Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-701/2021 18.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 25.03.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********07429 olan X6 8 markalı telefon üçün 211.6 manat ödənilməmiş hissə, 52.5 manat dəbbə, 26.07.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN kondisioner üçün 1483.2 manat ödənilməmiş hissə, 219.6 manat dəbbə, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********13689 olan X6 8 markalı telefon, Braun markalı blender, Redmond markalı çaynik və GORENJE markalı qəhvəüyüdən üçün 799.50 manat ödənilməmiş hissə, 195 manat dəbbə pulu olmaqla, cəmi 2961.40 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 25.03.2020, 26.07.2020 və 24.05.2020-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********07429 olan X6 8 markalı telefon, HOFFMANN markalı kondisioner, İMEİ Kodu **********13689 olan X6 8 markalı telefon, Braun markalı blender, Redmond markalı çaynik və GORENJE markalı qəhvəüyüdən almış və nəticədə 2961.40 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.03.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 600.10 manat (17 ay x 35.3 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********07429 olan X6 8 markalı telefon üçün ümumilikdə 264.10 manat olmaqla ondan, 211.60 manat ödənilməmiş hissə, 52.50 manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1483.20 manat (24 ay x 61.8 manat + 0 manat ilkin ödəniş) HOFFMANN kondisioner üçün ümumilikdə, 1702.80 manat olmaqla, ondan 1483.20 manat ödənilməmiş hissə, 219.60 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 922 manat (18 ay x 50 manat + 22 manat ilkin ödəniş) İMEİ Kodu **********13689 olan X6 8 markalı telefon, Braun markalı blender, Redmond markalı çaynik və GORENJE markalı qəhvəüyüdən üçün ümumilikdə 994.50 manat olmaqla ondan 799.50 manat ödənilməmiş hissə, 195 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 511 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddanın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 600.10 manat olan X6 8 markalı telefonu, 26.07.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti1483.20 manat olan HOFFMANN kondisioneri, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 922 manat olan X6 8 markalı telefon, Braun markalı blender, Redmond markalı çaynik və GORENJE markalı qəhvəüyüdəni cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə 25.03.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz hər ayın ödəniş haqqı 35.30 manat olmaqla 17 ay müddətinə, 26.07.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 61.80 manat olmaqla 24 ay müddətinə, 24.05.2020-ci il tarixli müqavilə üzrə 22 manat ilkin ödənişli, hər ayın ödəniş ödəniş haqqı 50 manat olmaqla, 18 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə 25.03.2020, 26.07.2020 və 24.05.2020-cu il tarixli müqavilələr üzrə ödənilməli olan məbləğdən cəmi 511 manat ödəniş etmiş, onun 25.03.2020-ci il tarixli müqavilə üzrə 211.60 manat ödənilməmiş hissə, 52.50 manat dəbbə, 26.07.2020-ci il tarixli müqavilə üzrə 1483.20 manat ödənilməmiş hissə, 219.60 manat dəbbə, 24.05.2020-ci il tarixli müqavilə üzrə 799.50 manat ödənilməmiş hissə, 195 manat dəbbə borcu olmaqla, cəmi 2961.40 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı MMC tərəfindən irəli sürülən 25.03.2020-ci il tarixli müqaviləyə əsasən 52.50 manat dəbbə, 26.07.2020-ci il tarixli müqaviləyə əsasən 219.60 manat dəbbə, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən 195 manat dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş tələb üzrə tələb etdiyi 25.03.2020-ci il tarixli müqaviləyə əsasən 52.50 manat dəbbə, 26.07.2020-ci il tarixli müqaviləyə əsasən 219.60 manat dəbbə, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən 195 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 25.03.2020-ci il tarixli müqaviləyə əsasən 52.50 manat dəbbə pulu azaldılaraq 30 manat, 26.072020-ci il tarixli müqaviləyə əsasən 219.60 manat dəbbə pulu azaldılaraq 100 manat, 24.05.2020-ci il tarixli müqaviləyə əsasən 195 manat dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 25.03.2020-ci il tarixli müqavilə üzrə 211.60 manat ödənilməmiş hissə, 30 manat dəbbə, 26.07.2020-ci il tarixli müqavilə üzrə 1483.20 manat ödənilməmiş hissə,100 manat dəbbə, 24.05.2020-ci il tarixli müqavilə üzrə 799.50 manat ödənilməmiş hissə, 50 manat dəbbə borcu olimaqla, cəmi 2674,30 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 25.03.2020-ci il tarixli müqavilə üzrə 211.60 manat ödənilməmiş hissə, 30 manat dəbbə, 26.07.2020-ci il tarixli müqavilə üzrə 1483.20 manat ödənilməmiş hissə,100 manat dəbbə, 24.05.2020-ci il tarixli müqavilə üzrə 799.50 manat ödənilməmiş hissə, 50 manat dəbbə borcu olimaqla, cəmi 2674,30 (iki mirn altı yüz yetmiş dörd manat, otuz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-701/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-701/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver