Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-75/2023 11.04.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 580000 rubl, 290000 rubl (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq), Cavabdeh1 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı4 ödənilməsi, cavabdehlər Cavabdeh2 5000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq), Cavabdeh1 5000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı6 ödənilməsi, Cavabdeh1 2500 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh1 5000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh1 3700 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı5 ödənilməsi, Cavabdeh1 5000 ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq) tutularaq İddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə 2017-ci ildə tanış olmuşdur. Bundan sonra səmimi münasibətləri yaranmış, hətta ailəvi gediş-gəlişləri olmuşdur. Bu müddət ərzində Cavabdeh1 İddiaçı1 daşınmaz əmlak almaqla bağlı müəyyən təkliflər vermiş, hətta bəzi evlərin şəkillərini də göndərmişdir. Bundan sonra İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif dövrlərdə pul məbləği göndərmişlər. Göndərilmiş pul məbləğləri pul köçürmə sistemləri vsaitəsilə olmuşdur. Köçürülən pul vəsaitlərinə alınmalı olan daşınmaz əmlaklar barədə Cavabdeh1 ilə dəfələrlə əlaqə saxlamasına baxmayaraq nəticəsi olmamışdır. Nəticədə göndərilən vəsait hesabına heç bir daşınmaz əmlak əldə edilməmişdir. İddiaçı4 tərəfindən Cavabdeh2 580000 rubl, 290000 rubl, Cavabdeh1 isə 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı6 tərəfindən Cavabdeh2 5000 ABŞ dolları, Cavabdeh1 da 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı1 tərəfindən Cavabdeh1 2500 ABŞ dolları göndərilmişdir. İddiaçı2 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı5 tərəfindən Cavabdeh1 3700 ABŞ dolları göndərilmişdir. İddiaçı3 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 və digərləri pul tələbinə dair iddia ərizəsi ilə ona və qardaşı Cavabdeh2 qarşı Zəngilan Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində İddiaçı1 və digərləri cavabdeh olaraq ondan və qardaşı Cavabdeh2 daşınmaz əmlak alma ilə bağlı müxtəlif dövrlərdə yaşadıqları Rusiya Federasiyasından pul köçürmə vasitə ilə göndərilən pul məbləğlərinin qətnamə əsasında tutularaq onlara ödənilməsi xahiş olunmuşdur. İddia ərizəsində İddiaçı1 ilə onun arasında daşınmaz əmlak alınması ilə bağlı təkliflərdən və razılaşmadan bəhs olunmuş, nəticədə göndərilən pul hesabına heç bir daşınmaz əmlak əldə olunmadığı göstərilmişdir. İddia ərizəsində AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə istinad olunaraq öhdəlik hüququndan bəhs olunmuş, həmin Məcəllənin 21.2-ci maddəsinə istinad olunaraq zərər məsələsinə toxunulmuşdur. İddia ərizəsində qeyd olunan şəxslərdən yalnız İddiaçı1 tanıyır, həmin şəxslə özünün də iddia ərizəsində göstərdiyi kimi 2017-ci ildən etibarən tanımış, sonradan münasibətləri daha da genişlənmişdir. Məhz İddiaçı1 şərikli yeri almaq, şərikli biznes qurmaq təklifinə (avtoservis xidməti göstərən obyekti tikmək və s) əsasən o, Bakı şəhəri və Abşeron rayonu ərazisində müvafiq yerlər əldə olunması ilə məşğul olmuş və iddiaçı respublikadan kənarda olduğundan əldə olunacaq əmlakların onun atası X3 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçının atası X14 rayonu 2-ci Nügədi kəndində yaşamaqla qeydiyyatdadır.xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən o, hədiyyə verən qismində, iddiaçının atası hədiyyə alan qismində iştirak edərək notarial qaydada təsdiq olunmuş müqaviləyə görə Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını istifadəsində olan hissəsindən göstərilən hissəni hədiyyə alanın mülkiyyətinə vermişdir. Razılaşmaya əsasən İddiaçı1 həmin torpağın dəyərinin yarısını 60.000 manatı hissə-hissə olaraq ona göndərməli idi, belə ki, həmin pulu əvvəlcədən birdəfəlik verməyə maddi imkanı yox idi. Bundan əlavə, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfində 0,04 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti məqsədi ilə iddiaçının atası X3 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsinə dair Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamın alınmasını təşkil etmişdir. Həmin sərəncam əsasında iddiaçının atası Şahid Qayıbovun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət sənədləri rəsmiləşdirilmişdir. Razılaşmaya əsasən sözügedən torpaq sahəsində şərikli olaraq bizneslə məşğul olmalı idilər. Qeyd olunan torpaq sahələrinə dair müvafiq sənədləri məhkəməyə təqdim edərək bildirir ki, məhz həmin torpaq sahələrinin alınması, əldə olunması məqsədi ilə RF-da yaşayan İddiaçı1 tərəfindən göstəriln pul məbləğləri onun və qardaşı Cavabdeh2 adına köçürülmüşdür. Xüsusilə qeyd edir ki, iş üzrə cavabdeh qismində qoyulan qardaşı Cavabdeh2 İddiaçı1la yuxarıda qeyd olunanlar barədə heç bir razılaşması və ya danışıqları olmamış, bundan əlavə, nə o, nə də qardaşı digər iddiaçıları tanımırlar, o, özü yalnız İddiaçı1la danışaraq yuxarıda göstərilən məsələləri razılaşdırmış, digər iddiaçıları tanımamaqla yanaşı, onlar qarşısında hər hansı bir öhdəliklərinin olmasından söhbət belə gedə bilməz. İddia ərizəsində AR Mülki Məcəlləsinin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Aralarında belə bir müqavilə mövcud deyildir, lakin işin faktiki hallarından o, bəhs etmişdir. AR MPM-nin 152-ci maddəsində iddia ərizəsinin qaytarılmasından bəhs olunur və göstərilir ki, aşağıdakı əsaslar mövcud olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə tərtib olunduqda, bir və bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə və sairə. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının tələbləri, o, cümlədən bir neçə cavabdehə verildikdə iddiasının onlardan hər birinə qarşı yönələn tələbləri, həmçinin bu tələblərin əsaslandırıldığı hallar göstərilmədikdə iddia ərizəsi geri qaytarılır. Cavabdeh qismində iddia ərizəsində göstərilən qardaşı Cavabdeh2 faktiki hallara heç bir aidiyyəti olmadığı ilə yanaşı, iddia ərizəsində İddiaçı1 ilə onun arasında daşınmaz əmlakla bağlı təkliflərdən bəhs olunmuşdur. Odur ki, iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində cəlb olunmasına dair heç bir əsaslandırma mövcud deyildir. Bundan başqa iddia ərizəsində bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan tələb birləşdirildikdə AR MPM-nin 152.1.7-ci maddəsi tətbiq olunur. AR MPM-nin 154-cü maddəsində iddia ərizəsinə etiraz etmədən bəhs edilir və göstərilir ki, işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Yuxarıda göstərilənləri və AR MPM-nin tələblərini nəzərə alaraq, etirazını qəbul edərək iddiaçının pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması haqqında məsələyə baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçıların Cavabdeh1lə münasibətləri olmuşdur. Onların arasında yaxın münasibətlər yarandıqdan sonra İntiqam Ceyhuna bildirmişdir ki, burda iş qurmaq üçün müəyyən daşınmaz əmlaklar alıb bizneslə məşğul olmaq olar və bunlar arasında şifahi razılaşma olmuşdur. İddiaçı1 digər ailə üzvləri Cavabdeh1 və qardaşı Cavabdeh2 müxtəlif məbləğlərdə pullar göndərmişlər. Bir adamın adına tam məbləği göndərmək mümkün olmadığı üçün Ceyhun və digər ailə üzvlərinin adına göndərişlər etmişlər. Bu məbləğlər İntiqam tərəfindən alınmışdır. Daha sonra aralarındakı anlaşmada cavabdehlər tərəfindən verilən söz yerinə yetirilməmiş, dedikləri formada iş qurulmamış və sonradan İntiqamdan öz pulunu istəyəndə İntiqamda pul yoxdur demişdir. İintiqam pulu qaytarmaqdan imtina etmişdir. Onun üçün də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daşınmaz əmlak alıb avto-servis qurmaq istəmişlər. İddiaçı Rusiyada ailəsi ilə yaşayır. İntiqam Ceyhuna Bakıda biznes quraq demiş, Ceyhunda pul göndərmiş, lakin sonradan İntiqam pul yoxdur demişdir. Nə biznes qurulmuş, nədə pul qaytarılmışdır. Ceyhun 2017-ci ildən İntiqama pulları göndərməyə başlamışdır. Ceyhunla İntiqam arasında şifahi saziş olmuş, çünki aralarında inam-etibar olduğu üçün notariata ehtiyac olmamışdır. Ceyhun ilə İntiqam biznesi Bakı şəhərində qurmalı idilər. Ceyhunla İntiqam arasına ailəvi gediş-gəliş olmuş, əsas iş münasibəti Ceyhunla İntiqam arasında olmuş, digər cavabdehlərlə İntiqam arasında hər-hansı şifahi razılaşma olmamışdır. Hamısı bir ailədir və pul Ceyhuna ailə vəsaiti hesabına göndərilmişdir. Tərəflər çıxış edir ki, bəs onlar pulun məbləğini dəqiq bilmirlər. Tərəflərin özlərinində dediyi kimi pul göndərilmiş, sübut edə bilərlər. Onların dedikləri borc məsələsi cavabdehlə ümumiyyətlə olmamışdır. Həmkarı Kərim müəllimin dediyi başqa məsələdir, torpaq almalı və iş qurmalı idilər, sonra deyir ki, borcu qalmış, sözləri üst-üstə düşmür. İddia müddətinə münasibət orda hər-hansı bir müqavilə öhdəliyi olmamışdır ki, müqavilənin bitmə müddəti olsun, müddətdə 3 ili keçib deyə onlar onu tələb etməsinlər. Ortalıqda faktiki olaraq lazım olan işi görmək üçün pullar göndərilmiş, lakin işdə görülməmişdir. Torpaq alınmalı idi, müvafiq lisenziyalar olmuş, qeyri-yaşayış sahəsi tikib icarəyə verilməli idi. Ceyhun İntiqama demişdir ki, yol kənarında torpaq götürmək, yaşayış obyekti tikmək, dükanlar açaq kimi aralarında belə razılaşma olmuşdur. Ceyhun halhazırda bildirir ki, torpağını götürsün pulunu qaytarsın. Ceyhun 100.000 manata yaxın pul göndərmiş, heç bir işdə görülməmişdir. Cavabdehin dediyi kimi iş görülmədiyi üçün Ceyhunda öz pulunu istəyir. Göndərilən məbləğlər qəbzlərdədir. Onu məzənnəyə uyğun yazmışdır. Cavabdeh nə qədər demişsə, iddiaçıda o qədər pul göndərmişdir. Dəqiq məbləğini isə bilmir. Tərəflərin göstərdiyi sərəncam bu məsələyə dəlalət etmir. O, hesab edir ki, sübutlar təqdim edilmiş və tərəflər pulu almasını etiraf edirlər. Sonda iddiaçılarının nümayəndəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını və cavabdehdən tutulan məbləğin iddiaçıya ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İntiqamla Ceyhun ailəvi dost olmuşlar. Yaxın dost olduqları üçün gediş-gəlişləri olmuşdur. İntqam Azərbaycanda bizneslə məşğul olmağı təklif etmişdir. İntiqamın özünündə əmlakları olmuş, sadəcə olaraq pulu almadan Ceyhunun atasının adına keçirmişdir. Ceyhunun İntiqama borcu olmuşdur. Borcu borcla əvəzləmək istəmişlər. Əslində iddiaçının cavabdehə borcu var, məbləğ tam ödənilməmişdir. Ceyhunla İntiqam arasında son vaxtlar söz-söhbət olmuş, İntiqamın pulu istəməsini biləndə Ceyhun onu düşmən mövqeyinə götürmüşdür. X9 göndərdiyi pul borcu olan pullardır. İntiqamla digər iddiaçılar arasında heç bir biznes olmamışdır. Onların sübutu odur ki, pulu almadan torpaqla bağlı sənədləşmə olmuş, müqavilə bağlanmışdır. Həmin yerdə təmir işləri görülmüş, pulunu İntiqam vermiş, sonradan Ceyhun Rusiyadan ona pulu göndərmişdir. İş-biznes söhbəti alınmamış, İntiqam dəniz kənarında bir neçə yerə baxmış, lakin baha olduğu üçün alınmamışdır. İntiqam sırf onunla iş görmək istəməmişdir, dost kimi Ceyhuna harda obyekt var deyə yer baxışmışdır. Əllərində tutarlı səbəb var ki, İntiqam torpağı Ceyhunun atasına bağışlamışdır. İntiqam Rusiya Federasiyasında olanda Ceyhunun başqa şəxslərə borcu olmasının şahidi olmşdur. İntiqam elə o zamandan başa düşmüşdür ki, iddiaçı hamıdan pul alıb qaytarmamış, onun da pulunu verməyəcəkdir. Əsas söhbətdə burdan qaynaqlanmışdır. Cavabdeh pulunu tələb etmiş, sonradan görmüşdür ki, iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Onlar nə qədər borc qalmasını dəqiq bilmirlər, amma borcun çox hissəsi qaytarılmamışdır. Təmiri İntiqam elətdirmiş, puluda Ceyhun hissə-hissə ödəmişdir. İntiqam məhkəmədə iddia qaldırmaq istəmiş, anası cavabdehə iddiaçının Qubada evində olmaları, ayıbdır deyə müdaxilə etmiş, anası dostluqlarına keçməsini demişdir. 7 nəfərin göndərdiyi pullar eyni əsasla göndərilən puldur. Ordan bir adamın adına çox pul göndəriləndə araşdırma aparılır deyə iddiaçıda öz qohumlarının adı ilə göndərmişdir. Qanuna əsasən pul tələbi ilə bağlı iddia müddətini keçirmişlər. Kolleqa deyir ki, tərəfləri tanıyırlar, pul göndərilmiş, əssasız varlanma olmuş, ordan pul gələndə kod gəlir, cavabdeh kodu bilməsə bankdan necə pul götürmək olar. İddiaçının cavabdehə borcu olduğu üçün pul göndərmişdir. 2017-ci ildən göndərilən pullardır və pul tələbi ilə bağlı iddia müddəti keçmişdir. Sonda cavabdehlərin nümayəndəsi (vəkili) məhkəmədən iddia müddətini tətbiq etməklə iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Ceyhunla İntiqam arasında olan münasibətlər 2017-ci ildən formalaşmışdır. Ailəvi get-gəlləri olmuşdur. Aralarında Azərbaycanda yer götürüb şərikli biznes fəaliyyəti ilə məşğul olmaları barədə şifahi razlaşmaya gəlmişlər. İddiaçı Ceyhunun xahişini cavabdeh İntiqam nəzərə alaraq razılaşmışlar. Aralarında şifahi razılaşmaya əsasən iki obyekt əldə olunmuş, təbii ki, onun dəyəri barədə də iddiaçı məlumatlandırılmış və iddiaçının vəsaiti olmadığına görə əlavə razılaşma olmuşdur ki, bütün vəsaiti cavabdeh çəkir, ordan öz payına düşən hissəsini borc şəklində də deyə bilərlər ki, iddiaçı hissə-hissə göndərməli idi. İddiaçı öz payına düşən vəsaiti hissə-hissə göndərmişdir. İntiqam öz adına olan 17 sot torpaq sahəsinə dair uzun müddətli icarə müqaviləsini notarial qaydada Ceyhunun atasına bağışlamışdır. Rusiyada olarkən Ceyhun ilə İntiqam sənədləşmənin Ceyhunun atasının adına keçirməyə razılaşmışlar. İkinci 4 sot torpaq sahəsi Sabunçuda yolun kənarında olan torpaq sahəsidir. Yenə həmin torpaq sahəsinin sənədləşməsi ilə İntiqam məşğul olmuş, İcra Hakimiyyətindən sərəncam almış, nəticə etibarı ilə onlar bilirlər ki, mülkiyyət hüququ iddiaçının atasının adına sənədləşdirilmişdir.Təbii ki, bu torpaq sahələri havayı başa gəlməmişdir. Razılaşmaları belə olmuşdur ki, Ceyhun Rusiyadan payına düşən hissəsini hissə-hissə onlara göndərəcəkdir. Həmən pullar hissə-hissə göndərilən pullardır. İki torpaq sahəsinə görə ödənilən pullardır. Vəsait Rusiya Federasiyasından göndərilmiş və göndərmələr 5-6 adamın adı ilə olmuşdur. Sonradan onların prosesə iddiaçı kimi qoşulmasını MPM-nin tələblərinə zidd hesab edir. Qalan iddiaçılarla heç bir öhdəlikləri yoxdur. İntiqamın qardaşının cavabdeh qismində qoyulması düzgün deyildir. Pul göndərilməsində müəyyən qisim İntiqamın, müəyyən qisim isə Akifin adına göndərilmişdir. Nəticə etibarı ilə onlar üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmişlər. Notarial qaydada 17 sot torpağa bağışlanma etmişlər, sadəcə olaraq bunlar arasında məbləğlə bağlı mübahisələr yaranmış və buda gəlib məhkəmə müstəvisinə çatmışdır. 3 illik iddia müddəti keçmişdir. Onlar pul aldıqlarını inkar etmirlər. İddiaçı banklardan təsdiqedici arayış təqdim etməlidir, bu günkü günə kimi o məsələlərin heç biri baş verməmişdir. Qarşı tərəfin sürdüyü fikir ilə razılaşma ehtimalı yoxdur. İddiaçının qarşısında öhdəlikləri ola bilməz. İddiaçı öz payına düşən vəsaiti hissə-hissə göndərmişdir. İddiaçı tərəfin təqdim etdikləri qəbzlərin ksero surətləri MPM-də yazılı sübutlardan bəhs edən maddi tələblərinə əsasən məhkəmə tərəfindən sübut kimi qəbul oluna bilməz. Qəbzlərin həqiqiliyini müəyyən etmək çox çətindir. Ksero surətdir, məbləğlərlə bağlı dəyişikliklər ola bilər. Onlar qəbul edirlər ki, belə bir proses olmuş, amma burda olan məbləğləri qəbul etmirlər. Qəbzin əsli olmalıdır, ən azından bankın verdiyi arayışda təsdiqini tapmalıdır. İddiaçı cavabdehlə şərikli bir yerdə işlətmək üçün torpaq almışlar. Tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı Rusiya Federasiyasında olduğuna görə sənədlər Quba rayonunda yaşayan iddiaçının yaşlı atası X4 adına sənədləşdirilmişdir. Onlar öhdəliklərinə düşəni yerinə yetirmişlər. Bağışlayan, hədiyyə verən cavabdehdir, alan tərəf isə iddiaçının atasıdır. 17 sot torpaq sahəsindən istifadə olmuş, uzun müddətli icarə hüquqları vermişlər, yəni orda istənilən obyektdə yaradıla bilər, istənilən növ fəaliyyətdə göstərilə bilər. Onların hesablamalarına görə iddiaçı borcunu göndərmişdir. İddiaçının məhkəməyə müraciət etməsini təəccüblə qarşılamışlar. Konkret rəqəmi deyə bilmir. Qəti olaraq iddiaçı tərəfin cavabdeh tərəfə borcu olmasını deyə bilərlər. Pulları almaqlarını təsdiq edirlər, iddiaçı borcu olduğu üçün ödəniş etmişdir. Digər iddiaçılarla cavabdeh arasında heç bir borc yoxdur. İddiaçıların əksəri ilə cavabdehin fiziki tanışlıqları da yoxdur. Torpağın bağışlanma müqaviləsi 2017-ci ildə iddiaçının atasının adına sənədləşdirilmişdir. Hal-hazırda həmin torpaq sahəsi iddiaçıya məxsusdur. İkinci bir sərəncam əsasında alınmış 4 sot torpaq sahəsi ilə bağlı dəqiq məlumatları var ki, onunla bağlı çıxarış almışlar. Onlar burda məbləğin mübahisələndirilməsi ilə bağlı qarşılıqlı iddia verməmişlər. Onlar sübut etmək istəyirlər ki, götürdükləri şifahi öhdəliyə əsasən paylarına düşəni icra etmişlər. Burda iddiaçının cavabdehdən xahişi o, olmuşdur ki, «sən Azərbaycandasan, o , torpaq sahələrini al, şərikli olaraq biznes qurub fəaliyyət göstərək”. Tam etibar formalaşsın deyə cavabdeh razılaşmışdır ki, sənədləşməni onun atasının adına etsinlər. Cavabdeh torpağı iddiaçının atasının adına keçirmiş, vəsaiti isə cavabdeh İntiqam ödəmişdir. İddiaçı bankla vəsaiti hissə-hissə göndərməli idi. Yol kənarında torpağın məbləği, dəyəri fərqlidir. Bu torpaqla bağlı sərəncam alıb müəyyən sənədlər təqdim olunur, müəyyən öhdəliklər görülür, onlar bunları qeyri-rəsmi olaraq başa düşürlər. Qalan bağışlanma sənədi ilə bağlı konkret məbləğ əksini tapmır. Ümumilikdə 240.000 manat vəsait qoyulmuş, onun yarısı iddiaçının, yarısıda cavabdehin üzərinə düşür. İddiaçı özünə aid olan məbləği hissə-hissə göndərməyə başlamış, razılıq olmasaydı pul göndərilməzdi, məbləğidə iddiaçı qəbul etmiş, 4 ildən çox vaxt keçəndən sonra iddiaçı fikrini, planlarını dəyişmişdir. Onların göndərdikləri məbləğ 100.000 manata yaxındır. Onlar ona görə deyirlər ki, öhdəliklərini yerinə yetirmişlər. İddia ərizəsində göstərilən və tərəflər arasında olan razılaşmaya əsasən söhbət Azərbaycan Respublikasında olan torpaq sahələrindən gedir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi təmin etmiş, iddiaçı vəsaiti ödəməyə birdəfəlik imkanı olmadığına görə razılaşmaya əsasən hissə-hissə göndərməyi öz öhdəsinə götürmüşdür. Onlar həmin pulların köçürülməsini qəbul edirlər. Məhkəmədə sübutlarla bağlı sənədlərin əsli olmalıdır. Belə işlərdə banklardan alınmış və möhürlə təsdiq olunmuş arayış olmalıdır. Çox təssüf k, 4 aya yaxın gedən prosesdə iddiaçı tərəf heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə o halda sübut kimi qəbul edə bilər ki, onun həqiqiliyini mötəbər sübut kimi qəbul etsin. Ksero surət qəbul edilə bilməz. İddia ərizəsinə yazılı etiraz verərkən torpağın icarə hüquqlarına dair bağışlanma müqaviləsi 14 iyun 2017-ci il tarixdə məhz iddiaçı ilə cavabdehin tanışlığından sonrakı müddətə təsadüf edir. Torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli sərəncamının surətini məhkəməyə təqdim etmişlər. Artıq o sərəncam yox, iddiaçının atasının adına çıxarış var. Torpaq sahələrinin sənədləşməsi ilə bağlı onların haqlı olduqlarına dəlalət edən hallardan biridə odur ki, hər iki obyekt iddiaçının atasının adına sənədləşdirilmişir. Həmin şəxsdə yaşının ahıl vaxtında Quba rayonunun 2-ci Nüyədi kəndində yaşayır. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan pul köçürməsi barədə qəbzlərin surətlərindən görünür ki, iddiaçılar tərəfindən köçürülmüş pul vəsaitləri cavabdehlər tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlanması haqqında müqavilənin surətindən görünür ki, hədiyyə verən Əliyev X8 rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0.1766 ha torpağın icarə hüquqlarını hədiyyə alan X5 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının 436 nömrəli 26 dekabr 2018-ci il tarixli sərəncamı ilə “Sahibkarlıq fəaliyyəti ilə məşğul üçün X6 Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfindən 0.04 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, qoşmada göstərilən pul köçürmələri "xxxx" ASC-də aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 6- 2-41/2-8594/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası MM-nin 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən isə “bank sirri təşkil məlumatlar yalnız müştərilərin özlərinə və ya nümayəndələrinə verilə bilər. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər”. Buna müvafiq olaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci bəndinə əsasən “bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir”.Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alınması və bank sirri təşkil edən məlumatların verilməsi üçün Banka məhkəmə qərarının, həmçinin barəsində sorğu edilmiş şəxslərin eyniləşdirmə məlumatlarının təqdim edilməsi zəruri olması bildirilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 2023/111/2422 nömrəli məktubundan aydın olur ki, sorğu edilən məlumatlarla (Cavabdeh1 və Cavabdeh2) bağlı bildirilir ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən bank sirri hesab olunur. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 8- 30/225-23 nömrəli məktubundan aydın olur ki, məhkəmə qərarı təqdim edilmədiyindən sənədin icrasının mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 2017ci ildə tanış olmuş, aralarında səmimi dost münasibətləri yaranmış, ailəvi gediş-gəlişləri olmuşdur. Tərəflər arasında yaranmış səmimi münasibətlər ərzində Cavabdeh1 İddiaçı1 daşınmaz əmlak almaqla bağlı müəyyən təkliflər vermiş, hətta bəzi evlərin şəkillərini də göndərmişdir. Bundan sonra İddiaçı1 və digər iddiaçılar daşınmaz əmlak alınması üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müxtəlif dövrlərdə pul məbləği göndərmişlər. Göndərilmiş pul məbləğləri pul köçürmə sistemləri vsaitəsilə göndərilmişdir. İddiaçı1 Rusiya Federasiyasından göndərdiyi pul məbləğlərinin böyük məbləğlər olduğundan öz adından göndərə bilmədiyinə görə yaxın qohumları, yəni digər iddiaçılar vasitəsi ilə göndərilmişdir. İddiaçı4 tərəfindən Cavabdeh2 580000 rubl, 290000 rubl, Cavabdeh1 isə 2500 ABŞ dolları, 8000 ABŞ dolları, 5000 ABŞ dolları, 5000 ABŞ dolları göndərilmişdir. İddiaçı6 tərəfindən Cavabdeh2 5000 ABŞ dolları, Cavabdeh1 da 5000 ABŞ dolları, İddiaçı1 tərəfindən Cavabdeh1 2500 ABŞ dolları, İddiaçı2 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları, İddiaçı5 tərəfindən Cavabdeh1 3700 ABŞ dolları və İddiaçı3 tərəfindən Cavabdeh1 5000 ABŞ dolları göndərilmiş və iddiaçılar həmin pulların cavabdehlərdən alınaraq onlara ödənilməsini tələb edirlər. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı1 Cavabdeh1 şərikli torpaq sahələrini almaq və şərikli biznes qurmaq kimi təklif (avtoservis xidməti göstərən obyekti tikmək və s) etmiş və onun təklifi əsasında Cavabdeh1 Bakı şəhəri və Abşeron rayonu ərazilərində yerləşən torpaq sahələrinin əldə olunması ilə maraqlanmışdır. İddiaçı1 respublikadan kənarda olduğundan əldə olunacaq əmlakların onun atası X3 adına rəsmiləşdirilməsini cavabdehdən xahiş etmişdir. Yəni tərəflər arasında biznes fəaliyyəti ilə məşğul olmaq üçün şifahi razılaşma əldə olunmuş, lakin sonradan tərəflərin iş birliyi alınmamışdır. Cavabdeh1 dəniz kənarında yerəşən obyektlərə baxmış, lakin həmin yerdə olan obyektər baha oldduğu üçün tərəflərin bu iş birliyi də alınmamışdır. Həmin şifahi razılaşmaya əsasən iki obyekt əldə olunmuş və iddiaçının xahişi əsasında Quba rayonunda yaşayan iddiaçının atası X3 mülkiyyətinə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinə əsasən Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,1766 ha torpağın icarə hüquqlarını vermişdir. Həmçinin cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa avtomobil yolunun sol tərəfində 0,04 ha torpaq sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iddiaçının atası X3 adına icarə hüququ əsasında uzunmüddətli istifadəsinə verilməsinə dair Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamın alınmasını təşkil etmiş, həmin sərəncam əsasında torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçının atasının adına rəsmiləşdirilmişdir. Cavabdeh tərəfin dediyinə görə əmlakların alınması üçün 240.000 manat vəsait cavabdeh tərəfindən qoyulmuş, onun yarısı iddiaçının, yarısıda cavabdehin üzərinə düşmüş, bu razılaşma ilə bağlı cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçının isə vəsaiti ödəməyə birdəfəlik imkan olmadığına görə aralarında olan razılaşmaya əsasən o, hissə-hissə göndərməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəf gətirdiyi dəlillərin sübutu olaraq məhkəməyə xx.xx.2017-ci il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsinin və Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının imzaladığı xx.xx.2018-ci il tarixli sərəncamının surətlərini təqdim edərək, iddiaçılar tərəfindən köçürülən pulları qəbul etdiyini etiraf etmiş və həmin pulların iddiaçının ona borclu olduğu pullar olması ilə əsaslandırmışdır. İddiaçı tərəf cavabdeh tərəfin gətirdiyi dəlillərlə razılaşmadığını bildirsə də, cavabdeh tərəfindən iddiaçının atasının adına rəsmiləşdirilmiş torpağ sahələri ilə bağlı cavabdehlərin əsaslandığı fakt və hallara dair heç bir təkzibedici dəlillərini məhkəməyə bildirməmiş və həmin məsələnin başqa bir məsələ olduğunu bildirməklə kifayətlənmişdir. Eyni zamanda iddiaçı tərəf cavabdehlərin adına göndərilən pulların tərəflər arasında olan başqa bir şifahi razılaşmaya əsasən biznes fəaliyyəti ilə məşğul olmaları üçün göndərilmiş pul vəsaitləri olmasını sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair vəsatəti ilə bağlı qeyd edir ki, cavabdeh tərəfin mübahisənin tərəflər arasında olan şifahi razılaşmaya əsasən torpaq sahələrinin alınması ilə bağlı olduğunu etiraf etdiyinə görə, iddia müddəti pul tələbi ilə bağlı deyil, daşınmaz əmlaklar ilə bağlı iddia müddəti tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bundan başqa, cavabdehlər İddiaçı1 başqa digər iddiaçıları tanımadıqlarını, onlar ilə hər hansı pulun göndərilməsi ilə bağlı razılaşmalarının olmadığını, məhz buna görə də digər iddiaçıların iddiaçı kimi çıxış etmək hüquqlarının olmadığını bildirsələr də, məhkəmə araşdırması zamanı həmin iddiaçılar tərəfindən göndərilmiş pulları qəbul etdiklərini, göndərilən pul vəsaitlərinin eyni əsasla, yəni Cavabdeh1 İddiaçı1 ilə aralarında olan şifahi razılaşma əsasında əldə olunmuş torpaq sahələri üçün göndərilmiş borcları olduğunu, İddiaçı1 Rusiya Federasiyasında yaşadığına görə Rusiyadan Azərbaycana belə çox məbləğdə pul köçürülməsinə icazə olmadığına görə İddiaçı1 göndərilməli pulları öz yaxın qohumlarının vasitəsi ilə göndərdiyini bildirmişlər. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçılar qanunvericiliyin tələblərinə uyğun olaraq iddia qaldırmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 51-ci maddəsinin tələbinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbinə dair» iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-75/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-75/2023
11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver