızı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəllənin 741-ci maddəsinə əsasən «Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir». Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Məhkəmə iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən girov ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 296.1-ci maddəsinə görə isə girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 317-ci maddəsinə əsasən «Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414–416-cı maddələrinə uyğun olaraq həyata keçirilir». Beləliklə, iddiaçı MM-nin yuxarıda qeyd olunan, habelə 319, 414 – 416-cı maddələrində əsasən cavabdehin ipoteka predmeti olan əmlakının açıq hərracdan satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə isə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə isə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə həmin tələblə bağlı qeyd edir ki,cavabdeh X2 notariat qaydasında təsdiq edilmiş Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 16v nömrəli fərdi yayayış evin ipotekaya qoyulmasına razı olduğu və həmin evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürdüyündən iddiaçının iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 8794.13 ABŞ dolları məbləğində pul iddiaçı "xxxx" X11 xeyrinə tutulmalı; tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən tutma ipoteka predmetinə yönəldilərək, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evi açıq hərrcada satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılmalı və satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənilməli, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlak boşaldılmalı və alıcıya təhvil verilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat, 20 manat xidmət haqqı ödənilmişdir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün 10 manat, 20 manat isə xidmət haqqı və 127 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8794.13 ABŞ dolları məbləğində pul, 60 manat ödənilmiş dövlət rüsumu və 127 manat ekspertiza xərci iddiaçı "xxxx" X11 xeyrinə tutulsun. Tutma ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evi açıq hərracda bazar qiyməti 24000 manat və 22000 manat likvid qiyməti ilə qiymətləndirilməklə satılsın və satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcu ödənilsin. İddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev (12 Xrebtovı) küçəsində istifadədə olan 0.03283 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı 161.5 kv.m yaşayış, 263.1 kv.m köməkçi sahədən ibarət 16v nömrəli fərdi yayayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra əmlak boşaldılsın və alıcıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-7/2022
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-7/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver