Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-84/2023 28.03.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(034)-1191/2017 saylı qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onun xeyrinə artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay 200 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü X10 adlı övladları doğulmuşdur.Ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə kəsilmiş 136 manat alimentlə uşağı saxlamaq çox çətindir. Ona görə də Prezidentin sərəncamına uyğun kəsilməsini və alimentin artırılmasını istəyir. Cavabdeh alimentdən başqa ona heç bir ödəniş etmir. Belə ki, uşaq yuxarı tənəffüs yollarının dəqiqləşdirilmiş kəskin infeksiasına yoluxmuş və mütəmadi olaraq müalicə olunur. Bu aliment isə uşağa çatmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehlə 2008-ci ildə boşanmışlar. Cavabdeh özünə yeni ailə qurmuş və övladları var. Hal-hazırda 136 manat aliment alır. Ata alimentdən başqa heç bir köməklik etmir. Uşaq xəstələnir atasına zəng edir, cavabdeh ata kimi heç bir təpki vermir. Özü televiziyada işləyir və aylıq 800 manat maaş alır. Cavabdehin işləyib-işləməməsi barədə isə məlumatı yoxdur. Cavabdeh hər ay 136 manat aliment ödəyir, aliment borcu yoxdur. Lakin 136 manat uşağın heç bir təlabatına çatmır, onun üçündə cavabdehdən 200 manat aliment istəyir.Övladı problemli doğulmuş və xəstədir. Oğlu 5 dəfə əməliyyat olunmuşdur.Həkim oğlunun18 yaşına kimi müalicə olmasını tələb edir.Oğlunu hər ilin may ayında müalicə etdirirlər. Oğlu 2006-cı ildə anadan olmuşdur. Ata övladı ilə maraqlanmır. Onun övladına baxmağa imkanı çatır, amma atanında dəstək olmasını istəyir. Ata uşağının telefon nömrəsini bilmir. Uşağın əməliyyatı ilk dəfə 6 yaşında, sonra 7 yaşında, birdə 3 ildən sonra, sonuncu isə 2020-ci ildə olmuşdur. Oğlu 2020-ci ildə əməliyyat olanda digər tərəfin məlumatı olmamışdır. Əməliyyatın qiyməti 600-700 manat olmuşdur. Uşağın analizi 450 manat olmuşdur. Genetik analiz üçün müalicə sığorta ilə olmur. O, uşağı öyrətmir, sadəcə uşaq onlardan heç bir yaxşılıq görməmiş, onun üçün onlara qarşı aqressivdir. İsanın oğluna atalıq etməsini istəyir. Uşağı idmana, hazırlığa gedir, ata kimi övladına köməklik etsin. Hər dəfə analizlərin, dərmanların pulunu özü ödəyir.İsaya zəng edərək analizin pulunun 450 manat olmasını, pulun yarısını onun ödəməsini istəsə də, İsa ona pula görə onu narahat etməməsini bildirmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 cavabdeh onun qğlu olduğunu, iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı yaxşı gəlin olmuşdur. Oğlu özü iddiaçıdan ayrılmışdır. Uşaq əməliyyat olanda pul vermişdir. 2020-ci ildə olan əməliyyata pul verməmişdir. Uşağı elə öyrətmişlər ki, telefonda atasını söyür. 1000 manat kreditə uşaq üçün komputer götürmüşdür. Əli onuda baba kimi saymır. Oğlu heç bir yerdə işləmir, evi o, idarə edir. Oğlunun başqa nikahdan iki uşağı var. Uşaqlardan biri 7-ci sinifdə, digəri isə 6-cı sinifdə oxuyur. Əlbətdə 136 manat alimentlə uşağı saxlamaq olmur, amma anada 800 manat maaş alır. Oğlu iddiaçını görmək istəmədiyi üçün məhkəmə iclasına gəlmir. 200 manat alimentlə razı deyillər, çünki alimenti o, ödəyir və həmin məbləğdə aliment ödəməyə imkanım yoxdur. Sonda cavabdehin nümayəndəsi məhkəmədən 200 manat aliment ödəməyə imkanın olmamasını nəzərə alaraq, iddianın ətmin olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2017-ci i il tarixli 2(034)-1191/2017 saylı qətnaməsinin surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-96/2008 saylı 22 dekabr 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 08 iyun 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 25 avqust 2017-ci il tarixdən başlayaraq hər ay 136,60 manatsabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsininq surəti ndən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/6-7333 nömrəli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qyadada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2006-ci il təvəllüdlü X8 valideynləridirlər. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qayda təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X6 valideynləridirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu uşaqlar görə 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan tərəflərin bir övladı dünyaya gəlmiqşdir.Lakin tərəflərin ailə münasibətləri alınmadığı üçün araların olan nikah rəsmi qaydada pozulmuş və Zəngilan Rayon Məhkəməsinin 2(034)-96/2008 saylı 22 dekabr 2008-ci il tarixli qətnaməsi tərəflərin birgə nikahlarından olan uşağın saxlanması üçün alimet tutulmuş, lakin sonradan iddiaçının ərizəsi əsasında Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli 2(034)-1191/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 08 iyun 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 25 avqust 2017-ci il tarixdən başlayaraq hər ay 136,60 manatsabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan olan uşağın saxlanması üçün tutulan alimentin miqdarının artılırması xahiş etmiş, belə ki, ödənilən 136 manat alimentin uşağın heç bir təlabatını ödəmədiyini, həmçinin cavabehin alimentdən başqa uşağın saxlanmasında ona əlavə maddi yardım göstərməməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, iddiaçı hal-hazırda işləyir və aylıq əmək haqqısı 800 manat təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdeh şəxs onun oğludur və oğlu heç bir yerdə işləmir, ödənilən alimentdə onun tərəfindən ödənilir, bundan başqa cavabdeh ikinci dəfə ailə qurmuş və bu nikahda da iki övladı var. Cavabdehin idiaçının iddia etdiyi 200 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. Məhkəmə qeyd olunanları, həmçinin cavabdehin ikinci ailəsindən olan digər uşaqlarınında mənafeyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-1191/2007 saylı 01 dekabr 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 08 iyun 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin hər ay 180 manat miqdarında müəyyən edilməsi qənaətinə gəlir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, X1 ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən tələbi təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1191/2007 saylı 01 dekabr 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 08 iyun 2006-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-84/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-84/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver